Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Nuri Həmədani, həzrət Ayətullah Seyid Müctəba Xameneinin İran İslam İnqilabının üçüncü rəhbəri seçilməsi münasibətilə müraciət yayımlayıb.
Ayətullah Nuri Həmədaninin ünvanladığı müraciətin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Ali Məqamlı Rəhbər, həzrət Ayətullah Seyid Müctəba Xamenei!
Salam Aleykum
İslam İnqilabının şəhid olmuş Ali Məqamlı Rəhbərinin, habelə İslam İnqilabının məsul şəxslərindən olan bir neçə şəxsin, eləcə də sıravi vətəndaşların şəhadəti münasibətilə başsağlığı verirəm. Eyni zamanda yeni seçilmiş rəhbərliyi ürəkdən təbrik edir, uğurlar arzulayıram. Uca Allaha şükür edirəm ki, xalqın seçilmiş nümayəndələri və İslam ümmətinin əmanətdarları olaraq bütün zəruri şərtləri və meyarları nəzərə alaraq, həzrət İmam Zamanın (ə.f) xüsusi inayəti ilə sizi rəhbərlik kimi ağır və məsuliyyətli vəzifəni icra etməyə layiq şəxs kimi İran İslam Respublikasının rəhbəri vəzifəsinə təqdim etmişdir. Siz fiqh elmi və şücaət, eləcə də təqva və zamanın tələblərini düzgün dərk etmək bacarığı, idarəçilik və tədbirlilik xüsusiyyətləri ilə seçilmisiniz və şəhid olmuş rəhbərin yoluna və məktəbinə dərin sədaqət göstərirsiniz. Bununla da xalqın düşmənləri bir daha ümidsiz və aciz qalmışdır.
Bu münasibətlə, Xubriqan Məclisinin müdrik və layiqli seçimini yüksək qiymətləndirərək bildirirəm ki, İslam İnqilabının əsas sütunu və möhkəm dayağı olan vilayəti‑fəqih prinsipinə tam sədaqət və itaətin zəruriliyi bir daha təsdiqlənməlidir.
Eyni zamanda bütün İslam ümmətini, xüsusilə İranın dini inanclı, əziz və qeyrətli xalqını, eləcə də xalqa xidmət edən etimadlı məsul şəxsləri bəsirət və həmrəylik nümayiş etdirərək İnqilabın Ali Məqamlı Rəhbərinin ətrafında birləşməyə, vilayəti-fəqih prinsipinə əsaslanaraq vəhdət və həmrəyliyi qorumağa və İslam İnqilabının şərəfli yolunu möhkəm iradə və qətiyyətlə davam etdirməyə çağırıram.
Sonda uca Allahdan Sizin üçün uzun ömür, can sağlığı və İslam və müsəlmanlara xidmət yolunda daim uğur və müvəffəqiyyətlər diləyirəm.
9 mart 2026-cı il
Ayətullah Hüseyn Nuri Həmədani
Rəyiniz