Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Əlirza Ərafi Tehranın İcra Hakimiyyətinin başçısı doktor Zəkani və şəhər bələdiyyəsinin bir qrup üzvü ilə keçirilən görüşündə, Tehran şəhər bələdiyyəsinin geniş vəzifə spektrinə diqqət çəkərək bildirib: Böyük bir şəhərin, xüsusilə də Tehran kimi bir mərkəzin idarə olunması sosial, mədəni, iqtisadi və xidmət sahələrində mürəkkəb problemlərin həlli ilə üz-üzədir və belə bir kompleksin idarəsi müdrik, uzaqgörən və zəhmətkeş ruhiyyəyə malik olan bir rəhbərlik tələb edir.
Elmi Hövzələrin rektoru əlavə edərək bildirib: Məhdud resuslar, inzibati mürəkkəblik və ölkənin xüsusi şəraitinə baxmayaraq, Tehran bələdiyyəsi fəal və yerində qərarverici yanaşma ilə müxtəlif sahələrdə təsirli tədbirlər həyata keçirməyi bacarıb və bu səylər tərif və təqdirə layiqdir.
Hadisə və çətinliklərin öhdəsindən gəlmək
Ayətullah Ərafi ölkədə və paytaxt Tehranda baş verən son hadisələrə işarə edərək qeyd edib: Çətinliklərlə üzləşdikdə müəyyənedici amil idarəetmənin növü və böhranlara yanaşma tərzidir. Tehran şəhər rəhbərliyi bir daha göstərdi ki, uzaqgörənlik, müdriklik və çalışqan ruhiyə ilə çətinliklərin öhdəsindən gəlmək mümkündür.
Qəyyumlar Şurasının üzvü “idarəetmədə tarazsızlığı” ölkənin ciddi çağırışlarından biri hesab edərək vurğulayıb: Bir çox problemlər səmərəli, inqilabçı və zəhmətkeş rəhbərlik vasitəsilə həll edilə bilər. Beləliklə təhdidləri də fürsətə çevirmək mümkündür.
Fövqəladə vəziyyətlərdə göstərilən sosial fəaliyyət və xidmətə görə minnətdarlıq
Elmi Hövzələrin rektoru, xüsusi şəraitdə zərərçəkmişlərin ehtiyaclarının təmin olunması və məskunlaşma və xidmət sahəsində Tehran şəhər bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək, bu yanaşmanı şəhər rəhbərliyinin ciddi məsuliyyət hissinin göstəricisi kimi dəyərləndirərək bildirib: Anında müdaxilə, vətəndaşların problemlərinə diqqət və onların çətinliklərinin azalması üçün göstərilən səylər dəyərli və tərifə layiqdir.
O, həmçinin bələdiyyənin şəhərin mədəniyyət və sosial sahələrinə diqqətini idarəetmənin əsas vəzifələrindən biri hesab edərək əlavə edib: Mədəniyyət üzrə fəaliyyətlər, vətəndaş proqramları və dini və sosial tədbirlərdə iştirak, şəhərin sosial kapitalını və həmrəyliyini möhkəmləndirmək baxımından mühüm rol oynayır.
Ümidverici yanaşma, şəhər idarəçiliyi üçün önəmli məsələdir
Ayətullah Ərafi rəsmi şəxslərin önəmli vəzifələrindən birini “ümid yaratmaq” olaraq qiymətləndirərək qeyd edib: Problemlərin həcmi sosial ümidsizliyə yol açmamalıdır. Məsul şəxslər düzgün şəkildə reallıqları izah etməli və aydın perspektiv çıxış yolu təqdim edərək cəmiyyətdə ümid və etimad ruhunu gücləndirməlidirlər. Bu yanaşma Tehran şəhər idarəçiliyində müşahidə olunur və buda tərifə layiqdir.
İnfrastrukturun inkişafı və davamlı layihələr
O, paytaxtda həyata keçirilən infrastruktur tədbirlərinə, xüsusilə də ictimai nəqliyyatın, həmçinin, metro sisteminin inkişafına və yaşıllaşdırma işlərinin genişləndirilməsinə, həmçinin davamlı şəhər layihələrinə işarə edərək bu fəaliyyətləri tərifə layiq hesab edərək bildirib: Bu cür tədbirlər yalnız cari problemlərin həllinə xidmət etmir, həm də şəhərin gələcəyi üçün nümunəvi və mədəniyyət yaradan tədbirlərdir.
Elmi hövzələrin rektoru həmçinin Tehran bələdiyyəsi və Tehranın İslam Şurası arasındakı əməkdaşlığa təşəkkür edərək, bu iki qurum arasında koordinasiya və qarşılıqlı əlaqənin olması şəhər işlərinin irəliləməsində təsirli olduğunu vurğulayıb.
İctimai canlanmanın və mədəniyyət fəaliyyətlərinin gücləndirilməsi
Ayətullah Ərafi gənc nəsil üçün sağlam və ümidverici tədbirlərin, həmçinin bayramların keçirilməsinin əhəmiyyətinə işarə edərək bildirib: İctimai canlanmanın yaradılması, müsbət emosiyaların gücləndirilməsi və gənclərin sağlam mədəniyyət yönümlü proqramlara cəlb edilməsi cəmiyyətimizin bu gün üçün vacib tələblərindəndir və bu yol qətiyyətlə davam etdirilməlidir.
O, eyni zamanda mədəniyyət fəaliyyətləri sahəsində mövcud çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılmasının zəruriliyini vurğulayaraq qeyd edib: Mövcud boşluqları dəqiq tədqiqat və planlama ilə müəyyənləşdirib həll etmək lazımdır.
"İslam şəhəri" nümunəsi elmi şəkildə tərtib olunmalı və düzgün izah edilməlidir
Elmi hövzələrin rektoru daha sonra idarəçilik təcrübələrindən çıxarılan “İslam şəhəri” nümunəsinin hazırlanmasının vacibliyinə diqqət çəkərək qeyd edib: Bu tədbirlər elmi və sistemli tədqiqatlar çərçivəsində sağlam, İslama uyğun və qabaqcıl şəhər modeli şəklinə salınmalıdır ki, həm Tehran, həm də digər şəhərlər üçün nümunəvi rol oynasın.
O ümidvar olduğunu bildirərək qeyd edib: Şəhər idarəçiliyində çalışqan və mədəniyyət əsaslı yanaşmanın davam etdirilməsi ilə paytaxtın müxtəlif sahələrdə mövqeyi daha da yüksələcək.
Ayətullah Ərafi görüşün davamında “İslam Respublikası səviyyəsində İslama uyğun və qabaqcıl şəhər üçün geniş sivilizasiya nəzəriyyəsinin hazırlanmasının zəruriliyini” vurğulayıb və bunu Tehranın, hətta İslam aləminin gələcəyi üçün strateji uğur hesab edib.
O, şəhər idarəçiliyi təcrübələrinin nəzəri və sistemli çərçivəyə çevrilməsinin vacibliyini bildirərək qeyd edib: Əgər geniş miqyaslı şəhər idarəçiliyi tədbirləri vahid, sistemli və əhatəli nəzəriyyə şəklində tərtib olunarsa, bu, dünyaya təqdim edilə biləcək bir nümunə kimi formalaşar. Bu model yalnız ideallaşdırılmış və abstrakt bir yanaşma deyil, real və uyğun təcrübələrə əsaslanır.
Təcrübənin nəzəriyyəyə çevrilməsinin zəruriliyi
Elmi hövzələrin rektoru əlavə edib: Bu gün “qabaqcıl və inqilab yönümlü İslam şəhəri” üzrə geniş nəzəriyyənin olmaması boşluğu hiss edilir. Bu təcrübələr hövzə, universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq şəraitində planlı bir ideya çərçivəsinə çevrilməlidir. Bu çərçivə həm əhatəli, həm problem həll edici, həm də inandırıcı və cəlbedici olmalıdır.
Qəyyumlar Şurasının üzvü vurğulayıb: Bu nəzəriyyə İslam Respublikası səviyyəsində şəhər idarəçiliyi nümunəsi təqdim etmək üçün əsas rol oynaya bilər və Tehran şəhəri bu yolda öncül mövqe tutmaq potensialına malikdir.
Tarixi nümunə: Əmirəl-möminin Əlinin (ə) yolu
Ayətullah Ərafi həzrət Əlinin (ə) dövrünə işarə edərək qeyd edib: İmam Əlinin (ə) ömrünün bir hissəsi döyüşlərlə müşayiət olunmasına baxmayaraq, o qısa və çətin dövrdə, canlı və təminatlı bir cəmiyyət və şəhər üçün göstəricilərlə müşahidə olunur. Bu tarixi təcrübə göstərir ki, ən çətin şəraitdə belə ədalət, mənəviyyat və sosial dinamizm göstəricilərini həyata keçirmək mümkündür.
Ayətullah Ərafi əlavə edib: Dini mətnlərimizdə qabaqcıl, dözümlü və təminatlı cəmiyyət və şəhər barədə aydın təsvirlər təqdim olunub və bu nəzəri potensial müasir dillə və elmi tədqiqatlar çərçivəsində təqdim edilməlidir.
İslam və inqilab yönümlü şəhərin göstəriciləri
Elmi hövzələrin rektoru İslam və inqilabi şəhər üzrə geniş nəzəriyyənin bəzi əsas elementlərini aşağıdakı kimi sıralayıb:
1. Rifah və dayanıqlı infrastruktur: İslam şəhəri, vətəndaşların sağlamlığı, rahatlığı və ictimai aramlığının ən yüksək səviyyədə təmin edildiyi şəhərdir.
2. Ədalət prinsipi: Ədalət prinsipi bütün şəhər siyasətləri və qərarlarının əsasını təşkil etməli, vətəndaşlar gündəlik həyatlarında ədalətin dadını hiss etməlidirlər.
3. Şəhər həyatında davamlı mənəviyyat: Mənəviyyat kənarda qalan bir məsələ olmamalı, sosial, mədəniyyət və idarəetmə münasibətlərinə də nüfuz etməlidir.
4. İctimai əxlaq: Vətəndaşların qarşılıqlı əlaqələri və ictimai münasibətləri möhkəm əxlaq prinsipləri üzərində qurulmalıdır.
5. İctimai iştirak: “Birlikdə olmaq” və vətəndaşların şəhərin idarəçiliyində fəal iştirakı İslam şəhərinin əsas sütunlarından biridir.
6. İran İslam memarlıq və şəhərsalma mədəniyyəti: Mədəniyyətə uyğun memarlığa və şəhər məkanlarına diqqət ciddi bir zərurətdir və hələ geniş praktiki və qanuna uyğun iş tələb edir.
Qəyyumlar Şurasının üzvü qeyd edib: Bəzi sahələrdə, xüsusilə inşaat və şəhərsalma sahəsində, İslam İnqilabı səviyyəsində yetərli elmi sənədlər və qanunvericilik mövcud deyil və bu boşluq doldurulmalıdır.
Paytaxt Tehran İran və dünya üçün nümunə potensialı olan bir şəhərdir
Ayətullah Ərafi Tehran şəhərinin mövqeyinə işarə edərək bildirib: Tehran yalnız bir şəhər deyil. O, İranın əsas mərkəzi və İslam Respublikasının simvoludur. Tehranda hər uğurlu tədbir ölkənin digər şəhərləri və hətta dünya üçün nümunəvi rol oynaya bilər.
O əlavə edib: Bu gün regionda və hətta bəzi Avropa ölkələrində elmi və düşüncə tədbirləri İslam Respublikası təcrübələrini öyrənməyə can atır. Əgər Tehran bu geniş nəzəriyyəni elmi və sənədləşdirilmiş şəkildə təqdim edə bilsə, şəhər idarəçiliyi sahəsində elmi və sivilizasiya dialoqları üçün referans mərkəzi ola bilər.
Hövzə və universitetlərin bigə əməkdaşlığa çağırışı
Elmi hövzələrin rektoru elm və tədqiqat əməkdaşlığı üçün hazır olduğunu bildirərək vurğulayıb: Hövzələr, universitetlər və şəhər idarəçiliyi birgə işçi qrupları yaradaraq bu nəzəriyyəni tam və tətbiq edilə bilən bir ensiklopediya şəklində tərtib etməlidirlər.
O ümidvar olduğunu bildirib ki, hazırkı idarəetmə dövründə qalan imkanlardan istifadə etməklə bu vacib layihənin bir hissəsi başa çatdırıla bilər və Tehran “İslam və inqilab prinsipinə əsaslan şəhər konsepsiyasına uyğun olan ” nümunəni İslam Respublikası səviyyəsində milli və beynəlxalq miqyasda nümayiş etdirə bilər.
Ayətullah Ərafi Tehranın nümunə potensialına işarə edərək “İslam və inqilab prinsipinə əsaslan şəhər konsepsiyasına uyğun olan geniş nəzəriyyənin yetişdirilməsi və tamamlanmasının zəruriliyini” vurğulayaraq bildirib: Tehran milli və beynəlxalq mövqeyinə görə həmişə ictimai rəyin ilkin qiymətləndirməsinə məruz qalır. Bir çoxları bu şəhəri görməzdən əvvəl onun haqqında mühakimə irəli sürür. Buna görə də müsbət tərəfləri gücləndirmək, inkişafları önə çıxarmaq və çatışmazlıqları aradan qaldırmaq xüsusi əhəmiyyət kəsb edir.
Qəyyumlar Şurasının üzvü əlavə edib: Tehran bir çox sahələrdə o cümlədən, şəhərsalma, mədəniyyət və sosial sahələrdə əhəmiyyətli fəaliyyətlər həyata keçirib, lakin bunların hamısı düzgün şəkildə əks etdirilməyib. Bu potensiallar vahid və planlı nəzəriyyə çərçivəsində formalaşdırılmalı və təqdim edilməlidir ki, həm ölkə daxilində, həm də regional və beynəlxalq səviyyədə ilhamverici olsun.
Memarlıq və şəhərsalma sahələrinin praktiki inkişafa ehtiyacı var
Elmi hövzələrin rektoru İran İslam Respublikasının memarlıq və şəhərsalma potensiallarına işarə edərək qeyd edib: Biz elmi və akademik baza ilə təmin olunmuşuq, lakin bu potensiallar praktik sahədə daha çox tətbiq edilməli və real və icraedici modellərin hazırlanmasına çevrilməlidir. Hələ bəzi sahələrdə, xüsusilə İslam Respublikası səviyyəsində memarlıq və şəhərsalma ilə bağlı əhatəli sənədlər və qanunvericilikdə boşluqlar mövcuddur ki, bunun aradan qaldırılması üçün universitet, hövzə və şəhər idarəçiliyinin ciddi əməkdaşlığını tələb edir.
O təkid edərək vurğulayıb: Tehran bu sahədə öncül mövqe tuta və innovativ modellər təqdim edərək milli və hətta beynəlxalq səviyyədə şəhərin yenidənqurulması və təzələnməsi üçün nümunə ola bilər.
Ən mühüm mədəniyyət missiyalarından bir gənc nəsilin tərbiyəsidir
Ayətullah Ərafi gənc nəsilin tərbiyəsinə işarə edərək bildirib: Bu gün gənclərin intellektual və mədəni tərbiyəsi əvvəlki dövrlərdən daha mürəkkəb, eyni zamanda daha dəyərlidir. Əgər İslam İnqilabının ilk onilliklərində media və kommunikasiya sahəsi məhdud idisə, bu gün gənclərimiz çoxlu düşüncə və hadisələrə məruz qalır və onların yönləndirilməsi daha geniş planlama tələb edir.
Elmi hövzələrin rektoru İranın müasir tarixinin düzgün təhlilinin vacibliyini vurğulayıb: Gənc nəsil İran tarixini, müasir dünya tarixini, İslam İnqilabının tarixini və Tehran şəhərinin tarix və əsasını düzgün şəkildə bilməlidir. Pəhləvi rejimi dövrləri kimi mərhələlərin obyektiv şəkildə tanıdılması və İslam İnqilabının nailiyyətlərinin açıqlanması milli kimliyin və özünəinamın möhkəmləndirilməsində mühüm rol oynayır.
Ayətullah Ərafi mədəni proqramlarda tarixi yanaşmanın əhəmiyyətini vurğulayaraq qeyd edib: Tarixi baxış özünəinam yaradır və yeni nəsilə dəyişiklikləri təhlil etmək və başa düşmək bacarığı verir.
Ümid və həmrəylik Tehranın gələcəyinin simvoludur
Elmi hövzələrin rektoru bildirib ki, Tehranın mənfi və ümidsiz təsviri təqdim edilməməlidir. Tehran bütün çətinliklərinə baxmayaraq, dayanıqlılıq və inkişaf potensialına malikdir. İnsanlarda ümid, iştirak və həmrəylik ruhu gücləndirilməlidir, çünki xalqın iştirakı olmadan heç bir məsələ dayanıqlı şəkildə həll olunmayacaq.
O əlavə edərək bildirib: Tehranın gənc və yeniyetmələri öz şəhərlərini tanımalı, onun tarix və keçmişindən məlumatlı olmalı və ona qarşı məsuliyyət və aidiyyət hissi formalaşdırmalıdır. Bu bilik paytaxtın sosial kapitalını gücləndirəcək.
Müasir dünya ilə fəal qarşılaşma
Ayətullah Ərafi müasir dünyanın intellektual və mədəniyyət şəraitinə işarə edərək vurğulayıb: Şəhər idarəçiliyi və mədəniyyət institutları İslam prinsiplərinə sadiq qalmaqla qlobal dəyişiklikləri dərindən başa düşməlidirlər. Bu gün ideya və fikir mübarizəsi sahəsi formalaşıb və biz mədəniyyət, əxlaq və İran İslam Respublikasının əsas və kimliyini sənətkarlıqla, düzgün plan cızmaqla, həmçinin lazımsız həssasiyyət yaratmadan təqdim etməliyik ki, həm təsirli, həm də ilhamverici olsun.
Elmi hövzələrin rektoru ümidvar olduğunu bildirərək qeyd edib ki, hövzələr, universitetlər və şəhər idarəçiliyi arasında birgə əməkdaşlıq prinsipi ilə Tehran İslam Respublikası səviyyəsində İslam və inqilab prinsiplərinə əsaslan şəhərin konsepsiyasının reallaşdırılması yolunda daha böyük addımlar ata və milli və regional səviyyədə uğurlu nümunəyə çevrilə bilər.
Ayətullah Əlirza Ərafi müasir dünyanın intellektual və mədəniyyət sahəsindəki rəqabət meydanıana işarə edərək, bildirib: Bu gün Qərbdə mədəniyyət, siyasət və həyat tərzi sahəsində sistemləşdirilmiş prinsip və baza toplusu mövcuddur və bu, qlobal oyun meydanını formalaşdırır.
O qeyd edib: Gənc nəsil bu intellektual və siyasi meydanı tanımalıdır. Əgər Qərb mədəniyyətinin intellektual əsaslarını və İslam sivilizasiyasının prinsiplərini düzgün başa düşməsək, bu rəqabətdə passiv qala bilərik. Buna görə də bu sahəni gənclərə düzgün şəkildə öyrətmək mədəni və tərbiyə proqramlarında strateji zərurətdir.
Məscid: İctimai fəaliyyətin mərkəzi
Elmi hövzələrin rektoru məscidin identitet yaratmaq və sosial təşkilatlanmada strateji rolunu vurğulayaraq bildirib: Məscid şəhərdə mədəniyyət və sosial yaşamın mərkəzi olmalıdır. Məscidin funksiyalarının həyata keçirilməsi və vətəndaş iştirakının gücləndirilməsi şəhər idarəçiliyi üçün böyük uğurdur və İslam İnqilabının ideallarının inkişafına xidmət edir.
O, Tehran şəhər bələdiyyəsinin məscidlərlə əlaqələri gücləndirməsi və məhəllə mərkəzli mədəniyyət fəaliyyətləri dəstəkləməsi yanaşmasını yüksək qiymətləndirərək onun davamlılığının vacib olduğunu hesab etdi.
Hövzə və şəhər idarəçiliyi arasında əməkdaşlıq
Ayətullah Ərafi bələdiyyə başçısı və şəhər rəhbərlərinin müxtəlif sahələrdəki səylərini təqdir edərək hövzələr ilə şəhər idarəçiliyi arasında davamlı əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib: Elmi hövzələr sizin daim yanınızdadır və bu tərəfdaşlığı öznə bir şərəf hesab edir. Fikr, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlıq gücləndirilməlidir ki, qarşılıqlı potensiallar vətəndaşlara xidmət üçün səmərəli şəkildə istifadə olunsun.
Qəyyumlar Şurasının üzvü bildirib: Tehran şəhəri İslam Respublikasının paytaxtı və inqilabın əsas şəhəri olaraq uzaqgörən, mədəni və gələcəyə yönəlmiş idarəçiliyə ehtiyac duyur və bu şəhərdə hər uğurlu təşəbbüs həm milli, həm də beynəlxalq səviyyədə əks-səda verəcək.
Elmi hövzələrin rektoru çıxışını belə yekunlaşdırıb: Arzu edirik ki, Allah bizi bu müqəddəs ayın fəzilətlərini dərk etməkdə, xalqımıza səmimi xidmət göstərməkdə və İslam İnqilabının ideallarını həyata keçirməkdə müvəffəq etsin. Tehran şəhərinin inkişafı yolunda çalışanlar üçün müvəffəqiyyətlər arzulayıram və ümidvaram ki, İslam Respublikasının paytaxtı həmişə inkişaf, sağlamlıq və şərəf yolunda irəliləyəcək.
“Arman” layihəsi: Məscid, məktəb və ailə arasında əlaqə
Tehranın İcra Hakimiyyətinin başçısı doktor Zakani görüşün əvvəlində şəhər idarəçiliyində əsas strategiyanı izah edərək bildirib: Bu dövrdə strategiyamız “çətin və yumşaq dəyişikliklərin eyni vaxtda həyata keçirilməsi” üzərində qurulub. Yəni şəhər infrastrukturunun inkişafı mədəniyyət və şəhər həyatının yüksəldilməsi ilə paralel gedir.
O əlavə edib: İnşaat layihələrindən əlavə, mədəniyyət yönümlü və sosial yanaşma şəhər idarəçiliyinin əsas hərəkətverici qüvvəsi kimi müəyyən edilib və ailə, məscid və məktəb kimi təsirli qurumlar arasında planlı əlaqə qurmağa çalışmışıq.
Doktor Zakani Tehran bələdiyyəsinin mədəniyyət yönümlü proqramlarından biri olan şəhid “Arman” layihəsini təqdim edərək bildirib: Bu layihə şəhər səviyyəsində 7 min təlimçi ilə həyata keçirilir və onların yarısı ruhani şəxslərdir.
O qeyd edib: Hal-hazırda Tehran şəhərində 800 məscid və 900 məktəb bu layihə çərçivəsində fəaliyyət göstərir. Layihənin əsas məqsədi yeniyetmə nəsli tərbiyə etmək və məscid, məktəb və ailə arasında əlaqəni gücləndirməkdir.
Tehranın İcra Hakimiyyətinin başçısı bu yanaşmanın nəticəsi olaraq 659 məsciddə 65 min yeniyetmənin mənəvi etikaf mərasimlərində iştirakını qeyd etdi və bunu məscid mühitində vətəndaş potensialının canlanmasının göstəricisi kimi qiymətləndirdi.
“Gövhərşad ” layihəsi: Əxlaq və hicab sahəsində fəaliyyət
O həmçinin “Gövhərşad ”adlı xüsusi layihədən bəhs edərək bildirdi: Bu layihə əxlaq və hicab sahəsində mənfi təbliğatlara qarşı fəal və konstruktiv müdaxilə məqsədilə hazırlanıb.
Xəbərin sonu
Rəyiniz