bazar 1 mart 2026 - 17:24
Millətin atası, şəhid Ayətullah Seyid Əli Xamenei böyük xüsusiyyətlərin bariz nümunəsi idi

Hövzə | Biz bütün xalqdan, o cümlədən möhtərəm ruhanilərdən, dəyərli və ziyalı insanlardan, eləcə də müxtəlif ictimai qruplardan və vüqarlı silahlı qüvvələrimizdən xahiş edirik ki, İslam və İnqilabın, eləcə də İranın müdafiəsi yolunda möhkəm və sabitqədəm qalsınlar. Bu taleyüklü anlarda birlik və həmrəyliklərini daha da möhkəmləndirsinlər öz qüdrət və əzəmətləri ilə İran və İslam tarixinin səhifəsində yeni bir qızıl səhifə yaratsınlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Ərafi  İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyid Əli Xameneinin şəhadəti münasibətilə  başda İmam Zaman (ə.f) olmaqla İran xalqı və bütün dünya məzlumlarına ünvanladığı başsağlığı bəyanatında deyib:

Zalımları məhv edən Allahın adı ilə 

افان مات او قتل انقلبتم علی اعقابکم .
و لاتحسبن الذین قتلوا فی سبیل الله امواتا بل احیاء عند ربهم یرزقون.

“Əgər o ölsə və ya öldürülsə, siz geriyəmi dönəcəksiniz?”

“Allah yolunda öldürülənləri əsla ölü zənn etməyin.! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur.

Müqavimət ordusunun gözü, mübarizənin  şücaətli nümunəsi, ümmətin rəhbəri və xalqın əzizi olan Ayətullah üzma Seyid Əli Xamenei (Allah ona rəhmət eləsin) mübarək Ramazan ayında şəhidlik məqamına ucalaraq Allahın rəhmətinə qovuşdu. O, öz şəhadətiylə İran xalqını və İslam ümmətini, eləcə də elmi hövzələri böyük bir matəmə qərq etdi.

Bu ağrılı və ürəkdağlayan hadisə ilə bağlı başda mövlamız, ağamız həzrət İmam Zaman (ə.f) olmaqla bütün İran xalqına, əziz İslam ümmətinə, o cümlədən hörmətli İslam alimlərinə, eləcə də dünya məzlumları və müqavimət cəbhəsinə dərin hüznlə başsağlığı veririk. Bu gün İslam İnqilabının iki imamının yolunun davam etdirilməsini, İslam ölkəsinin müstəqilliyi və əzəmətinin müdafiəsini və İnqilabın uca ideallarının qorunmasının vacibliyini bir daha vurğulayırıq.

Millətin atası, şəhid Ayətullah Seyid Əli Xamenei böyük xüsusiyyətlərin bariz nümunəsi idi. Bu misilsiz şəxsiyyətin təzahürləri İran və dünya miqyasında ucaldı, qlobal siyasi məsələləri dəyişdirdi, İranın və İslam ümmətinin müxtəlif sahələrdə tərəqqisinə və əzəmətinə zəmin yaratdı.

Bu gün biz öz şəhidlərimizin yolunu davam etdirmək, Allah və onun peyğəmbərinin, eləcə də mövlamız İmam Zamanın (ə.f) və əziz şəhidlərin qarşısında əhdimizə sadiq qalmaq məsuliyyəti ilə üz-üzəyik. İslamın düşmən və bədxahları bilməlidirlər ki, xalq İnqilabın və mübarək Ramazan ayında  şəhid olanların yolunu davam etdirəcək, o cümlədən qeyrətli xalqın, əziz gənclərin və uca məqamlı şəhidlərin qanının intiqamını alacaqdır. Uca Allahın yardımı ilə İran vahid, başıuca və qalib olacaqdır, inşallah.

Biz bütün xalqdan, o cümlədən möhtərəm ruhanilərdən, dəyərli və ziyalı insanlardan, eləcə də müxtəlif ictimai qruplardan və vüqarlı silahlı qüvvələrimizdən xahiş edirik ki, İslam və İnqilabın, eləcə də İranın müdafiəsi yolunda möhkəm və sabitqədəm qalsınlar. Bu taleyüklü anlarda birlik və həmrəyliklərini daha da möhkəmləndirsinlər öz qüdrət və əzəmətləri ilə İran və İslam tarixinin səhifəsində yeni bir qızıl səhifə yaratsınlar.

وما النصر الا من عندالله العزیز الحکیم.

Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.

Ayətullah Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha