bazar ertəsi 9 mart 2026 - 21:52

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Məkarim Şirazi yayımladığı bəyanatında bildirilib:

Bağışlayan və mehriban Allahın adı ilə

Əziz İran xalqı və İslam İnqilabına sadiq olan insanlar!
Şükürlər olsun Allaha ki, Xubriqan Məclisinin Rəyasət Heyəti hazırkı həssas dövrdə vaxtında verdiyi qərarla öz dini və qanuni vəzifəsini tam yerinə yetirmişdir.
Xubriqan Məclisinin Rəyasət Heyəti kriteriyaları diqqətlə nəzərdən keçirərək həzrət Ayətullah Seyid Müctəba Xameneini (Allah onu qorusun) bəyənilmiş və layiqli seçim olaraq İslam İnqilabının üçüncü lideri kimi təyin etmişdir.
İndi isə xalq və bütün dövlət orqanları bu layiqli seçimi qəbul etməklə yanaşı möhkəm dayanıb İnqilab yolunu yekun qələbəyə qədər davam etdirsinlər.
Mən şəhid Ayətullah Seyid Əli Xameneinin, eləcə də yüksək rütbəli komandirlərin, əziz xalqın, həmçinin günahsız uşaq və qadınların şəhid olması münasibətilə bir daha başsağlığı verir və yeni seçilmiş Ali Məqamlı Rəhbərə, eləcə də bütün İran xalqına təşəkkür edirəm. Həmçinin Allahdan İran İslam Respublikasının qələbəsini, şöhrətini və ucalığını, düşmənlərin isə məhv olmasını istəyirəm.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun


Qum şəhəri, Ayətullah Nasir Məkarəm Şirazi

9 mart 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha