Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, bu günün böyük məraciəyi-təqlidlərindən biri olan Ayətullah Nasir Məkarim Şirazi, bu gün 3 mart (12 esfənd) çərşənbə günü axşam saatlarında yayımladığı video müraciətində İslam İnqilabının qalibiyyətindən dərhal sonra düşmənin törətdiyi təxribatlara toxunaraq bildirib: O vaxt ordu və rəşadətli silahlı qüvvələrimiz yox idi. Düşmən son zərbənin vaxtının gəldiyini hiss edərək, iraqlıların həyəcanlandırılması yolu ilə iranlıların aciz olduğunu və heç bir iş görə bilməyəcəklərini düşünürdü.
Həzrət Ayətullah Məkarim Şirazi Xürrəmşəhrdəki İraqın Bəəs zabitlərinin xatirəsini nəql edərək əlavə edib: Onlardan biri deyirdi: Biz sabah Tehranı ələ keçirəcəyik. Lakin o həmin sabah səkkiz il çəkdi. Onlar bu müddət ərzində heç bir iş görə bilmədilər və nəticədə məğlub oldular və yalvararaq atəşkəsin qəbul edilməsini istəyirdilər.
Həzrət Ayətullah Məkarim Şirazi hazırkı vəziyyəti İran-İraq müharibəsi dövrü ilə müqayisə edərək qeyd edib: Əziz qardaş və bacılarım bilsinlər ki, indi o dövrdən daha çox yaxşı hərbi imkanlarımız var. Bizim rəşadətli döyüşçülərimiz düşməni davamlı şəkildə vurmaqda davam edirlər. Buna görə də dəyərli qardaş və bacılarımın qəlbləri aram və sakit olsun və bilsinlər ki, İmam Zamanın (ə.f) yardımı ilə biz qalib gələcəyik.
Həzrət Ayətullah Məkarim Şirazi Silahlı Qüvvələrin qüdrətinə işarə edərək vurğulayıb: Bizim rəşadətli ordumuzda, İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və Silahlı Qüvvələrimizdə bu qədər qüvvət və güc mövcud olduğu müddətcə, gələcək naminə heç bir narahatlığımız yoxdur. Biz əminik ki, düşməni məhv edəcəklər və şəhid Ayətullah Seyid Əli Xamenei (Allah ona rəhmət etsin) buyurduğu kimi, düşmən öz əməllərindən həqiqətən peşman olacaq.
Ayətullah Məkarim Şirazi son olaraq qeyd edib: Mən öz növbəmdə daim dua edirəm və mütləq dua etmək lazımdır. Lakin eyni zamanda silahlı qüvvələrimiz və rəşadətli ordumuz meydanda öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər.
Xəbərin sonu
Rəyiniz