bazar ertəsi 2 mart 2026 - 22:23
Şəhid Ayətullah Seyid Əli Xameneinin qisas gecəsində Qum sakinlərinin reaksiyası + video və foto

Qum şəhərinin sakinləri şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamı gecəsində ölmü gözə aldıqları halda küçələrə çıxaraq, qumarbaz Donald Trampa və cinayətkar Benyamin Netanyahuya, həmçinin onların havadarlarına bəyan edərək bildiriblər ki, şəhidlərin pak qanı naminə və əzəmətli İran İslam Respublikasının müdafiəsi üçün İslam İnqilabının keşiyində canları bahasına dayanmağa hazırdırlar.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, bu axşam həzrət Məsumənin (s.ə) diyarı kimi tanınan Qum şəhərinin sakinləri, şiələrin rəhbəri, ümmətin atası və sevimlisi həzrət Ayətullah Seyid Əli Xameneinin şəhadətinə yas saxlayaraq dərin hüzünlə böyük ruhiyyə ilə şəhid Seyid Əli Xameneinin qanının intiqamının alınması naminə küçələrə axışmışdır.

Onlar həm öz rəhbərləri ilə əhd və beyətlərini yeniləmək məqsədi ilə həm də meydanlara çıxaraq öz etirazlarını cinayətkar Donald Trampa və “uşaq qatili” olan Benyamin Netanyahuya bildiriblər ki, biz canımız bahasına olsa belə İslam İnqilabını müdafiə edəcək, şəhid Seyid Əli Xameneinin yolunu bütün vücudumuz ilə davam etdirəcəyik və qorxaq düşmənlərdən “sərt intiqam” alınanadək geri çəkilməyəcəyik. Bu yolda öz canlarını fəda etməyə hazır olduqlarını da xüsusi vurğulamışlar.

Video: Düşmənin aman­sız hücumları üçün hazırıq şüarları

Şəhid  Ayətullah Seyid Əli Xamenei sevərlərin böyük iştirakı

Qum şəhərinin vəfalı sakinlərinin həzrət Məsumənin (s.ə) müqəddəs hərəmi, eləcə də Tövhid, Əmini Bəyat, Müfid prospektləri və şəhərin digər qəsəbələrində keçirdikləri möhtəşəm və düşmənləri sarsıdan toplantı, ümmətin öz əziz rəhbərinə göstərdiyi səmimi və dərin məhəbbətin parlaq təzahürünə çevrilmişdir.

Xalq, həzrət Ayətullah Seyyid Əli Xameneinin ayrılığına görə matəm içində olmasına baxmayaraq böyük əzm ilə meydanlara çıxıb dünya ölkələrinə səslənərək bildiriblər ki, şəhid Seyid Əli Xameneinin bütün tərəfdarları meydandadır və bir addım belə geri çəkilməyəcəklər. İnqilabın iki böyük rəhbəriylə, o cümlədən əziz şəhidlərlə bağladıqları əhdə sadiq qalacaqlar.

Şəhid Ayətullah Seyid Əli Xameneinin qisas gecəsində Qum sakinlərinin reaksiyası + video və foto

Gənc və yeniyetmələrin  meydanlara çıxması 

Şəhid həzrət Ayətullah Xameneinin çoxsaylı aşiq və tərəfdarları ailəvi şəkildə toplantı və yürüşdə iştirak etmiş, izdiham arasında uşaqların, yeniyetmə və gənclərin nəzərəçarpacaq və diqqətçəkən iştirakı müşahidə olunub.

Toplantı zamanı xalq “zillət bizdən uzaqdır”, “Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız”, “aman­sız müharibə üçün hazırıq”, “Amerikaya ölüm”, “İsrailə ölüm” və digər şüarlar səsləndirərək ABŞ və sionist rejimin törətdiyi cinayətlərə qarşı qəzəb və nifrətlərini ifadə ediblər.

Video: Böyük izdihamda insan axınının görüntüləri

Həzrət Seyid Əli Xameneinin aşiq və tərəfdarlarından ibarət insan axınının görüntüləri 

Müqəddəs Qum şəhərindən verilən məlumata görə, şəhərin əsas prospektləri və matəm iştirakçılarının toplaşdığı məkanlara aparan küçələr inqilabçı insanlar ilə dolmuş, sanki İslam İnqilabının beşiyində coşqun bir insan seli axmağa başlamışdır.

Şəhərin hər bir nöqtəsində inqilabçı ruhiyyə və çoşquyla, şəhid Ayətullah Seyid Əli Xamenei və əziz şəhidlərin eşqi ilə meydanlara çıxmış izdiham dalğalarını müşahidə olub. Onlar dünyaya nümayiş etdirərək  bildiriblər ki, hər nə qədər matəm içində olsaq da son nəfəsimizə kimi İnqilab, dövlət və vətənin müdafiəsində dayanacağıq. Onlar ABŞ-a qarşı səsləndirdikləri sərt ittihamlarla regiondakı münaqişələr fonunda qətiyyətli mövqe nümayiş etdiriblər.

İnqilab mahiyyətli tələb: Qələbəyədək müharibə, müharibə!”

Qum şəhərinin vəfalı sakinləri bu gecə də əvvəlki kimi İran İslam Respublikasının bayraqlarını, İmam Xomeyni (r) və Ayətullah Xameneinin şəkillərini əllərində tutaraq meydanda əzmlə iştirak etmiş və bununla yanaşı müqəddəs birliyi nümayiş etdiriblər. Onlar “ Qələbəyədək müharibə!”, “Şüarımız bir kəlmədir, intiqam, intiqam!” və digər şüarlar səsləndirərək silahlı qüvvələrdən düşmənə qarşı sərt cavab verilməsini və İran İslam Respublikası və müqavimət cəbhəsinin şəhidlərinin qanının intiqamının alınmasını tələb ediblər.

Video: Qumun vəfalı sakinlərindən görüntü

“Xalqın qəzəbi” və “şücaətli həmrəyliyin” nümayiş olunduğu gecə

Bu gecə İslam dünyasının “Ümmül-Qurası” olan, eləcə də İslam İnqilabının beşiyi sayılan bu müqəddəs məkan, müsəlmanların vəliyi-fəqihinin şəhadəti münasibətilə bütün xalq kədər və matəm içində xüsusi bir gecə yaşayıb. Bu gecə, həm xalq tərəfindən sevilən rəhbər üçün yas mərasiminə, həm də müxtəlif millətlərdən ibarət insanların “böyük qəzəb” və “şücaətli həmrəyliyin” nümayiş etdirilməsinə çevrilib.

Bəli, bu gecə elm və ictihad diyarı olan Qum şəhəri ilə yanaşı, bütün ölkə üzrə “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirilib. Xalq ölkənin hər bir yerindən meydanlara çıxaraq həm şəhid Ayətullah Xameneinin yas matəmini tutdu, həm də düşmənlərə “zillət bizdən uzaqdır” şüarını  mesaj olaraq çatdırdı.

İran İslam Respublikasının ən böyük silahı

Təsadüfi deyil ki, beynəlxalq aləmdə obyektiv analitiklər İran İslam Respublikasının malik olduğu ən mühüm və təsirli gücün onun geniş xalq dəstəyi olduğunu vurğulayırlar. Şübhəsiz ki, ilahi yardım və qüvvə ilə bu ictimai dayaq, zahirən güclü və hiyləgər görünən istənilən rəqibi belə təsirsiz hala gətirəcəkdir.

Video: Şəhid Ayətullah Xamenei sevərlərin geniş iştirakı

Eşq olsun vilayətə sadiq, vəfalı, inqilabçı ruhiyyəli və daim meydanda olan bu fədakar xalqa!


Hazırladı: Əli Əlizadə

Rəyiniz

You are replying to: .
captcha