Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Əli Laricani milli mətbuat ilə telefon bağlantısında "müharibə şəraitində rəhbərlik seçimi və bu proses barədə düşüncəniz nədir?” sualına cavab olaraq bildirib: İlk növbədə, hörmətli Xubriqan Məclisinə təşəkkür etməliyik ki, bizim bu xüsusi şəraitdə olmağımıza baxmayaraq, həmçinin digər tərəfdən cinayətkar Amerikanın daima əgər Xubriqan Məclisi toplanarsa oranı bombalayacağıq elan etdiyi bir halda onlar böyük şövqlə məclisi toplayaraq orada gələcək rəhbərlik üçün qərar qəbul etdilər. İkinci ən önəmli məqam isə budur ki, bütün hiylələrə baxmayaraq, düşmənlər İmam Xameneini şəhid edərək elə düşünürdülər ki, öz məkrli məqsədlərinə çata biləcəklər. Lakin Xubriqan Məclisinin Rəyasət Heyəti konstitusiyada göstərilən mexanizmə uyğun olaraq vaxtında müdaxilə etdi. Habelə proses nəzərdən keçirilərək müxtəlif namizədlər arasından həzrət Ayətullah Seyid Müctəba Xamenei seçildi.
O bildirib: Bu tam qanun çərçivəsində həyata keçirilmiş bir prosesdir. Əlbətdə ki, radio və televiziya vasitəsilə müzakirələrin gedişatı tam işıqlandırılacaq, eləcə də bütün xalq bu proses barədə tam məlumatlandırılacaqdır. Bildiyiniz kimi bu müddət ərzində geniş mənfi təbliğat aparılmışdı. Lakin Xubriqan Məclisinin həyata keçirdiyi bu şəffaf proses bütün həmin iddiaları aradan qaldıraraq həqiqəti aydın şəkildə ortaya çıxartdı.
O əlavə edib: Üçüncü məqam isə budur ki, həzrət Ayətullah Müctəba Xamenei uzun illər müxtəlif vəzifələrdə xidmət etmiş dahi şəxsiyyət Ayətullah Seyid Əli Xameneinin övladıdır. O, həmin məktəbdə tərbiyə olunmuş layiqli bir övladdır. İnşallah, onun seçilməsi İslam İnqilabının gələcəyi üçün xeyir və bərəkət mənbəyi olacaq və ölkədəki həssas vəziyyət nəzərə alınaraq, ata babalarından aldığı təlimlərlə şəraitin düzgün idarə olunmasına xidmət edəcək.
Laricani əlavə edərək bildirib: Bu gün İranın yeni rəhbərinin iştirakı milli həmrəyliyin təcəssümü olmalıdır və hər kəs kömək etməlidir. Çünki bu gün biz həmrəyliyə ehtiyac duyuruq və rəhbərlik qətiyyətlə müharibə şəraitini idarə etməli və yönləndirməlidir. Buna görə də xüsusilə beynəlxalq təcavüzkarlarla üz-üzə olduğumuz bu mərhələdə, İranın gələcəyinə diqqət yetirmək istəyənlər keçmiş müzakirələri kənara qoymalı, yeni rəhbərin ətrafında söz birliyi və həmrəylik nümayiş etdirərək İranı bu mübarizədə qələbəyə hazırlamalıdırlar.
O bildirib: Hamımızın arzusudur ki, bu dövrdə Ayətullah Müctəba Xameneinin rəhbərliyi ilə inşallah İran inkişaf yoluna daxil olsun, eləcə də ölkənin iqtisadi mühiti yaxşılaşsın və xalq üçün rifah və rahatlıq daha da çoxalsın.
Rəyiniz