çərşənbə 11 mart 2026 - 16:31
Ayətullah Məzahiri tərəfindən Ali Məqamlı Rəhbərin seçilməsi ilə bağlı bəyanat

Hazırkı mürəkkəb və həssas şəraitdə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei (Allah rəhmət etsin) vəfat etdikdən sonra, Xubriqan Məclisinin Rəyasət Heyəti onun yetişdirdiyi və layiq gördüyü şəxslərdən birini açıq səsvermədə üstün səs çoxluğu ilə İran İslam Respublikasının vilayəti-fəqihi kimi seçmişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə İslamın böyük müctəhidlərindən biri olan həzrət Ayətullah Hüseyn Məzahiri, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin seçilməsi münasibətilə etdiyi təbrik mesajında bildirib: Xubriqan Məclisinin Rəyasət Heyəti hazırkı mürəkkəb və həssas şəraitdə və İslam İnqilabının şəhid Rəhbəri Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) vəfatından sonra həmin şəhidin yetişdirdiyi və layiq gördüyü şəxslərdən birini qəti qərar nəticəsində İran İslam Respublikasının vilayəti-fəqih və rəhbəri kimi seçmişdir.

Ayətullah Məzahiri həmçinin Allahdan diləyib ki, Ali Məqamlı Rəhbərin sözü haqqın yüksəldilməsi, inqilabın əsas prinsiplərinin möhkəmləndirilməsi, o cümlədən düşmənlərə qarşı mübarizə, İslam düşmənlərinə qarşı cihad, milli birlik və ictimai həmrəyliyin gücləndirilməsi, eləcə də dini dəyərlərin qorunması, əxlaq və mənəviyyatın yayılması, həmçinin ölkənin hərtərəfli inkişafı və xalqın şərəfli və düşüncə sahibi olaraq yüksəlməsi istiqamətində tam təsirli olsun.

Ayətullah Məzahiri həmçinin milli birlik və sosial həmrəyliyin möhkəmləndirilməsi və İran İslam Respublikasının müdrik və uzaqgörən xalqının şərəfləndirilməsi məsələlərinə xüsusi ilə vurğulayaraq diqqət ayırmışdır.

Bəyanatın mətni aşağıdakı kimidir

Bağışlayan və mehriban Allahın adı ilə 

Xubriqan Məclisinin Rəyasət Heyəti hazırkı mürəkkəb və həssas dönəmdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) vəfatından sonra onun yetişdirdiyi və layiq gördüyü şəxslərdən birini qəti qərar nəticəsində İran İslam Respublikasının vilayəti-fəqih və Ali Məqamlı Rəhbəri kimi seçmişdir. Allahdan istəyirəm ki, Ali Məqamlı Rəhbərin sözü haqqın müdafiəsi, ədalət və bərabərliyin təmin olunması, o cümlədən əxlaq və mənəviyyatın yayılması, dini dəyərlərin qorunması, eləcə də milli birlik və sosial həmrəyliyin gücləndirilməsi, inqilabın əsas prinsiplərinin möhkəmləndirilməsi, həmçinin düşmənlərə qarşı mübarizə aparmaq, müstəmləkəçilərin və yadellilərin ümidini qırmaq, ölkənin hərtərəfli inkişafı yolunda və İmam Zamana (ə.f) layiqli xidmət etməklə müdrik və uzaqgörən rəhbərliyində müvəffəqiyyətlər qazansın.

Allahın rəhmət və bərəkəti bütün saleh bəndələrinin üzərinə olsun.

Ayətullah Hüseyn Məzahiri

10 mart 2026-cı il
20 Ramazan 1447-ci il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha