bazar ertəsi 23 fevral 2026 - 16:48
Quran prinsiplərinə əsaslanan idarəçilik yalnız xarici süni intellektə güvənmək və onu sadəcə neytral hesab etmək yolu ilə əldə edilə bilməz

Hövzə / Ali İnqilab Mədəniyyət Şurasının katibi “Quran idarəçiliyində alqoritmlərin intellektləşdirilməsi” mövzusunda keçirilən iclasda vurğulayıb ki, süni intellekt “yaradılmışdır, özündən kəşf etmir”, və yerli alqoritmlərin hazırlanmasını, eləcə də idarəçiliyin üç təbəqədə “məlumat, proqram və texnologiya təminatı” səviyyəsində həyata keçirilməsini tövsiyə edib.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Ali İnqilab Mədəniyyət Şurasının katibi Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənah İslam Elmləri üzrə Kompüter Tədqiqatları Mərkəzi tərəfindən İmam Xomeyni (r) məscidində keçirilən 33-cü Beynəlxalq Qurani-Kərim sərgisində iştirak edib.
Sərginin “Süni intellekt və rəqəmsal Quran tədqiqatları” ardıcıllığının ilk iclasında o, “Quranla Alqoritmlərin İntellektuallaşdırılması” mövzusunda bəzi məqamları təqdim edib.

Hövzə və universitet ustadı İslam elmlərinin rəqəmsallaşdırılması sahəsində atılan böyük addımları tərifləyərək, süni intellekt dövrünə daxil olmağın fundamental bir yenidən baxışı tələb etdiyini vurğulayıb. O, mövcud platformalardan passiv istifadə etməyin yalnız Quran idarəçiliyinin həyata keçirilməsinə gətirməyəcəyini, eyni zamanda ölkəni strateji risklərlə üz-üzə qoya biləcəyini qeyd edib.

Rəqəmsallaşmadan süni intellektə doğru: Böyük, amma hələ tamamlanmamış addım

Ali İnqilab Mədəniyyət Şurasının katibi müqəddəs Ramazan ayının gəlişi münasibətilə öz təbriklərini çatdıraraq, Quran sərgisinin təşkilatçılarını, həmçinin Nur mərkəzinin fəaliyyətini təqdir etdikdən sonra İslam elmlərində tədqiqat vasitələrinin inkişaf yolunu izah edib. O qeyd edib ki, Ali Məqamlı Rəhbərin göstərişi ilə bir neçə il əvvəl, hövzə rəqəmsallaşma sahəsinə daxil olmuş və Nur Mərkəzi bu sahədə böyük işlər görmüşdür.

Höccətül-İslam vəl-müslimin Xosrovpənah bildirib ki, bu inkişaf təfsir, hədis, fiqh və digər İslam elmlərində böyük imkanlar yaradıb. Məsələn, əgər 70-ci illərin əvvəllərində Biharul-ənvar kitabında hədis axtarmaq aylarla vaxt aparırdısa, hazırda rəqəmsal platforma vasitəsilə bu iş çox qısa müddətdə mümkündür. İndi isə süni intellekt və mürəkkəb alqoritmlərin ortaya çıxması ilə İslam məlumatlarının təhlili üçün daha yüksək imkanlar mövcuddur. Lakin əsas və mühüm sual budur: Mövcud platformalar və ChatGPT kimi açıq mənbəli süni intellekt proqramlarından istifadə İslam elmlərindəki ali məqsədlərimizə çatmaq üçün kifayət edirmi, yoxsa biz öz süni intellektimizi yaratmalı və daha dəqiq desək, idarəçiliyi intellektləşdirməliyik?

Süni intellektin əsas mahiyyəti: Süni intellekt məqsədyönlü yaradılmışdır, yoxsa sadəcə kəşf edən bir sistemdir?

O, yerli texnologiyanın hazırlanmasının zəruriliyi və mövcud alətlərə sadəlövh yanaşmanın yanlışlığını vurğulayaraq, süni intellektin mahiyyətinə diqqət çəkib: "Sadaladığımız platformalara dini məlumatlarımızı verib, onlar məlumatları dəyişmədən çıxaracaq” kimi sadə təsəvvür doğru deyil. Süni intellekt təbii bir həqiqəti neytral şəkildə kəşf edən vasitə deyil, yaradılmış bir sistemdir. Bu texnologiyanın əsası olan alqoritm insan tərəfindən müəyyənləşdirilən bir prosesdir.

Ali İnqilab Mədəniyyət Şurasının katibi əlavə edib: Alqoritmi yaradan şəxs öz iradə, qərar, niyyət  və məqsədlərinə uyğun olaraq süni intellektə istiqamət verir, hansı sahədə cavab verməsini, hansı sahədə isə səssiz qalmasını və ya yönləndirilmiş cavab verməsini müəyyən edir. Məsələn, bəzi süni intellekt proqramlarına şəhid Qasim Süleymani və ya İsrail rejimi ilə bağlı hər hansı bir siyasi məsələlər barədə sual verildikdə ya cavab vermir, ya da yanlış və öz bildiyi formada cavab verir. Bu, göstərir ki, cavablar alqoritm və verilənlərin idarəçiliyinə tabedir və onu yaradan şəxs tərəfindən müəyyənləşdirilib. Beləliklə, süni intellekt məqsədyönlü şəkildə yaradılmış bir sistemdir, neytral vasitə deyil.

Müasir problemlər və hibrid müharibələr şəraitində Qurani-Kərim prinsiplərinə əsaslanan idarəetmə

Höccətül-İslam vəl-müslimin Xosrovpənah öz çıxışını süni intellektin neytral olmaması mövzusunu izah etdikdən sonra “Quran ilə yanaşma” mövzusuna, həmçinin bu texnologiyanın bu gün cəmiyyətin mürəkkəb problemlərinin həllində böyük əhəmiyyətinə yönəltdi. O bildirib: idarəetmə (Governance) siyasət formalaşdırmaqdan tutmuş nəzarət və qiymətləndirməyə qədər uzanan mürəkkəb qərarqəbuletmə prosesidir.
Bu gün biz birtərəfli sosial fenomenlərlə qarşılaşmırıq. Məsələlərimiz mürəkkəb və bir-birinə bağlıdır. Məsələn, sosial hadisələr yalnız mədəniyyətlə məhdudlaşmır, onlar iqtisadi, siyasi və hətta sağlamlıq aspektlərini də əhatə edir. Bu məsələləri yalnız təhlükəsizlik və ya iqtisadi ekspertlərin təkcə bir sahədə hazırladığı birtərəfli yanaşmalarla həll etmək mümkün deyil. Biz müxtəlif sahələrdə mürəkkəb və bir-biri ilə əlaqəli olan məsələlər ilə üz-üzəyik və bunun üçün Qurani-Kərim təlimlərinə əsaslanan hibrid idarəetməyə ehtiyacımız var.

Höccətül-İslam vəl-müslimin Xosrovpənah əlavə edib: Belə mürəkkəb idarəetmə alqoritmini dini mətnlərin dərinliyindən çıxarmaq adi hesablamalar və insanın təbii zəka bacarıqları ilə çox çətindir, bəlkə də mümkünsüzdür. Elə burada süni intellektə ehtiyac yaranır. Lakin hər hansı bir süni intellekt deyil, algoritmləri özümüz tərəfindən hazırlanmış və bu ehtiyaclara cavab verəcək şəkildə formalaşmış süni intellekt tələb olunur.

Ağıllı qərarvermənin üç əsas təməli: Texnologiya təminatı, alqoritmlər və məlumat

Ali Mədəniyyət İnqilabı Şurasının katibi, müzakirənin yekun nəticələrində bu məqsədə çatmaq üçün 3 əsas və bir-biri ilə əlaqəli səviyyədə proqram müəyyən etdi və təhlükəsizlik təhdidlərinə diqqət çəkərək bunun vacibliyini vurğuladı: Qurani-Kərim əsaslı idarəetmədə alqoritmlərin ağıllı qərar qəbul etməsinə çatmaq üçün güclü texnologiya təminatına (GPU) malik olmaqla kifayətlənmək olmaz.

O, bildirdi ki, ağıllı qərar qəbul etməni üç mərhələdə izləməliyik:

Birinci mərhələ: Məlumat üzərində nəzarət;

Sadəcə tərcümə və mövzu üzrə şərhlər kimi səthi məlumatlarla kifayətlənməməliyik. Məlumat sahəmizi daha dərin şərh metodları ilə genişləndirməliyik. Bunlar məsələn, məntiqli, sənədli, geniş və izahlı araşdırmalara əsaslanan təfsir üsulları, həmçinin məntiqli çıxarış metodları, o cümlədən Şəhid Sədrin yanaşmaları kimi tətbiq olunmalıdır. Bu yolla Qurandan yeni suallar ələ gətirmək və onun zəruri nəticələrini aşkara çıxarmaq mümkün olacaq.

İkinci mərhələ: Alqoritm və proqram təminatı üzərində idarəetmə;

Alqoritmləri və açıq mənbəli proqram təminatını İslamın biliyə əsaslanan və dəyər yönümlü prinsiplərinə uyğun yaradaraq, özümüz inkişaf etdirməliyik.

Üçüncü mərhələ: Texnologiya təminatı üzərində idarəetmə;

Bu mütəxəssislər üçün əsas sualdır: Çiplər və mikroelektronika neytral hissədir, yoxsa potensial təhlükə daşıyır? Təcrübə göstərir ki, onlar casusluq və ya sabotaj vasitəsi ola bilər. Məsələn, ilkin raketlərdə müşahidə etdiyimiz kimi dəyişdirilmiş çiplər məqsədə çatmağı əngəlləyirdi.

Ali Mədəniyyət İnqilabı Şurasının katibi əlavə etdi: Sosial böhran üçün qərarverici alqoritmdə, həmin raket nümunəsi kimi orta yolda partlayaraq cəmiyyəti daha böyük bir böhranla üz-üzə qoyacaq versiyanın təqdim olunma ehtimalı mümkün deyilmi? Buna görə də biz məsələni görməzdən gəlmək istəmirik; “Milli Süni İntellekt Sənədi”nin hazırlanması da bu məqsədə xidmət edir. Lakin diqqətlə və dərindən hərəkət etməli, Qurani-Kərim əsasında nəzəri və praktiki hikmətə söykənən süni intellekt yaradaraq mürəkkəb sosial idarəetmə üçün həll yolları təqdim etməliyik.

Xəbərin sonu 

Quran prinsiplərinə əsaslanan idarəçilik yalnız xarici süni intellektə güvənmək və onu sadəcə neytral hesab etmək yolu ilə əldə edilə bilməz

Beynəlxalq Quran sərgisində "Quran ilə yanaşı idarəetmədə" alqoritmlərin intellektləşdirilmə mövzusunda elmi müzakirə keçirilib

Quran prinsiplərinə əsaslanan idarəçilik yalnız xarici süni intellektə güvənmək və onu sadəcə neytral hesab etmək yolu ilə əldə edilə bilməz

Quran prinsiplərinə əsaslanan idarəçilik yalnız xarici süni intellektə güvənmək və onu sadəcə neytral hesab etmək yolu ilə əldə edilə bilməz

Quran prinsiplərinə əsaslanan idarəçilik yalnız xarici süni intellektə güvənmək və onu sadəcə neytral hesab etmək yolu ilə əldə edilə bilməz

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha