Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilk rəsmi çıxışını yayımlamışdır. Bu çıxışın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
بسم الله الرّحمن الرّحیم
مَا نَنسَخْ مِنْ ءَآیَةٍ أَوْ نُنسِهَا نَأتِ بِخَیْرٍ مِّنْهَآ اَوْ مِثْلِها.
Biz hər hansı bir ayəni nəsx edər və ya unutdurarıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətirərik. Bəqərə surəsi, 106-cı ayə
اَلسَّلامُعَلَیکَ یا داعِیَاللهِ وَ رَبّانِیَّ آیاتِهِ، اَلسَّلامُعَلَیکَ یا بابَاللهِ وَ دَیّانَ دینِهِ، اَلسَّلامُعَلیکَ یا خَلیفَةَاللهِ و ناصِرَ حَقِّهِ، اَلسَّلامُعَلیکَ یا حُجَّةَاللهِ وَ دَلیلَ اِرادَتِه؛ اَلسَّلامُعَلیکَ اَیُّهَا المُقَدَّمُ المَأمُول؛ اَلسَّلامُعَلیکَ بِجَوامِعِ السَّلام؛ اَلسّلامُعَلیکَ یا مَولایَ صاحِبَ الزَّمان"
Salam olsun sənə, ey Allahın vəlisi və ayələrinin nişanəsi! Salam olsun sənə, ey Allahın qapısı və dinin hakimi! Salam olsun sənə, ey Allahın yer üzərindəki xəlifəsi və haqqın müdafiəçisi! Salam olsun sənə, ey Allahın dəlili və iradəsinin göstəricisi! Salam olsun sənə, ey ümid və öndə olan Allahın vəlisi! Allahın bütün rəhmət və bərəkəti olsun sənə ey Allahın höccəti! Salam olsun sənə, ey möminlərin imamı!
Sözümün əvvəlində İslam İnqilabının müdrik və uzaqgörən Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ürəkdağlayan şəhadəti münasibətilə başda İmam Zaman (ə.f) olmaqla bütün İslam ümmətinə başsağlığı verirəm. Eləcə də bütün İran xalqına, o cümlədən dünya müsəlmanlarına, İslam və İnqilaba xidmət edən insanlara, eləcə də son müharibədə şəhid olanların ailələrinə və onların yaxınlarına Allahdan səbr və dözüm diləyirəm.
Çıxışın ikinci hissəsi İran xalqına ünvanlanmışdır.
Xubriqan Məclisinin Rəyasət Heyəti tərəfindən keçirilmiş səsvermə ilə bağlı mövqeyimi qısaca ifadə olaraq ifadəe dirəm. Mən Seyid Müctəba Hüseyni Xamenei, məhz sizinlə birlikdə İran İslam Respublikasının dövlət televiziya kanalı vasitəsilə Xubriqan Məclisinin Rəyasət Heyəti tərəfindən keçirilmiş səsvermənin nəticəsindən xəbərdar olmuşam.
Mənim üçün iki dahi şəxsiyyət : Ayətullah İmam Xomeyni (r) və şəhid Ayətullah Xameneinin oturduğu məqamda yer almaq son dərəcə ağır bir məsuliyyətdir. Çünki bu yer və kürsü 60 ildən artıq Allah yolunda mücahidlik etmiş, dünyanın bütün ləzzət və rahatlıqlardan keçərək İranın tarix boyunca gəlmiş hökmdarlarının arasında parlaq bir şəxsiyyət və seçilmiş bir sima olmuş iki dahi şəxsiyyətin oturduğu yerdir. Onun həm həyatı, həm də ölümü, Allahın istədiyi kimi şərəf və izzətələ olmuşdur.
Mən bu şərəfə malik oldum ki, atamın şəhadətindən sonra onun mübarək cismini ziyarət edim. Gördüklərim isə böyük bir dərdin mənzərəsi idi. Atam sağlam qalan əlini yumruq halında sıxmışdı. Onun şəxsiyyətinin müxtəlif üstün cəhətləri barədə məlumatlı olanlar uzun müddət danışmalı, çox söz deməlidirlər. Mən isə bu məqamda yalnız bu qısa işarə ilə kifayətlənir və ətraflı izahları daha münasib fürsətlərə həvalə edirəm.
Belə bir şəxsiyyətdən sonra rəhbərlik kürsüsünə söykənməyin çətinliyinin səbəbi də məhz budur. Bu böyük boşluğu doldurmaq yalnız uca Allahın köməyi və siz əzəmətli xalqın dəstəyi ilə mümkün ola bilər.
Davamında əsas sözüm ilə birbaşa əlaqəsi olan bir məqamı xüsusi vurğulamağı zəruri hesab edirəm. O da budur ki, atamın və Ayətullah Xomeyninin mühüm xüsusiyyətlərindən biri xalqı bütün sahələrə cəlb etmələri, onları daim ayıqlıq və agahlıqla təmin etmələri və əməl sahəsində xalqın gücünə arxalanmaları idi.
Onlar məhz bu şəkildə “xalq” və “dövlət ” anlayışının həqiqi mənasını gerçəkləşdirdilər və buna qəlbən inanırdılar. Bu həqiqətin açıq təsiri son bir neçə gündə yəni, ölkə rəhbərsiz və Silahlı Qüvvələrin baş komandanı olmadan qaldığı günlərdə aydın şəkildə müşahidə olundu. Böyük İran xalqının son hadisələrdə nümayiş etdirdiyi uzaqgörənlik və müdriklik, həmçinin onun mətanəti, cəsarəti və fəal iştirakı dostları heyran qoydu, düşmənləri isə çaşqınlığa saldı.
Məhz sizin kimi əzəmətli bir xalq idi ki, ölkəyə rəhbərlik edərək onun qüdrətini təkmilləşdirdi.
Bu yazının əvvəlində gətirdiyim ayənin mənası budur ki, Allahın ayələrindən heç biri elə deyil ki, ya vaxtı bitib aradan getsin, ya da unudulsun. Əksinə, uca Allah onun yerinə ya ona bənzərini, ya da ondan daha üstünün olanını gətirir.
Bu müqəddəs Quran ayəsini deməkdə məqsədim bu deyil ki, mən şəhid atamın məqam və dərəcəsindən üstünəm. Əksinə məqsəd ayənin xatırladılması ilə əziz xalqımızın rolunun düzgün və önəmli olduğunu diqqətə çatdırmaqdır. Əgər bu böyük nemət bizdən alınmışdırsa, onun yerinə yenidən İran xalqının möhkəm iradə və əzmkar iştirakı bu dövlətə verilmişdir. Bilin ki, əgər sizin güc və qüvvəniz meydanda özünü göstərməsə, nə rəhbərlik, nə də əsl vəzifəsi xalqa xidmət etmək olan müxtəlif dövlət qurumları bu məsələdə yetərli təsir göstərə bilməz.
1. Bu işin daha yaxşı həyata keçməsi üçün Allah Təalanı yad edərək ona təvəkkül etməklə yanaşı peyğəmbər və onun pak Əhli-Beytinə (ə) təvəssül etməliyik. Bu iki böyük iksir kimi qiymətləndirilimiş yol düşmən üzərində qəti zəfərin təminatıdır. Bu, sizin sahib olduğunuz və düşmənlərinizin məhrum olduğu böyük üstünlükdür.
2. Xalqın fərdi və ictimai birliklərinə, xüsusilə də çətin və gərgin dövrlərdə meydana çıxa biləcək parçalanma və ixtilaflara hər hansı bir zərər toxunmamalıdır. Bu, məsələ mübahisəli mövqelərdən geri çəkilməklə təmin edilə bilər.
3. Meydanda təsirli iştirak qorunmalıdır. Bu müharibə dövründə göstərdiyiniz möhkəm iradə, eləcə də müxtəlif sahələrdə, o cümlədən sosial, siyasi və təhlükəsizlik sahələrindəki təsirli fəaliyyətlər şəklində öz təsirini qoymalıdır. Əsas olan, düzgün rolun, sosial birliyə zərər vermədən, yaxşı başa düşülməsi və mümkün qədər icra edilməsidir.
Rəhbərlik və bəzi məsul şəxslərin əsas vəzifələrindən biri, bu problemlərdən bəzilərini xalqın fərdi və ya sosial qurumlarına xatırlatmalıdır. Bu baxımdan, (1447 hicri) 2026-cı il Qüds günü mərasiminin əhəmiyyəti xüsusilə xatırladılır. Burada düşmənə qarşı mövqenin vacib olması hər kəs tərəfindən nəzərə alınmalıdır.
4. Bir-birinizə yardım və dəstək göstərməkdən geri qalmayın. Şükürlər olsun ki, əksər xalqın adəti budur və bu xüsusi günlərdə gözlənilən də məhz elə budur ki, bəzi şəxslər üçün daha çətin olsa belə, bu xüsusiyyət daha aydın təzahür etsin. Bu baxımdan, xidmət göstərən qurumlardan xahiş edirəm ki, hər hansı bir yardımı və dəstəyi bu əziz xalqın hər bir fərdinə və ictimai yardımlaşma strukturlarına əsirgəməsinlər.
Əgər bu məsələlər nəzərə alınarsa, əziz xalqın uğur və şöhrətli günlərə çatma yolu da bir o qədər tez olacaq. Ən yaxın nümunəsi, inşallah, hazırkı müharibədə düşmən üzərində qələbə olacaqdır.
Sözlərimin üçüncü hissəsini isə şücaətli döyüşçülərimizə səmimi təşəkkür etməyə həsr edirəm. Çünki böyük xalqımız və əziz vətənimiz imperialist qüvvələrinin başçıları tərəfindən məzlumcasına hücuma məruz qaldığı bir şəraitdə onlar öz sarsıdıcı zərbələri ilə düşmənin yolunu kəsmiş, onların əziz vətənimizdə gəlib hökmranlıq etmək və hətta vətənimizi parçalamaq kimi xam xəyallardan məhrum ediblər.
Əziz döyüşçü qardaşlar! Xalq kütlələrinin istəyi təsirli və düşməni peşman edəcək müdafiənin davam etdirilməsidir. Həmçinin, şübhəsiz ki, Hörmüz boğazının bağlanması planından istifadə də davam etdirilməlidir. Düşmənin az təcrübəyə malik olduğu və ciddi şəkildə həssas olduğu digər cəbhələrin açılması ilə bağlı da araşdırmalar aparılmışdır və müharibə vəziyyəti davam edərsə, məsləhətlər nəzərə alınmaqla onların aktivləşdirilməsi həyata keçiriləcəkdir.
Həmçinin müqavimət cəbhəsinin döyüşçülərinə də səmimi təşəkkürümü bildirirəm. Biz müqavimət cəbhəsinə daxil olan ölkələri özümüzün ən yaxşı dostlarımız hesab edirik və müqavimət anlayışı, eləcə də müqavimət cəbhəsi İslam İnqilabının dəyərlərinin ayrılmaz bir hissəsidir.
Şübhəsiz ki, bu cəbhənin müxtəlif tərəflərinin bir-biri ilə həmrəyliyi sionist fitnəsindən qurtuluş yolunu daha da qısaldır. Şahidi olduğumuz cəsur və imanlı Yəmənlilər məzlum Qəzza xalqını müdafiə etməkdən əl çəkmədi. Fədakar Hizbullah bütün maneələrə baxmayaraq İran İslam Respublikasının köməyinə gəldi. İraq müqaviməti də hazırda eyni yolu böyük təmtəraqla davam etdirir.
Sözlərimin dördüncü hissəsində müraciətim bu son günlərdə müharibədən müxtəlif formalarda zərər görmüş şəxslərədir. Bura istər əzizlərindən birinin və ya bir neçəsinin şəhadət acısını yaşamış olanlar, istər yaralanmış şəxslər, istərsə də evinə zərər dəymiş insanlar olsun, onların hər biri daxildir.
Bu hissədə ilk növbədə uca məqamlı şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə öz başsağlığımı bildirirəm. Bu sözlər mənim onlarla bölüşdüyüm ortaq bir təcrübəyə əsaslanır. Atamın itkisi artıq ümumi bir dərd və kədərə çevrilmiş olsa da mən öz həyatımda böyük ümidlər bəslədiyim əziz və vəfalı həyat yoldaşımı, eləcə də valideynlərinə xidmət etmək yolunda özünü həsr edərək nəhayət bu xidmətinin mükafatını almış fədakar bacımı, onun azyaşlı övladını və həmçinin alim və şərəfli bir insan olan digər bacımın həyat yoldaşını da şəhidlik məqamına çatmasını görmüşəm.
Lakin müsibətlər qarşısında səbr etməyi mümkün və hətta asan edən amil, səbir edənlər üçün Allahın qəti və dəyişməz vəd etdiyi böyük mükafata diqqət yetirməkdir. Buna görə də səbirli olmaq, uca Allahın lütf və yardımına ümid və etimad göstərmək lazımdır.
İkincisi isə bütün insanlara bu əminliyi vermək istəyirəm ki, biz sizin şəhidlərinizin qanının qisasından əsla keçməyəcəyik. Nəzərdə tutduğumuz qisas yalnız İnqilabın Ali Məqamlı Rəhbərinin şəhadəti ilə bağlı deyil. Düşmən tərəfindən şəhid edilən millətin hər bir üzvü qisas məsələsində ayrıca bir mövzudur.
Əlbəttə, bu qisasın müəyyən və məhdud bir hissəsi indiyədək artıq həyata keçirilmişdir. Lakin tam şəkildə reallaşana qədər bu məsələ digər bütün məsələlərin üzərində qalacaqdır və xüsusilə də uşaqlarımızın və körpələrimizin qanı məsələsində daha böyük həssaslıq göstərəcəyik.
Buna görə də düşmənin qəsdən törətdiyi və Minab şəhərinin “Şəcərəyi-təyyibə” adına orta məktəbi ilə bağlı cinayət, eləcə də buna bənzər digər hadisələr bu araşdırma və cavab prosesində xüsusi əhəmiyyət daşıyır.
Üçüncüsü bu hücumlarda yaralanmış şəxslər mütləq şəkildə uyğun tibbi xidmətləri tamamilə pulsuz şəkildə almalı və bəzi digər üstünlüklərdən də yararlanmalıdırlar.
Dördüncüsü, hazırkı vəziyyət imkan verdiyi həddə qədər şəxsi əmlaka və məkanlara dəymiş maddi zərərlərin ödənilməsi üçün kifayət qədər tədbirlər müəyyənləşdirilməli və icra olunmalıdır.
Son iki məsələ hörmətli məsul şəxslər üçün icrası zəruri olan bir vəzifə hesab olunur. Onlar öz növbələrində bu vəzifələri yerinə yetirməli və nəticəsi barədə bizə hesabat təqdim etməlidirlər.
Qeyd etməli olduğum bir məqam da budur ki, biz hər bir halda düşməndən təzminat (kompensasiya) tələb edəcəyik. Əgər o bundan imtina edərsə, bizim müəyyən etdiyimiz həddə qədər onun əmlakından götürəcəyik. Əgər bu da mümkün olmazsa, həmin miqdara uyğun şəkildə onun əmlakını məhv edəcəyik.
Sözlərimin beşinci hissəsi regionun bəzi ölkələrinin rəhbərlərinə və təsirli siyasi dairələrinə ünvanlanır. Bizim quru və ya dəniz yolu ilə 15 ölkə ilə qonşuluğumuz var və həmişə onlarla isti və konstruktiv münasibətlər qurmağa meylli olmuşuq və bu gün də belədir.
Lakin düşmən illərdir ki, tədricən bu ölkələrin bəzilərində həm hərbi, həm də maliyyə sahəsində müxtəlif bazalar yaradaraq bölgə üzərində öz hökmranlığını təmin etməyə çalışır.
Son hücumlar zamanı bu hərbi bazaların bəzilərindən istifadə edilmişdir. Buna görə də biz əvvəlcədən açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrin özlərinə qarşı heç bir təcavüz etmədən, yalnız həmin bazaları hədəfə almışıq.
Bundan sonra da zərurət yarandığı zaman baxmayaraq ki, biz hələ də özümüzlə həmin qonşu ölkələr arasında dostluq münasibətlərinin qorunmasının vacibliyinə inandığımız halda belə bir addım atmağa məcbur olacağıq.
Bu ölkələr, vətənimizə qarşı təxribat törədərək vətəndaşlarımızı qətlə yetirən düşmənlərimizin qarşısında öz mövqelərini aydın şəkildə müəyyən etməlidirlər.
Mən onlara tövsiyə edirəm ki, həmin bazaları mümkün qədər tez bağlasınlar. Çünki indiyədək artıq başa düşməli idilər ki, ABŞ tərəfindən təhlükəsizlik və sülhün təmin olunacağı ilə bağlı iddialar sadəcə yalandan başqa bir şey deyildir.
Bu isə onların öz xalqları ilə hansı ki, əksəriyyəti küfr cəbhəsi ilə əməkdaşlıqdan və onun alçaldıcı davranışlarından narazıdır daha möhkəm bağlar qurmasına səbəb olar və onların sərvət və qüdrətini artırar. Bir daha təkrar edirəm: İran İslam Respublikası bölgədə hər hansı hökmranlıq və ya müstəmləkəçilik yaratmaq niyyətində deyil, bütün qonşularla birlik və qarşılıqlı isti və səmimi münasibətlər qurmağa tam hazırdır.
Çıxışımın altıncı hissəsində müraciətim şəhid olan İslam İnqilabının Ali Məqamlı Rəhbərinədir.
Ey Rəhbərimiz! Sizin gedişiniz bütün qəlblərdə ağır bir kədər və hüzn hissi yaratdı. Siz həmişə bu şəhadətə qovuşmaq həsrəti ilə yaşayırdınız və nəhayət uca Allah bunu sizə mübarək Ramazan ayının onuncu gününün səhərində, Qurani-Kərimi tilavət etdiyiniz halda nəsib etdi. Siz bir çox haqsızlıqları böyük qüdrət və səbir ilə daşıdınız və heç vaxt narazılıq əlaməti göstərmədiniz. Bir çoxları sizin həqiqi dəyərinizi tanımadı və bəlkə də uzun zaman keçməlidir ki, müxtəlif pərdələr və maneələr aradan qalxsın və bu həqiqətin bəzi tərəfləri aydın olsun.
Ümid edirik ki, dünya həyatında etdiyiniz kimi indi də pak nurların, siddiqlərin, şəhidlərin və Allah övliyalarının yayında sizə nəsib olmuş yüksək yaxınlıq məqamından yenə də bu xalqın və müqavimət cəbhəsinə mənsub bütün xalqların tərəqqisi və irəliləyişi barədə düşünür, onlar üçün dua və şəfaət edirsiniz. Biz sizinlə əhd bağlayırıq ki, haqq cəbhəsinin əsas bayrağı olan bu bayrağın ucalması və sizin müqəddəs məqsədlərinizə çatmaq naminə bütün varlığımızla çalışaq və bu yolda əlimizdən gələni əsirgəməyək.
Çıxışımın yeddinci hissəsi isə məni dəstəkləyən bütün hörmətli şəxslərə, o cümlədən böyük mərcəyi-təqlidlərə, müxtəlif mədəni, siyasi və ictimai xadimlərə, eləcə də möhtəşəm toplantılarda iştirak edərək dövlətə yenidən beyətlərini ifadə edən xalqın bütün təbəqələrinə dərin təşəkkürümü bildirirəm. Həmçinin üç hakimiyyət qurumlarının məsul şəxslərinə və Müvəqqəti Rəhbərlik Şurasına göstərdikləri düzgün tədbirlər və atdıqları addımlar üçün minnətdarlığımı ifadə edirəm.
Ümid edirəm ki, bu bərəkətli saat və günlərdə ilahi xüsusi lütflər bütün İran xalqına, hətta bütün müsəlmanlara və dünyanın məzlumlarına şamil olsun.
Sonda isə sonuncu imamımız olan həzrət İmam Zamandan (ə.f) istəyirəm ki, Qədr gecələri və mübarək Ramazan ayının qalan bir neçə gün və gecələrində uca Allah dərgahından xalqımız üçün düşmən üzərində qəti zəfər, qələbə, izzət, firavanlıq və sağlamlıq diləsin, eləcə də dünyasını dəyişənlər üçün uca məqamlar və axirət səadəti istəsin.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun
Seyid Müctəba Hüseyni Xamenei
12 mart 2026-cı il
22 Ramazan 1447-ci il
Xəbərin sonu
Rəyiniz