çərşənbə 11 mart 2026 - 09:41
Avstraliya Şiə Alimləri Şurasının sədri: Ayətullah Seyid Müctəba Xameneiyə itaət etmək dini bir vəzifədir

Hövzə | Höccətül-İslam vəl‑müslimin Seyid Əbülqasim Rəzəvi bəyanatında bildirib: Şiə məzhəbinin və haqqın ucalığı naminə bu gün hamımızın dini və əxlaq baxımından vəzifəsi budur ki, Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin sadiq, ayıq və fədakar əsgərləri kimi vilayət dövlətini qoruyaq.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun  verdiyi məlumata görə, Avstraliya Şiə Alimləri Şurasının sədri və Melburn şəhərinin cümə imamı Höccətül-İslam vəl‑müslimin Seyid Əbülqasim Rəzəvi bəyanatında bildirib: Şiə məzhəbi və haqqın ucalığı naminə bu gün hamımızın üzərinə düşən vəzifə budur ki, Ali  Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin yanında dayanaq və vilayət dövlətini sadiq və ayıq əsgərlər kimi müdafiə edək.

O əlavə edib: Ayətullah Seyid Müctəba Xameneinin üçüncü rəhbər seçilməsi xəbəri İslam və şiə düşmənlərinin qəlbinə ildırım kimi çaxdı. Bu xəbər onlar üçün çox ağır bir təsərrüfat bağışladı. Halbuki haqq əhli, haqq yolunun mücahidləri və möminlər üçün böyük ümidin, qüdrətin və qələbənin müjdəsidir.

Avstraliya Şiə Alimləri Şurasının sədri sözlərinə davam edərək bildirib: Biz birlik, bəsirət və müqavimət ruhiyyəsi ilə vilayət bayrağı ətrafında birləşməli, hər cür sui‑qəsd və fitnə qarşısında möhkəm dayanmalıyıq.

Sonda o dua edərək bildirib: Uca Allahdan diləyirik ki, Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Xameneini düşmənlərin şər və fitnələrindən, eləcə də onların hiylələrindən qoruyub saxlasın. Ona can sağlığı, uzun ömür, daha çox izzət və qüdrət arzulayıram. Allah bütün batil qüvvələri həmişəlik məhv eləsin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha