çərşənbə 11 mart 2026 - 08:58
Həzrət Ayətullah Müctəba Xameneinin həyatına qısa bir baxış

Hövzə | Həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) həyatının bəzi hissələri dərc olunub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xameneinin ikinci övladı həzrət Ayətullah Seyid Müctəba Xamenei 1969-cu ildə (1348 şəmsi)  Məşhəd şəhərində anadan olub. O, hövzə təhsilinin ilkin mərhələsini Ayətullah Müctəhid Tehrani adına mədrəsəsində almış və İran-İraq müharibəsi dövründə İslam döyüşçülərinin yanında cihad cəbhələrində iştirak etmişdir. İran-İraq müharibəsinin bitməsindən sonra, 1989-cu ildə (1368 şəmsi) hövzə təhsilini tamamlamaq məqsədilə Qum şəhərinə getmiş və 1992-ci ilin (1371 şəmsi) əvvəlinə qədər orada yaşamışdır. 1992-ci ildə beş illik paytaxt Tehrana qayıdaraq hövzə təhsilini orada davam etdirmişdir. 1997-ci ildə Zəhra Həddad Adil ilə ailə həyatı quraraq həmin il ikinci dəfə hövzə təhsilini tamamlamaq və mənəvi feyzlər qazanmaq məqsədilə Qum şəhərinə qayıtmışdır.

O, dini təhsil dərslərini həzrət Ayətullah Əhmədi Miyanəci, Rza Ustadi, Əvsəti və Qum şəhərinin digər tanınmış ustadlarının yanında öyrənmişdir. Fiqh və üsul dərslərini isə atası Ayətullah Əli Xameneidən, eləcə də həzrət Ayətullah Şeyx Cavad Təbrizi, Şeyx Hüseyn Vəhid Xorasani, Seyid Musa Şübeyri Zəncani, Ağa Müctəba Tehrani və Şeyx Məhəmməd Mömin Qumidən öyrənmişdir. O, 17 ildən artıq müxtəlif ali dərəcəli dini dərslərdə fəal iştirak etmişdir. Elmi qeydləri ərəb dilində təqdim etmək və dərs xaricində müəllimlərlə müzakirə və tənqid yolu ilə elmi məsələləri izləmək, bəzi böyük alimlərin ona xüsusi diqqət göstərməsinə səbəb olmuşdur.

Onun zəka və istedadı, əmək və səylə birlikdə elmi dəqiqlik və azadlıqla birləşərək, hövzə elmləri (fiqh, üsul və rical) sahəsində çoxsaylı və möhkəm yeniliklərin yaranmasına səbəb olmuşdur. İslamın sistemli elmləri sahəsində möhkəm düşüncə bazasına malik olması və elm sahəsində bu prinsiplərə sadiqliyi onun üstünlüklərindən biridir. Bu yanaşma və əsas elmi prinsiplərdəki təşəbbüskarlıq (məsələn, dini hökmlərin mahiyyəti, eləcə də hökmlərin mərtəbələri, meyarları, çoxluğu, hədis üzrə elmlər və s.) geniş və sistemli bir elmi məktəb yaratmışdır. Onun bu elmi bazası, böyük fiqh-üsul alimləri (Şeyx Əzəm Ənsari, Axund Xorasani, Mühəqqiq Naini, Ağazia İraqi, mərhum İsfahani, mərhum Ayətullah Burucerdi və İmam Xomeyni) üzərindəki hakimiyyəti ilə daha da möhkəmlənmiş və zənginləşmişdir. Həmçinin o, imamların (ə) xas səhabələrinin əsərlərinə və qədim alimlərin görüşlərinə, xüsusilə də “məsumların (ə) dövründə olan insanların inanclarına və bunun istinbat (dini hökmü ələ gətirmə) prosesindəki fundamental roluna verdiyi əhəmiyyət mühüm və diqqətəlayiqdir.

Təhsil ilə birlikdə o, davamlı olaraq ustadlıq fəaliyyəti ilə də məşğul olmuşdur. Tehran şəhərində yerləşən Ayətullah Müctəhidi adına mədrəsədə hövzə dərslərinin bəzi ilkin mərhələlərini tədris etmiş və 1995-ci ildən “Məalim” dərslərini demişdir. Ayətullah Əli Xameneinin hövzədə islahatın zəruriliyi və şəhid Sədrin kitablarının əhəmiyyəti barədə tövsiyəsindən sonra, Məalim dərslərini dayandıraraq şəhid Sədrin dərs silsilələrini tədris etməyə başlamışdır. 1997-ci ildə Quma köçdükdə dərs dairələrini bir tələbə yoldaşına həvalə etmişdir. 1998-ci ildə Qum şəhərində İmam Xomeyninin (r) evində fərdi olaraq “rəsail” və “məkasib” dərslərini tədris etməyə başlamışdır. Bir müddət sonra bəzi tələbələrinin iştirakı ilə salat (namaz) kitabına məxsus təsbihatı ərbəə, səcdə və rüku dərslərini, eləcə də məalim və şəhid Sədrin üsul kitabını fərdi qaydada tədris etmişdir.

2005-ci ildə o, şəhid Sədrin Hələqat adlı üsul kitabının tədrisinə başlamış, 2006 və 2007-ci illərdə isə Qum şəhərində məkasib dərslərini tədris etmişdir.

2008-ci ildə onun dərsi Feyziyyə mədrəsəsinə köçürülmüş və 2009-cu ildə Qumda Ayətullah Seyid Əli Xameneinin (Allah rəhmət eləsin) ofisində onun  ali dərəcəli fiqh (namazın hökmləri barədə) dərsi formalaşmışdır. 2010 tədris ilinin başlanğıcında keçmiş şagirdlərin tələb və xahişi ilə onun ümumi fiqh dərsi Qum şəhərində Ayətullah Seyid Əli Xameneinin (Allah rəhmət eləsin) ofisində başlamışdır. Bir il sonra 2011-ci ildə ümumi üsul dərsi rəsmi olaraq başlamış və üsulun başlanğıcından etibarən istishab (hökmün ələ gətirilməsi) mövzusunun başlanğıcına qədər davam etmişdir.

Tədris etməzdən əvvəl, o, elmi müzakirələrin gedişatını və öz baxışlarını yazılı şəkildə qeyd edir və dərsdən sonra fiqh, üsul mövzularını öz əli ilə tərtib edirdi. Bəzi cildləri nəşrə hazır vəziyyətdədir. Onun dərslərinin elmi qeydləri uzun müddətdir bəzi şagirdlər tərəfindən nəşrə hazırlanmışdır, lakin ustadın özünün tərəddüdü səbəbindən ümumi yayımlanmamış, yenidən tələb olunandan sonra bəzi seçilmiş şəxs və hövzə alimləri üçün əlçatan olmuşdur.

O, keçmiş alimlərin üslubuna uyğun olaraq, fiqh və üsul dərsləri arasında şagirdlərlə qısa səmimi görüşlərə diqqət yetirir və dərsin başlanğıcında Qurani-Kərimin təfsirinə bir neçə dəqiqə vaxt ayırırdı. Buda dərsə xüsusi bərəkət verirdi. Dərslərinin digər vacib cəhəti şagird yetişdirməyə xüsusi diqqət və şagirdlərin suallarına cavab vermək idi. Bu bir çox hallarda dərsdən sonra da davam edirdi və bəzi tələbələr öz suallarını verirdilər, sonra tələbələr verdikləri suallaraının cavabını alırdılar.

Ustadın dərslərində xüsusi cəhətlərdən biri də tələbələrin bəzi əsas mövzularını elmi təqdimata hazırlaması üçün proqramlaşdırma idi ki, bu, tənqidi düşünmə və istinbat bacarığının formalaşmasında çox təsirli olmuşdur.

Tədris məzmunu və üslubunda etdiyi yeniliklər (keçmiş alimlərin görüşlərinə hakim olması, elmi əsasların tənqidi araşdırılması və məsələlərin sistematik təqdim olunması, nizamlı və məntiqli izah, azad düşüncə və elmi sərbəstlik, yüksək əxlaq və nümunəvi təvazökarlıq və.s) nəticəsində onun Qum şəhərindəki ali dərəcəli dərsləri zamanla hövzənin ən fəal və mühüm xaric dərslərindən biri kimi formalaşdı və pandemiyadan əvvəl dərslərinə 400-dən çox şagird qatılırdı.

Pandemiya dövründə ustadın dərsi virtual formatda keçirilmiş və daha sonra, onun Tehran şəhərində məskunlaşması və Qum şəhərinə olan hərəkət məhdudiyyəti səbəbindən, eyni qaydada davam etmişdir. 1402-ci tədris ilinin əvvəlində dərsə təxminən 1300 şagird qeydiyyatdan keçmişdi. Bu şəraitdə və tədris ilinin ilk dərsində 700-dən çox şagird iştirak edərkən, o, dərsini birdən-birə dayandırdığını elan etmiş və şagirdlərdən bağışlanma istəmişdir. Bu xəbər bütün şagirdlər və digərləri üçün maraqlı və gözlənilməz olmuş, adi analizlərlə izah olunmamışdır.

Bu hadisədən sonra, Qum şəhərində 1000 tələbə və alimləri rəhbərliyə məktub göndərərək dərsin bərpasını xahiş etmiş, bəzi Qumun böyük alimləri də eyni arzunu şifahi olaraq ifadə etmişdir. Lakin o, köhnə şagirdləri ilə şəxsi görüşündə dərsin dayandırılmasını mənəvi bir səbəb kimi göstərmiş və bu səbəbi açıqlamamışıdır. Eyni zamanda vurğulamışdır ki, pandemiya dövründə bir çox hövzə ustadlarının dərsləri az aktiv və ya dayandırılmış halda ikən, onun dərsi bu qədər şagirdlərlə keçirilsə belə, xüsusi bir üstünlük təşkil etmir və şagirdlərdən dərs üçün ictimai və şəxsi tələb etməməyi xahiş etmişdir.

Maraqlıdır ki, onun dediyinə görə, min nəfərlik məktub və bəzi şifahi mesajlardan sonra, Ayətullah Müctəba Xamenei məsələyə müdaxilə etmiş, lazımdırsa tövsiyə verəcəyini bildirmişdir. Lakin o, oğlunun aldığı qərarı öyrəndikdən sonra məsələni tamamilə öz öhdəsinə buraxmışdır.

Həzrət Ayətullah Seyid Müctəba Xamenei köhnə tələbələrinə tapşırmışdır ki, dərsdə iştirak edən tələbə və alimləri digər ustadlara yönləndirsinlər və ustadı seçimi üçün “elmi səviyyə”, “inqilab ruhiyyəsi ” və “təhlükəsiz şəxsiyyət” kimi kriteriyaları əsas götürsünlər.

Dostlarının təkidi və şəhid Ayətullah Seyid Əli Xameneinin ona “ürvə üzrə qeydlər” aparmaq tövsiyəsi barədə məlumatı əsasında, ilkin tərəddüddən sonra, bu işi gələcəyə saxlamağa qərar vermiş və müəyyən müddətdən sonra elmi fəaliyyətini öz fiqh və üsul dərslərinin yenidən yazılması və təkmilləşdirilməsi üzərində cəmləşdirmişdir ki, bu proses indiyədək davam edir.

Qum Elmi Hövzəsinin fiqh aspektlərinin gücləndirilməsi ilə bağlı narahatlığı nəticəsində, o, müxtəlif elmi baxış və maraqlara malik inqilab ruhiyyəli fiqh institut və mərkəzlərini dəstəkləməklə yanaşı, müstəqil olaraq bir sıra elmi mərkəzlər və fiqh məktəbləri yaratmışdır. Elmi məsələlərə və sosial problemlərə eyni zamanda diqqət yetirməsi, xüsusilə də məhrumlara xidmət etməsi, bu məktəblərdə geniş və planlı bir proqramın formalaşmasına səbəb olmuşdur. Nəticədə, bu gün sadiq, inqilab ruhiyyəli və xalq yönümlü imanlı kadrlar yetişdirilmişdir.

Onun şəxsi nüfuzunu ön plana çıxarmamaq üzrə son dərəcə ehtiyatlılığı, hövzənin və hövzə inqilabçı axınının gücləndirilməsinə vurğu, İmam Xomeyni və şəhid Ayətullah Əli Xameneinin unikallığını ön plana çıxarmaq, bəzi yayılmış rəqabətlərin formalaşmasının qarşısını almaq və.s bir çox böyük alimlərin və geniş ustad və tələbə kütləsinin bu institutlara yüksək maraq və diqqət göstərməsinə səbəb olmuşdur.

Təhsil, tədris və digər hövzə fəaliyyətləri ilə yanaşı, o, Qum və Məşhəd şəhərlərində bir sıra müctəhidlər, böyük alimlər və hövzə müəllimləri ilə sıx əlaqə saxlamışdır. Şəhid rəhbərimizin bir sıra mühüm məsələlərin idarəsində narahatlıqlarının izlənməsi və həllinə dəstək verməsi, onun bu geniş və yaxın əlaqələrinin nəticəsi olmuşdur; o, uzun illər ərzində ata və imamının yaxın tərəfdaşı kimi ölkənin bir sıra vacib işlərini izləyərək həll etmişdir.

Həzrət Ayətullah Seyid Müctəba Xameneinin şəxsiyyətinin xüsüsi cəhətlərindən biri əxlaq və irfan böyük alimləri ilə əlaqəsi olmuşdur. Bunlar arasında həzrət Ayətullah Bəhauddini, Bəhcət, Kəşmiri, Şeyx Cəfər Müctəhid və böyük mənəviyyata sahib olan şəxslər qrupunu qeyd etmək olar. Onun mənəvi və əxlaqlı davranışları və böyük alimlərin mənəvi təsdiqləri barədə çoxsaylı detallar yalnız məlum olan şəxslər arasında qorunur.

Onun ölkənin böyük icra işlərinə hakimliyi, müxtəlif dövrlərdə bir sıra  dövlət məmurları ilə yaxın əlaqəsi və çoxsaylı işgüzar görüşlərin təşkili, gələcəkdə geniş elmi və sosial faydalar verə biləcək əhəmiyyətli təcrübə formalaşdırmışdır. Müxtəlif sahələr üzrə geniş araşdırmaları, natiqlərlə davamlı görüşləri və idarəçilikdə həm kiçik, həm də böyük məsələlər üzrə fundamental həll yollarına çatması (məsələn, iqtisadi sabitlik, əsas ərzaq məhsullarının qiymətinin sabitliyi, ucuz, sürətli, müasir və kütləvi tikinti, İranın kənd təsərrüfatı və heyvandarlıq sistemində islahat, süni intellekt və bəzi böyük elmi layihələrin dəstəklənməsi və.s) İran İslam Respublikası üçün çox qiymətli bir sərvət yaratmışdır.

O, həmçinin hərbi komandanlar və müqavimət cəbhəsinin liderləri, xüsusilə müqavimətin şəhid lideri Seyid Həsən Nəsrullah və şəhid Qasim Süleymani ilə davamlı əlaqə saxlamışdır ki, bu da onun şəxsiyyətinin xüsusi bir cəhətidir.

Bütün bu fəaliyyətlər nəticəsində ABŞ və Sionist rejiminin ona qarşı uzunmüddətli düşmənçiliyi yaranmış və şəxsiyyətini hədəfə almaq, fiziki təhlükəsini aradan qaldırmaq cəhdləri olmuşdur. Lakin İmam Zamanın (ə.f) inayəti ilə bütün bu düşmənçilik səyləri indiyədək uğursuz olmuş və uca Allah bu dəyərli şəxsiyyəti haqq və batil, iman və küfr cəbhələrinin mübarizəsində gələcək üçün qoruyucu bir sərvət kimi saxlamışdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha