bazar 22 fevral 2026 - 19:05
Qurani-Kərimin maarifi müasir gənclərə onların anlayacağı dildə, aydın şəkildə təqdim olunmalıdır

Hövzə / Həzrət Ayətullah üzma Cəfər Sühani beynəlxalq Qurani-Kərim sərgisinin açılışı münasibətilə etdiyi çıxışında Qurani-Kərim maarifinin gənc nəsil üçün əhəmiyyətini vurğulayaraq bildirib: Bugünkü gənc nəsil ölkənin və İslam ümmətinin əsas mehvəridir. Əgər Qurani-Kərim maarifi müasir dil və aydın şəkildə təqdim olunarsa, bu onların bir çox sual və narahatlıqlarına cavab verə bilər.

Hövzə Xəbər Agentliyinin  müxbirinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Cəfər Sübhani şənbə günü 21 fevral 2026-cı il (2 esfənd 1404 şəmsi) tarixində 33-cü beynəlxalq Qurani-Kərim sərgisinin açılış mərasimi münasibətilə etdiyi çıxışının tam versiyası aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Ramazan ayı Qurani-Kərimin nazil olduğu və möminlərin qəlblərinin baharıdır. Belə mübarək günlərdə cəmiyyətin mühit və ab-havasının ilahi kəlamın ətir və nuru ilə daha da bəzənməsi çox gözəldir. Müqəddəs Ramazan ayında Qurani-Kərim məclislərinin keçirilməsi, həmçinin həyatımızda Qurani-Kərimə bir daha diqqət yetirmək üçün qiymətli bir fürsətdir.

Qurani-Kərim yalnız oxumaq və tilavət üçün bir kitab deyil, eyni zamanda insanları hidayət edən, həyat və səadət kitabıdır. Hər yerdə cəmiyyət Qurani-Kərimə yaxın olmuş və onun öyüdlərini əməlində tətbiq etmişsə, şərəf, əmin-amanlıq və tərəqqi yaşamışdır. Əksinə, bu nur mənbəyindən uzaqlaşdıqda müxtəlif zərər və xaoslarla üzləşmişik. Bu gün də hər zamankından daha çox Qurani-Kərim maarifinə qayıtmağa ehtiyacımız var.

Bugünkü gənc nəsil ölkənin və İslam ümmətinin əsas sərvətidir. Əgər Qurani-Kərim bilikləri müasir dil, sənətkar üsullarla və cəmiyyətin intellektual və mədəni ehtiyaclarına uyğun şəkildə təqdim olunarsa, bu, gənc nəsilin bir çox sual və narahatlıqlarına cavab verə bilər və onları düzgün həyat yoluna yönəldə bilər.

Hazırkı İslamın düşmənləri media və mədəni vasitələrlə dini inancları zəiflətməyə çalışır, hətta bəzən müqəddəs Qurana qarşı hörmətsizlik edilir. Buna qarşı ən yaxşı cavab Quran mədəniyyət və tövsiyələrinin yayılması və bu müqəddəs kitabın mərhəmətli, düşüncəli və insan tərbiyə edən tərəfini cəmiyyətə göstərməkdir. Biz davranış, əxlaq və fəaliyyətimizlə Qurani-Kərimin mərhəmət, ədalət, insan ləyaqəti və tərəqqi kitabı olduğunu nümayiş etdirməliyik.

Həmçinin Məhəmməd Peyğəmbər (s) və Əhli-Beytin (ə) həyat tərzinə diqqət yetirmək bu yolda bizə köməklik edər. Çünki onlar, Qurani-Kərimi olduğu kimi düzgün və dəyişməz şəkildə insanlara çatdırmaq üçün Allah tərəfindən seçilmiş dahi şəxsiyyətlərdir. Cəmiyyətimiz nə qədər əxlaq və ədalətlilik, həmçinin xidmət və məsuliyyət prinsiplərinə yaxınlaşarsa, o qədər Qurani-Kərim ruhiyyəsinə yaxınlaşmış olar.

Ümidvarıq ki, Qurani-Kərim sərgilərinin keçirilməsi insanlarda iman, ümid və həmrəylik hissini gücləndirmək üçün təsirli bir addım olacaq və Qurani-Kərim ailə və məktəblərin, həmçinin universitet və sosial institutların həyatında daha geniş iştirak edə biləcəkdir. Şübhəsiz, İslam ümmətinin parlaq gələcəyi Qurani-Kərimə möhkəm bağlanmaq və onun nurani əmrlərinə əməl etməkdən keçir.

Allah-Təaladan arzu edirik ki, Qurani-Kərim fəaliyyətiylə məşğul olan bütün şəxslərə xalis xidmət etmək imkanını nəsib etsin və qəlblərimizi hər gün Qurani-Kərim nuru ilə daha çox işıqlandırsın.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun  
 
Ayətullah üzma Cəfər Sübhani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha