cümə 13 mart 2026 - 17:43
İslam dövlətinin qüdrətli olmasının əsas amilləri

Hövzə | Ayətullah Ərafi bildirib ki, xalqın meydanlarda olması, Silahlı Qüvvələrin fədakarlığı, eləcə də İslam İnqilabının Ali Məqamlı Rəhbərinin varlığı İran İslam Respublikasının qüdrətli olmasının üç əsas amilidir. İran xalqının meydanlarda geniş iştirak etdiyinə görə onlara təşəkkür edilməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Ərafi düşmənləri sarsıdan ümumdünya Qüds günü yürüşündə iştirak edib.

Ayətullah Ərafi yürüş zamanı jurnalistlərə verdiyi müsahibədə bildirib ki, builki ümumdünya Qüds günü yürüşü son hadisə və prosesləri nəzərə alaraq əvvəlki illərdən fərqlənir və İslam İnqilabın Ali Məqamlı Rəhbərinin çağırışına cavab verərək meydanlara çıxan xalqın düşmənləri sarsıdan iştirakına görə təşəkkür etmək lazımdır.

O qeyd edib ki, İran xalqının Ramazan ayında baş vermiş müharibədə göstərdiyi müqavimət və möhkəm iradə həqiqətən böyük möcüzə yaratdı. Bu mübarizə özündə yeni bir qüdrət formalaşdırdı.

Ayətullah Ərafi bildirib ki, bu qüdrət üç əsas amildə birləşir. Birincisi, xalqın meydanda olması və onların möhtəşəm iştirakıdır. Bu iştirak daim davam edib və bu gün ümumdünya Qüds günü yürüşündə nümayiş olunan iştirak bu xalqın şərəfli tarixinin daha bir qızıl səhifəsini formalaşdırdı.

Qum şəhərinin cümə imamı əlavə edib ki, Silahlı Qüvvələrin qəhrəmancasına müqaviməti İran İslam Respublikasının qüdrətinin ikinci amilidir və bu müqavimət region və dünya miqyasında hərbi və siyasi gedişatları dəyişdirib.

O, İslam dövlətinin qüdrətinin üçüncü amili kimi rəhbərliyin seçilməsini göstərərək deyib: Allaha şükürlər olsun ki, yaranmış şərait nəzərə alınaraq İslam dövlətinin rəhbərinin seçilməsi və təqdim edilməsi qısa müddətdə həyata keçirildi. Hazırda dövlətin bütün strukturları, xüsusilə də İslam İnqilabın Ali Məqamlı Rəhbəri ölkənin idarə olunmasını davam etdirir və ölkənin idarə edilməsində heç bir sahədə boşluq mövcud deyil.

Ayətullah Ərafi sonda İran İslam Respublikasının qüdrətli olmasının sirrinin əsasını xalq, Silahlı Qüvvələr və İslam İnqilabın Ali Məqamlı Rəhbəri olduğunu vurğulayıb. O qeyd edib ki, bütün qurumlar və məsul şəxslər İslam İnqilabın Ali Məqamlı Rəhbərinin verdiyi bəyanatın, eləcə də inqilabın yolu və idealları ətrafında birləşməlidirlər.

O əlavə edib ki, builki Qüds günü əvvəlki illərdən fərqlidir və bu münasibətlə əziz İran xalqına təşəkkür etmək lazımdır.

Xəbərin sonu

Video I Ayətullah Ərafi ümumdünya Qüds günü yürüşündə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha