bazar ertəsi 16 fevral 2026 - 21:59
Hövzənin məsuliyyətləri ötən 50 illə müqayisədə misli görünməmiş dərəcədə artıb. "Nəhcül-Bəlağə" və "Səhifeyi-Səccadiyyə" kitabları isə İran İslam Respublikasının mənəvi təsir gücünü ifadə edir

Elmi hövzələrin rektoru qeyd edib ki, İslam İnqilabından sonra şərait əsaslı şəkildə dəyişib. Bu gün dünya, rabitə şəbəkələrinin mövcudluğu ilə ötən 50 illə müqayisədə çox mürəkkəbləşib. Dünyanın qapıları Əhli-Beyt (ə) maarifinə açılıb və qlobal tələbat bu biliklərə misli görünməmiş dərəcədə artıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə  Ayətullah Əlirza Ərafi Qum şəhərində yerləşən ölkə üzrə elmi hövzələrin rektorunun ofisində keçirilən  ölkənin vəqf və davamlı resurslar üzrə məsul şəxsləri ilə birgə keçirilən müzakirədə hövzənin müasir dövrdəki mövqeyi və ağır məsuliyyətlərinə toxunaraq, bu müəssisəyə hərtərəfli dəstəyin zəruriliyini vurğulayıb.

Hövzənin bugünkü şəraiti və geniş dəstəyə olan ehtiyacı

Elmi hövzələrin rektoru bildirib ki, bugünkü şərait ötən 50 illə müqayisədə vəziyyət əsaslı şəkildə fərqlənir: Bugünkü hövzə və ruhaniyyətin üzləşdiyi mövqelər çox ciddi və qarşıda duran məsuliyyətlər çoxşaxəli və müxtəlifdir. Bu ağır məsuliyyətlər geniş dəstək və yardımı tələb edir. Həm xeyirxahlar, həm də bütün cəmiyyət tərəfindən bu məsələyə diqqət yetirilməlidir.

Ayətullah Ərafi əlavə edib ki, bu gün hövzənin qarşısında duran vəzifələr ötən illər ilə müqayisədə nisbətdə müqayisə olunmazdır. Bütün fəaliyyətlərimizə baxmayaraq, hövzənin üzərinə düşən vəzifələrin cəmi bir faizindən belə azını həyata keçirə bilirik.

İnqilabdan əvvəl və sonra hövzənin müqayisəsi: Təcriddən qlobal tələblərə qədər 

Elmi hövzələrin rektoru inqilab öncəsi öz təhsil dövrünü xatırladaraq, o dövrün məhdudiyyətlərini izah edib: İnqilab öncəsi hövzə yalnız bir neçə mədrəsə və məhdud sayda tələbədən ibarət idi. Qlobal tələblər isə bu günkü kimi yox idi. Həmin dövrdə böyük alimlər, o cümlədən Əllamə Təbatəbai, Şəhid Mütəhhəri və başqa alimlər böyük zəhmət çəkmişdilər.

İslam İnqilabı və məsuliyyətlərin misli görünməmiş şəkildə artması 

O əlavə edib: İnqilabdan sonra şərait tamamilə dəyişib, dünyada informasiya şəbəkələrinin mövcudluğu ilə qlobal mürəkkəblik ötən 50 illə müqayisədə çox artıb. Dünyanın qapıları Əhli-Beyt (ə) maarifinə açılıb və qlobal tələbat bu biliklərə misli görünməmiş şəkildə çoxalıb.

Qlobal ehtiyaclar

Ayətullah Ərafi vurğulayıb: Qırx il hövzə müəssisə və təşkilatlarında iştirak edən biri olaraq deyə bilərəm ki, bu gün hövzənin malik olduğu resurslar onun qarşısında duran ağır vəzifələrin yalnız kiçik bir faizinə cavab verir. Dünyanın Allahın dini və İslam maarifinə olan ehtiyacı indiki imkanlarımızdan çox üstündür. Bu missiyanın yerinə yetirilməsi isə geniş və böyük dəstəy tələb edir.

İslamın və şiəliyin dünyada yayılması İslam İnqilabının bərəkətinin nəticəsidir 

Qəyyumlar Şurasının üzvü, İslam İnqilabından sonra elmi hövzələrin keyfiyyət və kəmiyyət baxımından misilsiz inkişafına diqqət çəkərək bildirib: Bu gün İslam və şiə maarifi təxminən 180 ölkədə İnqilabdan sonra yetişdirilmiş ruhaniyyət tərəfindən təbliğ olunur. Bu, İnqilabdan əvvəl misli görünməmiş bir nailiyyətdir.

Elmi hövzələrin rektoru İslam İnqilabından əvvəlki dövrdə hövzələrin vəziyyətini xatırladaraq xalqın İnqilabın qələbəsi zamanı və ondan sonrakı dövrdəki rolunu və İnqilabın beynəlxalq nailiyyətlərini izah edərək bildirib: Hazırda dünyanın təxminən 170–180 ölkəsində İslam və şiə maarifi təcrübəli və İnqilabdan sonra yetişmiş ruhaniyyət tərəfindən cəmiyyətə təbliğ olunur. Belə bir hadisə İnqilabdan əvvəl olmamışdır və bu bütünlüklə İnqilabın bərəkətinin nəticəsi və xalqın iştirakı sayəsində mümkün olmuşdur.

İran xalqının İnqilabın qələbəsində və davamında əsas rolu

Ayətullah Ərafi İran xalqının İnqilabın formalaşmasında və qorunmasında əsas mövqeyinə diqqət çəkərək bildirib: İnqilab və onun nailiyyətləri İran xalqına  məxsusdur. Bu xalq əzmkarlığı ilə ön sırada dayandı. Əgər 9 yanvar, 1 fevral və 11 fevral (19 dey, 12 bəhmən və 22 bəhmən) kimi xalq hərəkatları olmasaydı, bu yol mümkün olmazdı. İran xalqı öz əzəməti ilə min illər sonra İslamın bayrağını bütün dünyada ucaltdı.

Qəyyumlar Şurasının üzvü davam edərək bildirib: Tarixdə ilk dəfə olaraq yüzdən çox ölkədə aşura, məhdəviyyət, intizar və şiəlik kimi anlayışlar təqdim edilmiş və yerli şəraitə uyğunlaşdırılmışdır.

Elmi hövzələrin  rektoru ölkələrdəki hövzə müəssisələrinin fəaliyyətini qiymətləndirərək bildirib: Əl-Mustafa Beynəlxalq Universiteti və digər hövzələrdə görülən bütün fəaliyyətlərə baxmayaraq, dünya miqyasında tələblərin yalnız kiçik bir hissəsi qarşılanmışdır.

Qlobal üfüqlərin açılması

Ayətullah Ərafi İslam İnqilabının dünyadakı əsas mövqeyinə diqqət çəkərək qeyd edib: İslam şəhidlərinin qanı, İslam İnqilabı, xeyirxahlar və xalqın dəstəyi sayəsində dünyada bizim üçün  misilsiz yollar açılmışdır və bütün millətlər İslam dəyərləri uğrunda möhkəm dayanaraq geri çəkilmirlər.

Silaha ehtiyac yoxdur: “Nəhcül-Bəlağə” və “Səhifeyi-Səccadiyyə” kitabları İran İslam Respublikasının mənəvi gücüdür

Elmi Hövzələrin Ali Şurasının üzvü  Əhli-beyt (ə) və İslam maarifinin cazibəsinə işarə edərək bildirib: Pak niyyətlə irəliləyən bir tələbə, şiəlik məzhəbini və Nəhcül-Bəlağə, Səhifeyi-Səccadiyyə kimi dərin anlayışa malik olan kitabları bütün dünyaya çatdıra bilər. Bu, düşmənləri qorxudan faktordur. Yəni əgər bizə qarşı maneə qoymasalar, bizə silah və raket lazım deyil.

Ayətullah Ərafi əlavə edib: Dünya hər gün bu həqiqəti daha yaxşı anlayır ki, biz müharibə etmək niyyətində deyilik, məqsədimiz Nəhcül-Bəlağə və Səhifeyi-Səccadiyyə kimi elmi maarifi yaymaqdır.

Məhdəviyyət və dini maarifin qlobal qarşılanması

O, məhdəviyyət və intizar mövzusuna işarə edərək deyib: Dünya xalqı, məhdəviyyət və Əhli-beyt (ə) maarifi ilə bağlı səsləndirilən fikirlərə böyük maraq və həvəslə qulaq asır. Bu, hələ çox iş görməli olduğumuz böyük bir sahədir və ona daha çox diqqət yetirmək lazımdır.

Qəyyumlar Şurasının üzvü hövzənin İslam Respublikası qarşısında məsuliyyətini izah edərək dəqiq sənədlərə və Ali Məqamlı Rəhbərin tövsiyələrinə istinadla, hövzə alimləri və tədqiqatçıları üçün üç əsas sahəni müəyyən edib.

İslam, humanitar elmlərinin yaradılması və hüquq boşluqlarının doldurulması üçündür

Elmi hövzələrin rektoru bildirib: İnqilabdan əvvəl İslam prinsiplərinə əsaslanan qanun, sənəd və qaydalar mövcud deyildi. Lakin bu gün İslam adlanan bir dövlət qurulub və onunla bağlı minlərlə yeni ehtiyac yaranıb ki, bunların təmin edilməsi hövzələrin üzərinə düşür. Biz yalnız bu ehtiyacların kiçik bir hissəsini müəyyən etmişik və onların təkmilləşdirməsi üzərində çalışırıq.

Elmi hövzələri yüzlərlə ciddi tədqiqat mövzusu gözləyir

Ayətullah Ərafi vurğulayıb ki, minlərlə məsələ var ki, onların həlli üçün hövzə alimlərinin dərin və davamlı elmi fəaliyyəti tələb olunur və bu mövzular ciddi şəkildə araşdırılmalıdır.

Ölkə məscidlərinə peşəkar təbliğçi lazımdır

Elmi hövzələrin rektoru çıxışının üçüncü hissəsində təbliğ və mədəniyyət sahəsindəki çətinliklərə diqqət çəkərək qeyd edib: Hövzə və təbliğ qurumları arasında müəyyən edilmiş normativ göstəricilərə əsasən, hər min nəfərə bir məscid və hər məscid üçün 20 aktiv göstərici tələb olunur.

O bəzi göstəriciləri, o cümlədən gündə üç dəfə icra edilən  camaat namazı qılmaq və camaat imamını tam ştatlı bir imamın mövcudluğu kimi izah edərək bildirib: Nəzərdə tutulan camaat imamı yalnız namaz qıldırmaqla kifayətlənməməli, camaatla birgə olmalı, onların sevinci və kədərində iştirak etməli, problemlərini dinləməli və onların həllinə çalışmalıdır. Onun əsas və tam ştatlı məsuliyyəti məscid və həmin məhəllədir.

Normativ hesablamalar: 90 min məsciddən 200 min təbliğatçı tələb olunur

Ayətullah Ərafi ölkə əhalisinin təxminən 90 milyon olduğunu nəzərə alaraq bu göstəriciləri hesablayıb. Bu, minimum 90 min məscid və 90 min imam camaat deməkdir. Hər məsciddə qadınların ehtiyaclarını qarşılamaq üçün bir təbliğatçı qadın da olarsa, bu rəqəm 180–200 min peşəkar təbliğçiyə çatır.

Elmi hövzələrin rektoru əlavə edib ki, İnqilabdan sonra hövzə həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük inkişaf edib. Lakin bu böyük ehtiyac və ağır missiya qarşısında hələ də səmərəli və peşəkar kadr çatışmazlığı mövcuddur və ideal səviyyəyə çatmaq üçün uzun yol qət etmək lazımdır. O, həmçinin xeyirxah insanları din, mədəniyyət və təbliğ fəaliyyətlərinə dəstək göstərməyə ciddi şəkildə dəvət edib.

Ramazan ayında 50 min təbliğatçı ezam ediləcək

Ölkə üzrə Elmi hövzələrin rektoru, mübarək Ramazan ayında 50 min təbliğatçının ezam olunması üçün planlaşdırma aparıldığını açıqlayaraq bildirib ki, bu məqsədin reallaşdırılması üçün İslam Təbliğat təşkilatı, İslam Təbliğat ofisi və digər səkkiz hövzə və mədəni qurum birgə əməkdaşlıq edib.

Süni intellekt dalğası və dini məsələlərdə dönüşümlər barədə xəbərdarlıq

O qeyd edib ki, gələcəkdə süni intellekt dalğası bütün dini məsələlərimizi yenidən formalaşdıracaq və bu sahədə bir sıra tədqiqat və layihələrin aparıldığını bildirib. Lakin bu fəaliyyətlər dünya miqyasında baş verən sürətli dəyişikliklərə tam cavab vermir.

Cəmiyyətin yeni ehtiyacları və xeyirxah insanların missiyası 

Ayətullah Ərafi din, əxlaq və sosial sahələrdə onlarla yeni mövzuya diqqət çəkərək bildirib ki, bu gün hətta dinə bağlılığı olmayan insanlar da əxlaq və humanist həll yolları axtarır, bu isə öz növbəsində hövzə və ruhaniyyətin məsuliyyətini daha da artırır.

O, İslamın maliyyə dəstəyində tarixi rolu olan həzrət Xədicə (s) nümunəsini xatırladaraq xeyirxah insanları bu ülgüyə uyğun hərəkət etməyə çağıraraq bildirib: Həzrət Xədicənin (s) sərvəti İslam yolunu açdı və bu gün bu İslam dinin maarifinə belə də dəstəklər olmasa, bir çox dini layihələr dayandırıla bilər.

Hövzə üçün beşillik proqramlar

Elmi hövzələrin rektoru çıxışının digər hissəsində son səkkiz ildə hövzə fəaliyyətləri üçün hazırlanmış konkret sistemlərə diqqət çəkib: Hövzə 20 əsas sənəd və beşillik proqram əsasında fəaliyyət göstərir. İlk beşillik proqram bu il başa çatır və ikinci beşillik proqram gələn ildən başlayacaq.

O əlavə edib ki, bu proqram çərçivəsində 500 layihə müəyyən edilib və ümidvar olduqlarını bildirib ki, məsul şəxslər və xeyirxah insanların daha çox dəstəyi ilə təhsil, tədqiqat və cəmiyyətin ehtiyaclarına yönəlmiş işlərdə daha səmərəli addımlar atıla bilər. Hövzələrin xalq tərəfindən idarə olunması vacibdir və bu sahədə xeyirxah insanların rolu xüsusi önəm daşıyır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha