Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amuli mühüm bir mesajında, əziz İran xalqının böyük bir sınağın astanasında olduğunu bildirərək, hər bir kəsi birlik və həmrəyliyin qorunması naminə fəal iştiraka etməyə dəvət etdib.
Ayətullah Amuli qeyd edib: Bir daha İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ağır və hüznlü şəhadəti münasibətilə İslam ümmətinə, eləcə də bu böyük və dahi şəxsiyyətin möhtərəm ailəsinə başsağlığı veririk. O, bütün ömrünü İslam yolunda sərf etmişdir. Bu dahi şəxsiyyət Allah yolunda şəhid olmağı seçərək şəhidlik zirvəsinə ucalmışdır. İndi isə İmam Hüseyn (ə) və İmam Həsənin (ə) əziz qonağıdır.
Ayətullah üzma Cavadi Amuli sözlərinə davam edərək bildirib: Həmçinin bir sıra ali rütbəli komandir və hərbiçilərin şəhadətini ehtiramla yad edir, onların əziz ailələrinə başsağlığı veririk. Eləcə də İslam dini və İslam ölkəsinin qorunması yolunda fədakarlıq göstərərək şəhadət səadətinə və ilahi peyğəmbərlərin yoluna nail olmuş digər əziz həmvətən şəhidlərimizin şəhadəti mübarək olsun. Bu əzizlərin şəhadəti münasibətilə də ailələrinə və yaxınlarına başsağlığı veririk.
Video | Həzrət Ayətullah Cavadi Amulinin mühüm çıxışı
Ayətullah üzma Cavadi Amuli sözlərinin davamında, günahsız insanların, eləcə də Minab şəhər orta məktəbinin şagirdlərinin şəhadəti münasibətilə başsağlığı verərək bildirib: Minab şəhər tam orta məktəbinin, eləcə də digər məktəb şagirdlərinin uşaqlıq çağında şəhadət zirvəsinə ucalmışdır. Məktəbli şagirdlərin şəhadəti münasibətilə onların əziz və dəyərli ailələrinə başsağlığı verirəm. Bu yolda qanı tökülən, eləcə də şəhadət məqamına çatmış hər bir kəs Kərbəla şəhidləri və haqq yolunda şəhid olanlarla birlikdə məhşur olsun.
Həzrət Ayətullah Cavadi Amuli vurğulayıb: Haqq və din yolunda şəhid olan hər kəs Allahın göndərdiyi bütün peyğəmbərlərlə birlikdə məhşur olacaqdır. Əgər dünənimizin şairləri “üzüm dərən əllər ilə fəxr edirəm, möhkəm duran ayaqlar ilə fəxr edirəm” deyirdilərsə, bu günümüzün şeiri budur: “Raket hazırlayan əllər ilə fəxr edirəm, raket atan əllər ilə fəxr edirəm.” Mən raket düzəldib hazırlanmasında zəhmətləri olan alimlər haqqında dəfələrlə demişəm: Onlar həqiqətən İmam Zamanın (ə.f) ən yaxşı köməkçi və yoldaşlarıdır. Necə ki, məsum imamların (ə) seçilmiş səhabələri onların köməkçisi idilər, bunlar da öz rəhbərlərinin, eləcə də xalqın köməkçisi oldular.
Ayətullah üzma Cavadi Amuli İslam cəmiyyətində birliyin qorunmasının vacibliyini vurğulayaraq qeyd edib: Biz indi böyük bir sınağın astanasındayıq və son dərəcə diqqətli olmalı, birliyi tam şəkildə qorumalıyıq. Əgər cüzi çətinliklər varsa, qarşıda onun müqabilində savabı da var. Bilməliyik ki, düşmən bu torpaq və məmləkətə göz dikərək bu məmləkətimizi parçalamaq və bölmək niyyəti güdür. Bu torpaq bizim namusumuz, şərəfimiz və canımızdır.
Ayətullah üzma Cavadi Amuli İmam Sadiqdən (ə) bir hədisə istinad edərək deyib:
«مَن قُتِلَ دُونَ مالِهِ ظُلماً فَهُوَ شَهیدٌ»
Tərcümə: Malını, torpağını və mülkünü düşmənin hücumundan qoruyarkən öldürülən şəxs şəhiddir. Bu İslam dininin məntiqidir. Məsum imama sual verdikdə ki, əgər kimsə malımıza, torpağımıza və vətənimizə təcavüz etmək istəsə nə etməliyik dedikdə imam (ə) buyurdu:
«فاقتله دمه علی»
Onu öldür, onun qanının cavabı mənlikdir. İmamın kəlamına istinad edərək demək olar ki, sionistin qanını tökmək, eləcə də Trampın və bu kimilərin qanını tökmək vacibdir və bu məsuliyyətə imam özü cavabdehdir. Əgər bu gün İmam Zaman (ə.f) zühur eləsə onunda sözü məhz elə bu olacaqdır: Sionistlə vuruş, onun qanı mənim öhdəmədir və mən cavabdehəm, eləcə də cinayətkar Amerika ilə mübarizə apar, onun qanı da mənim öhdəmədir.
Həzrət Ayətullah Cavadi Amuli əziz İran xalqının meydanlarda fəal iştirakını yüksək qiymətləndirərək, eləcə də bu xalqın İslam dininin qoruyucuları olduğunu vurğulayaraq deyib: Ey əziz xalq! Mən sizin böyüklük və əzəmətinizi, eləcə də heybət və şan-şöhrətinizi böyük hörmət və dərin ehtiramla yad edirəm. Gecə gündüz bu meydanları tərk etməyən bütün İran xalqına, o cümlədən qardaş və bacılarımıza, eləcə də analarımıza və qızlarımıza öz dərin təşəkkürümüzü bildiririk. Allahın və onun əziz peyğəmbərinin (s) salamı üzərinizə olsun, eləcə də Əli ibn Əbu Talibin (ə), İmam Sadiqin (ə) və İmam Zamanın (ə.f) salamı üzərinizə olsun. Çünki siz onların qoruduğu dininin qoruyucularısınız.
Ayətullah Cavadi Amuli birliyin qorunmasının zəruriliyini vurğulayaraq bildirib: Siz müdrik və uzaqgörən bir xalqsınız. Siz özünüz bu birliyi qoruyun. İxtilaf çox mühüm bir anlayışdır, lakin müxalifət və qarşıdurma isə son dərəcə çirkin və pis əməldir. Quran ixtilafı nemət, müxalifəti isə əzab kimi qeyd edir.
Sonda İslam dövlətinin və İslam İnqilabının qorunması üçün dua edərək deyib: Bütün şəhidlərimiz, xüsusilə də Ali Məqamlı Rəhbərimiz şəhid Ayətullah Seyid Əli Xamenei, İmam Hüseyn ibn Əli (ə) və bütün İslam şəhidləri ilə məşhur olsunlar. Bu İslam dövləti olduğu kimi öz əsl sahibinə, İmam Zamana (ə.f) təhvil verilsin. İndi müqəddəs Ramazan ayıdır və bu ayda dualar qəbul olunur. Bütün İran xalqına, o cümlədən qardaş və bacılarımıza, eləcə də analarımıza və qızlarımıza öz dərin təşəkkürümüzü bildiririk. Meydanları boş qoymayan, daim meydanlarda hazır olun. Bir daha İslam İnqilabını dəstəkləyən xalqa öz dərin minnətdarlığımızı bildiririk. Allah hamınızdan razı olsun.
Xəbərin sonu
Rəyiniz