cümə axşamı 12 mart 2026 - 13:00
Qüds Günü bu il möhtəşəm və unudulmaz tarixi səhnəyə çevrilməlidir

Hövzə I Elmi hövzələrin rektoru vurğulayıb: Bu il Qüds günü başqa illərdən fərqlidir. Çünki İran, region və dünya üçün mühüm və tarixi bir dönəmə təsadüf etməklə yanaşı eyni zamanda Ramazan ayında taleyüklü bir müharibə ilə üst-üstə düşmüşdür.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi xüsusi bəyanatla İran İslam Respublikasının inqilabçı və vətənpərvər xalqını, eləcədə bütün müsəlman və azadlıqsevər xalqları dünya Qüds günü yürüşündə fəal iştirak etməyə dəvət edib. O, vurğulayıb ki, bu il dünya Qüds günü digərlərindən çox fərqlidir. Çünki bu, İran, region və  həmçinin bütün dünya üçün mühüm və tarixi bir dönəmə təsadüf edir. Eyni zamanda bu il Qüds günü  Ramazan ayında baş vermiş müharibə ilə üst-üstə düşür. Bu səbəbdən Qüds Günü bu il möhtəşəm və geniş tarixi səhnəyə çevrilməlidir.

Bəyanatda deyilir:

Bağışlayan və mehriban Allahın adı ilə 


Allahın salamı həzrət Peyğəmbər (s) və on iki İmam (ə) və eləcədə onun yer üzündəki sonuncu höccəti İmam Zamanın (ə.f) üzərinə olsun. Əziz şəhid ailələrinə, xüsusilə Minab şəhər orta məktəb şəhidlərinin valideynlərinə dərin hüznlə başsağlığı verirəm. Həmçinin İslam və azadlıq uğrunda canından keçən bütün insanların ruhlarını hörmətlə anıram. Xalqın meydanlarda, xüsusilə Qüds günü kimi əhəmiyyətli günlərdə vahid və davamlı iştirakı, unudulmamalıdır.

Qüds günü İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin qoyduğu bir irsdir. İran xalqı, eləcədə bütün müsəlmanlar və azadlıqsevər insanlar hər il bu günü böyük ehtiramla qeyd etmiş, düşmənə qarşı sarsılmaz mövqelərini nümayiş etdirmişlər. Lakin bu il başqa illərdən çox fərqlidir. Çünki İran, region və dünya üçün kritik bir tarixi dönəmə təsadüf edir və eyni zamanda taleyüklü Ramazan ayında baş vermiş müharibə ilə üst-üstə düşür. Bu səbəbdən xalqımız bütün Ramazan boyunca Qüdsü ön planda tutmuş, lakin bu il Qüds günü möhtəşəm və geniş tarixi səhnəyə çevrilməlidir.

Ayətullah Ərafi əlavə edib ki, xalqın İslam, İran və İslam İnqilabını müdafiə edərək, şəhid Ayətullah Xamenei ilə olan yenilənmiş əhdi təsdiq etməsi və  eyni zamanda yeni seçilmiş Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Xameneiyə sadiq qalması, həmçinin silahlı qüvvələrə və islam müdafiəçilərinə dəstək nümayiş etdirməsi daha da aydın olmalıdır.

O, həmçinin qeyd edib ki, müqəddəs Ramazan ayında düşmənlərin məkirli hiylələrinə qarşı vüqarla müqavimət göstərən bütün xalqımızın, qadın və kişilərin, gənclərin, eləcə də rəşadətli silahlı qüvvələrin qəhrəmanlığı yüksək səviyyədə qiymətləndirilməlidir. Bütün dini mərkəzlər, elm və mədəniyyət müəssisələri, təhsil ocaqları, alimlər və cəmiyyətin nüfuzlu şəxsiyyətləri xalqla birlikdə fəaliyyət göstərmiş və onları dəstəkləmişdirlər. Ayətullah Ərafi bu böyük dəstəyə minnətdarlığını bildirərək, onların dünya Qüds günü və Ramazan ayının sonuna qədər bu səylərini davam etdirmələrini tövsiyə etmişdir.

O bildirib ki, xalqımızın bu geniş və həmrəy iştirakı Allahın inayəti ilə xalqın milli və mənəvi gücünün əsas mənbəyi olmaqla davam edəcəkdir. Bu, şəhidlərin pak qanı və İmam Zamanın (ə.f) duası sayəsində möhkəmlənəcəkdir.

Ayətullah Ərafi sonda İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin, eləcə də bütün şəhidlərin ruhlarına Allahdan rəhmət diləyib.

Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha