çərşənbə 11 mart 2026 - 19:00
Əl-bəsirə təşkilatının Ayətullah Seyid Müctəba Xamenei ilə beyəti

Hövzə | Şeyx İbrahim Zəkzakinin rəhbərliyi altında olan Nigeriya İslam Hərəkatına bağlı Əl-bəsirə təşkilatı Ayətullah Seyid Müctəba Xamenei ilə beyət edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatına məxsus “Əl-bəsirə” təşkilatının başçısı Şeyx İbrahim Zəkzaki, Ayətullah Seyid Müctəba Xameneinin Ali Məqamlı Rəhbər vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş, həmçinin ona beyət etdiyini elan etmişdir.

Təşkilatın yayımladığı bəyanat aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

ٱللَّهُ أَعْلَمُ حَیْثُ یَجْعَلُ رِسَالَتَهُۥۗ

Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir.  Ənam surəsi, 124-cü ayə

Qadir və uca Allah Qədr gecəsində İslam İnqilabının yeni seçilmiş Ali Məqamlı Rəhbərini, İran İslam Respublikasının müdrik və uzaqgörən xalqına bəxş edərək, bu ilahi neməti İmam Zamanın (ə.f) vasitəsilə yenidən ümmətə qaytardı.

İndi isə ilahi inayət və lütf sayəsində şəhid Ayətullah Seyid Əli Xameneinin adı bir daha dirçəldi və Xubriqan Məclisinin Rəyasət Heyəti tərəfindən həzrət Ayətullah Seyid Müctəba Xameneinin müdrik və uzaqgörən şəkildə seçilməsi nəticəsində İslam inqilabının, müqavimət cəbhəsinin və dünya məzlumlarının varlığına sanki yeni bir həyat ruhu və təravətli bir güc bəxş olundu.

Biz bir daha qəlbimizdə dərin kədər və hüznlə Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibətilə başsağlığı verir və onun layiqli davamçısı Ayətullah Seyid Müctəba Xamenei ilə beyətimizi elan edirik və bütün varlığımızla onun əmrlərinə itaət edəcəyimizi bildiririk.

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki

İran, Qum şəhəri

9 mart 2026-cı il
19 Ramazan 1447-ci il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha