çərşənbə axşamı 3 mart 2026 - 11:14
Behiştə yola salma / Qum şəhər sakinləri şəhidlər üçün əllərindən gələni əsirgəmədi + VİDEO və FOTO

Qum şəhərinin inqilabçı və sədaqətli sakinləri əzəmətli iştirakı ilə ABŞ və sionist rejiminin hücumları nəticəsində şəhid olmuş 8 qəhrəmanın müqəddəs nəşini dəfn edərək onları son mənzilə yola salıb.

Hövzə Xəbərləri Agentliyinin müxbirinin verdiyi məlumata görə, ABŞ və sionist rejiminin törətdiyi son təxribatlar nəticəsində 8 nəfər şəhid olmuşdur. Bu gün 3 mart 2026-cı il tarixində cihad və şəhadət ətri ilə dolu bir vilayət, eləcə də inqilabın yarandığı bir diyar olan Qum şəhərində insanların əzəmətli və böyük iştirakı ilə dəfn olundular.

Dəfn mərasiminə toplanan insanlar “ölüm olsun Amerikaya!”, “ölüm olsun İsrailə!”, “Ləbbeyk ya Xamenei!”, “Zillət bizdən uzaqdır!”, “Qisas! Qisas!” və.s şüarlarını səsləndirərək şəhidlərin yolunun davam etdirilməsinə və ABŞ-ın başçılığı ilə qlobal imperializmə qarşı möhkəm duruşa bir daha diqqət çəkiblər.

Video | “Zillət bizdən uzaqdır” şüarı ilə şəhidlərin son mənzilə yola salınması

Şəhidlərin dəfn mərasimi zamanı insanlar müqəddəs İran İslam Respublikasının bayrağını, o cümlədən Əhli-Beyt (ə) adları ilə yazılmış qara və qırmızı rəngli bayraqları, həmçinin şəhid Ayətullah Seyid Əli Xamenei və digər şəhidlərin müqəddəs portretlərini əllərində tutaraq şəhidlərin pak və müqəddəs nəşlərini həzrət Məsumənin (s) müqəddəs hərəminə doğru müşayiət ediblər.

Şəhidlərin müqəddəs nəşləri həzrət Məsumənin (s.ə) hərəmində ziyarət edildikdən sonra, Qum şəhərinin imam cüməsi Ayətullah Seyid Məhəmməd Səidi tərəfindən cənazə namaz qılındı.

Şəhidlər Mürtəza Ələmxah, Əliəsgər Xani, Rəhim Həsənlu, Məhəmməd Sadiq Qulami, Məhəmməd Vəzini-Əkbər və İsmayıl Cəfəri Qum şəhərinin şəhidlər məzarlığına aparılaraq torpağa tapşırıldı.

Bundan əlavə, şəhid Əhmədi Mina müqəddəs "Behişte Məsumə (s)" adına qəbristanlıqda torpağa tapşırıldı.

Şəhid Seyid Məcid Müvəhhid Əbtəhi isə bu gün saat 15:00-da müqəddəs həzrət Həmzə (ə) imamzadəsində dəfn olunacaq.

Digər iki şəhidi, o cümlədən şəhid Məcid Sərvəri Əlborz şəhərinə, şəhid Əbdürrza Bəqlan isə Şuş Danyal şəhərinə nəşlərinin dəfn olunması üçün yola salınmışdır.

Video | Şəhidlərin son mənzilə yola salınmasında inqilabçı xalqın möhtəşəm iştirakı

Həzrət Fatimeyi-Məsumənin (s) müqəddəs hərəmində “Damarımızdakı qan rəhbərimizə fəda olsun”, “Biz rəhbərimizin qisas alanlarıyıq” və.s şüarlarının səslənməsi, inqilabçı xalqın imam və əziz şəhidlərin ideallarına sədaqətini yenidən nümayiş etdirməsinin möhtəşəm görüntülərini ortaya qoydu.
Matəm hüznü yaşayan xalq şəhidlərin xatirəsini hörmətlə yad edərək onların ruhlarına fatihə surəsini oxuyub, nəşlərinin üzərinə güllər tökdülər. Eləcə də xalq İran İslam Respublikasının müstəqilliyi uğrunda canlarını fəda edən yüksək rütbəli şəhidlərin yolunu davam etdirməyə qətiyyətlə sadiqliklərini göstərdi.
Keçən gecə həzrət Məsumənin (s) müqəddəs hərəmində cinayətkar Amerika və İsrailin törətdiyi son təxribatlar zamanı şəhid olan 8 nəfərin müqəddəs nəşləri ilə hüznlü vida mərasimi keçirildi.


Video | Şəhidlərlə hüznlü vida mərasimi

Behiştə yola salma / Qum şəhər sakinləri şəhidlər üçün əllərindən gələni əsirgəmədi + VİDEO və FOTO

Behiştə yola salma / Qum şəhər sakinləri şəhidlər üçün əllərindən gələni əsirgəmədi + VİDEO və FOTO

Behiştə yola salma / Qum şəhər sakinləri şəhidlər üçün əllərindən gələni əsirgəmədi + VİDEO və FOTO

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha