Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, böyük təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani, şəhid Ayətullah Seyid Əli Xameneinin ofisinin rəhbəri Məhəmmədi Gülpayiqani ilə görüşündə İslam İnqilabının şəhid rəhbəri Ayətullah Seyid Əli Hüseyni Xamenei (Allah ona rəhmət eləsin) haqqında danışaraq bildirib ki, o, 37 illik rəhbərliyi dövründə mərhum İmam Xomeyninin (r) qarşıya qoyduğu məqsədləri davam etdirməyə nail olmuş, İslam ümmətinə ən layiqli şəkildə rəhbərlik etmiş və İslam dövlətinin əsaslarını əzəmət və şərəflə qoruyub saxlamışdır.
O, bu günlərdə insanların küçələrdə coşqun şəkildə iştirakına toxunaraq bildirib ki, bu gecələr küçələrə çıxan xalq məhz elə şəhid Ayətullah Seyid Əli Xameneinin ruhuna ehtiram və minnətdarlıq ifadə etmək məqsədi daşıyır.
Ayətullah Nuri Həmədani Ekspertlər Məclisinin (Xubriqan) vaxtında və layiqincə keçirilmiş seçkilərindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, hər kəs bu seçimi dəstəkləməli və onun möhkəmləndirilməsi üçün səy göstərməlidir. O bildirib ki, inşallah, yeni seçilmiş Ali Məqamlı Rəhbər malik olduğu qabiliyyətləri nəzərə alaraq, öz vəzifəsini uğurla yerinə yetirəcək və İranın düşmənləri bundan məyus olacaqlar. Ayətullah Nuri Həmədani əlavə edib ki, bütün xidmət göstərənlər, xüsusilə Ayətullah Seyid Müctəba Hüseyni Xamenei üçün dua etməyi öz vəzifəsi hesab edir.
Ayətullah Nuri Həmədani görüşün davamında Məhəmmədi Gülpayiqaninin xidmətlərini də yüksək qiymətləndirərək qeyd edib ki, siz bu illər ərzində Ali Məqamlı Rəhbərin yanında fəaliyyət göstərdiyiniz müddətdə çoxsaylı xidmətlər göstərmisiniz. Mənim şahidi olduğum və açıq şəkildə təsdiq edə biləcəyim məqam isə mərhum rəhbərin sizə olan etimadı, eləcə də sizin həmin böyük şəhidə qarşı səmimiyyət və sədaqətinizdir ki, biz bunu yüksək qiymətləndiririk.
Görüşün əvvəlində Məhəmmədi Gülpayiqani, Ayətullah Nuri Həmədaninin səhhətinin yaxşılaşmasından duyduğu məmnunluğu ifadə edərək bildirib ki, bu münasibətlə sizin müdrik, uzaqgörən, vaxtında və aydın mövqeləriniz xüsusi təşəkkürə layiqdir.
Xəbərin sonu
Rəyiniz