bazar ertəsi 9 mart 2026 - 21:52
Amerika ilə mübarizə aparmaq bütün müsəlmanlara vacibdir

Hövzə | Bağdad şəhərinin cümə imamı Seyid Yasin Musəvi çıxışında Amerika Birləşmiş Ştatları ilə mübarizənin bütün müsəlmanlar üçün vacib olduğunu bəyan edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bağdad şəhərinin cümə imamı Ayətullah Seyid Yasin Musəvi çıxışı zamanı bildirib ki, amerikalılarla mübarizə bütün müsəlmanların üzərinə düşən mühüm bir vəzifə hesab olunur.

İslam dünyasının mərkəzi olan İran İslam Respublikasına qarşı törədilən bu vəhşilik amansız bir təcavüzdür. Bu təcavüz Donald Tramp tərəfindən dünyada haqqın səsini susdurmaq məqsədilə həyata keçirilib. Haqq cəbhəsinin bayraqdarı, eləcə də dünya üzrə fəqir və məzlumların müdafiəçisi, həmçinin insan haqlarının qoruyucusu və İslam ümmətinin Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei (Allah rəhmət eləsin) olmuşdur.

Bu gün baş verən münaqişə sadəcə regional xarakter daşımır. Bu sadəcə iki dövlət arasında gedən savaş deyil, hətta iki zidd siyasi yanaşma arasında mübahisə də sayılmır. Əksinə, bu haqq ilə batil arasında olan mübarizədir. Bu mesajı dünya üzrə bütün müsəlman xalqlarına o cümlədən, həm şiə, həm də sünnilərə  çatdırıram: Bugün sizin gününüzdür.

 Ey dünya müsəlmanları! Sizin hər birinizə vacibdir ki, ayağa qalxaraq cinayətkar ABŞ və onun bazalarının, eləcə də onların hərbi, siyasi və iqtisadi maraqlarının qarşısında möhkəm dayanıb öz səylərinizi ortaya qoyasınız. Küçələrə çıxın, nümayişlər təşkil edin, dünyanı öz səsinizlə oyadın. Həmçinin sizə qarşı törədilən zülmə qarşı mübarizə aparın.

Belə dəyərsiz və cılız şəxslərin sizin üzərinizdə hökmranlıq etməsinə son qoyulmalıdır. Bu gün Epşteyn kimilərinin əsl mahiyyəti üzə çıxmışdır və onların başında Donald Tramp və tərəfdarları dayanır.

Bu bəyanat açıq şəkildə İraq xalqına yönəldilmişdir. Bu mübarizə bizim mübarizəmizdir. Allahın köməyi ilə bu yolda heç bir şeyi əsirgəməyəcəyik. Canımız, övladlarımız, mal-dövlətimiz və sahib olduğumuz hər şeyi bu mübarizəyə həsr edəcəyik. Şübhəsiz ki, Allahın yardımı ilə qələbə çalacaq və onun köməyi sayəsində uğur və müvəffəqiyyət əldə edəcəyik.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha