Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, beynəlxalq Qüds günü münasibətilə keçirilən yürüş bu gün həzrət Məsumənin (ə.s) şəhəri kimi tanınan müqəddəs Qum şəhərində xüsusi şəraitdə baş tutmuşdur. Tədbir “Ramazan müharibəsi” adlandırılan məcburi müharibə şəraitində, təhdidlər və bombardmanların davam etdiyi bir vaxtda keçirilmişdir.
Bu yürüş eyni zamanda xalqın dərin hüzn və matəm içində keçirdiyi bir günə təsadüf etmişdir. İnsanlar ABŞ və sionist rejimin törətdiyi cinayətlərin qurbanı olmuş İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin, eləcə də digər şəhidlərin matəmini yaşayırdılar. Bu şəhidlər arasında Minab şəhərində yerləşən “Şəcəre-təyyibə” tam orta məktəbin günahsız şagirdləri də var. Onlar yer üzünün ən zalım cinayətkarları tərəfindən amansızcasına qətlə yetirilmişdir.
Video / İranlıların qeyrətini dünya görsün
İnsanlar Ali Məqamlı Rəhbərə dəstək məqsədilə xiyabanlar çıxıblar
Qum şəhərinin sədaqətli sakinləri rəsmi yürüşə başlamazdan əvvəl həzrət Məsumənin (ə.s) müqəddəs hərəminə gedərək İslam İnqilabının Ali Məqamlı Rəhbərinin əmrinə “ləbbeyk” deyib dini, inqilabi və milli vəzifələrini tam yerinə yetirəcəklərinə əhd ediblər. Xalq bu əhdə sadiq qalmaqla İslam İnqilabının yolu uğrunda canlarını fəda etmiş şəhidlərin pak ruhları qarşısında öz vəzifələrini yerinə yetiriblər.
Qüds günü münasibətilə keçirilən builki yürüş Qum şəhərinin əziz sakinlərinin yağışlı hava şəraitində geniş və coşqun iştirakı ilə “Allahu Əkbər”, “Amerikaya ölüm!”, “İsrailə ölüm!”, “Damarlarımızda axan qan rəhbərimizə fəda olsun”, “Biz Ali Məqamlı Rəhbərin qanının qisasını alanlarıq, Amerikadan keçmərik” və bu kimi digər şüarlar səsləndirərək həzrət Məsumənin (ə.s) müqəddəs hərəminə doğru yürüş ediblər.
Təhdidlər də nəticə vermədi | Düşmən heç nə edə bilməz
Həzrət Məsumənin (ə.s) müqəddəs hərəminə gedən yollar, eləcə də Ərəm və Səfayyə küçələri Qüds namazgahınadək qumarbaz Donald Trampın təhdidlərinə baxmayaraq, möhkəm iradə və müqəddəs inqilabi qəzəblə dolu ürəklərlə meydana çıxmış insan izdihamı ilə dolu idi. Xalq bu yürüş ilə bütün dünyaya sübut edirlər ki, cinayətkar və uşaqlara qarşı zorakılıq törədən Tramp, eləcə də hiyləgər və uşaq qatili olan Netanyahu bilsin ki, onlar heç bir şey edə bilməzlər.
Video | Ya Hüseyn (ə) nidaları səsləndirən vilayət fədailəri
Qum şəhərinin əziz qonaqları
İslam İnqilabının beşiyi hesab olunan bu şəhərdə keçirilən builki Qüds günü yürüşü həm də xüsusi qonaqlarla yadda qalır. Bu gün “Ramazan müharibəsi” zamanı ABŞ və sionist rejimin törətdiyi cinayətlər nəticəsində şəhid olmuş beş əziz şəhidin pak və müqəddəs cənazələri İslam dünyasının “Ümmül-Qura”sı sayılan Qum şəhərinin qədirbilən sakinlərinin çiyinləri üzərində təntənəli şəkildə vida mərasimi ilə son mənzilə yola salınıblar.
Səmavi şəhidlərin qanının qisas tələbi
İnsanların hüzn ilə göz yaşı tökdükləri bu əziz şəhidlərin pak cənazələrinin milli yürüşdə iştirak etməsi, tədbirə xüsusi bir ruh və mənəvi ab-hava bəxş etmişdir. Bu mənzərə xalqın öz imamının və bu ümmət fədailərinin qanının qisasını almaq, eləcə də əzm və iradəsini daha da gücləndirmiş, eyni zamanda inqilabi qəzəbinin daha aydın şəkildə ifadə olunmasına səbəb olmuşdur.
Xüsusi fərq — Ali Məqamlı Rəhbər ilə ümumxalq sədaqət andı
Builki yürüş daha bir mühüm xüsusiyyəti ilə diqqət çəkir. İnsanlar öz Ali Məqamlı Rəhbərinin, şəhid komandirlərin və digər məzlum şəhidlərin itkisinin hüznünü yaşasalar da inqilabi coşqu və qətiyyətlə meydana çıxaraq müsəlmanların Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneiyə bütün varlıqları ilə sədaqət andı içirlər. Bununla onlar dünyaya açıq mesaj verirlər ki, öz rəhbərləri uğrunda canlarını belə fəda etməyə hazırdırlar.
İnqilabçı ümmətin ürəkaçan mənzərəsi
Bu gün Qum şəhəri, ölkənin digər bölgələri kimi, möhtəşəm bir “müqəddəs birlik” səhnəsinə çevrilmişdir. Küçələrdə dalğa-dalğa hərəkət edən insan selinə nəzər saldıqda aydın görünür ki, müxtəlif sosial təbəqələrə mənsub insanlar, eləcə də fərqli millət və etnik mənsubiyyətlərdən olan şəxslər, həmçinin müxtəlif baxış və siyasi meyilləri təmsil edən qruplar bu meydanda çiyin-çiyinə dayanmışdır. Hətta qeyri-iranlı iştirakçılar da bu izdihamın içində yer alır. İnqilabçı ümmətin bu rəngarəng və ürəkaçan mənzərəsi doğrudan da diqqətəlayiqdir.
Video | Ali Məqamlı Rəhbərin qanının qisasını tələb edənlərin qiyamı
Sədaqətli xalq ailələri ilə birlikdə mübarizə meydanına çıxıblar
Sədaqətli insanların çoxu ailələri ilə birlikdə İran və İran xalqına qarşı cinayətlər törədən düşmənlərə və onların muzdlu qüvvələrinə qarşı mübarizə meydanına çıxmışdır. Yürüşdə uşaqların, 2002-ci və 2012-ci illərdə anadan olmuş gənclərin iştirakı dünya ictimaiyyətinə belə bir mesaj ötürür: Bu xalq şücaət və qətiyyət sahibi bir millətdir. Bu xalq heç vaxt dünya imperialistlərinin qarşısında baş əymir və təslim olma onların düşüncə və həyat fəlsəfəsində yer almır.
İrandan dünyaya ünvanlanan mühüm mesaj
Bu gün beynəlxalq Qüds günü münasibətilə keçirilən yürüşdə vüqarlı və əziz İranın hər bir guşəsindən çox mühüm bir şüar səslənir və bu şüar lənətlənmiş Tramp və onun kimi olan cinayətkarlar tərəfindən bütün varlıqları ilə eşidilməlidir. İmam Hüseynin (ə) yolunu seçib gedən xalqın çağırışı budur: “Heyhət minnəz-zillət” (zillət bizdən uzaqdır) və “Şəhidlik bizim üçün şərəf və ən uca arzumuzdur.”
Bu çağırışın mənası və yekun mesajı isə belədir: Amerika və sionist rejim heç bir şey edə bilməz. Əksinə, onlar rəşadətli və qəhrəman İran xalqı qarşısında rüsvayçılığa düçar olmalı və törətdikləri cinayətlərə görə ağır bədəl ödəməlidirlər.
Ruhanilər həmişə vətən və xalqın müdafiəsində olublar
Alimlər, ruhanilər və dini təhsil alan tələbələr də hər zaman olduğu kimi bu gün də inqilabın, İslam dövlətinin, İran dövlətinin və xalqın yanında olublar. Onlar müxtəlif böhran və hadisələr zamanı maarifləndirmə cihadında, yardım fəaliyyətində və müdafiə sahəsində ön cəbhədə yer aldıqları kimi, bu gün də yürüş iştirakçıları ilə çiyin-çiyinə meydanda iştirak edirdilər.
Video | Ayətullah Ərafinin İran xalqının mübarizəsi haqqında müsahibəsi
Ayətullah Ərafinin inqilabın və İranın müdafiəçi və fədailərinə xüsusi təşəkkürü
Ölkə üzrə elmi hövzələrin rektoru və Qəyyumlar Şurasının üzvlərindən biri olan Ayətullah Ərafi vətənin müdafiəçi və fədailərindən ibarət böyük və möhtəşəm yürüşünə qoşulan tanınmış şəxsiyyətlərdən biri idi.
Ölkə üzrə elmi hövzələrinin rektoru bu düşmənləri sarsıdan yürüşün kənarında jurnalistlərə açıqlamasında bildirib ki, builki beynəlxalq Qüds günü yürüşü son hadisə və proseslər fonunda əvvəlki illərin hamısından fərqlənir və xalqın İnqilabın Ali Məqamlı Rəhbərinin çağırışına “ləbbeyk” deyərək düşmənləri sarsıdan iştirakına görə onlara təşəkkür etmək lazımdır.
İranın gücünün üç əsas amili
Qəyyumlar Şurasının üzvünün sözlərinə görə, “Ramazan müharibəsi” zamanı İran xalqının müqaviməti və möhkəm iradəsi möcüzə yaradaraq yeni bir güc formalaşdırdı. Bu güc üç əsas amildə təcəssüm edir. Birinci amil xalqın möhtəşəm iştirakıdır ki, bu iştirak daim davam etmiş və bu gün də bu qəhrəman xalqın şərəfli tarix kitabına daha bir qızıl səhifə əlavə olunmuşdur.
Elmi hövzələrin rektorunun fikrincə, İslam Respublikası dövlətinin əsas gücünün ikinci amili rəşadətli silahlı qüvvələrin qətiyyətli və fədakar müqavimətidir ki, bu da regionun və dünyanın hərbi-siyasi gedişatını dəyişdirmişdir.
O, İslam dövlətinin əsas gücünün üçüncü amili kimi Ali Məqamlı Rəhbərin seçilməsini qeyd edərək bildirib: Allaha şükürlər olsun ki, yaranmış şərait nəzərə alınaraq İslam dövlətinin Ali Məqamlı Rəhbərinin seçilməsi və təqdim edilməsi prosesi sürətlə həyata keçirildi. Hazırda isə dövlətin bütün strukturları, xüsusilə də Ali Məqamlı Rəhbərin ölkənin idarə olunmasını davam etdirir və ölkənin müxtəlif sahələrdə idarə edilməsində heç bir boşluq və ya problem mövcud deyil.
Ayətullah Ərafinin sözlərinə görə, bu üç mühüm amil İran İslam Respublikasının gücünün əsas sirrini təşkil edir. Daha dəqiq şəkildə desək “xalq”, “silahlı qüvvələr” və “Ali Məqamlı Rəhbər”. Bütün dövlət qurumları və məsul şəxslər İslam İnqilabının Ali Məqamlı Rəhbərinin, eləcə də inqilabın yolu və ideallarının müdafiəsində qətiyyətlə dayanmalıdırlar.
İmam Hüseyn (ə) aşiqləri meydanı tərk etmir
Bu gün xalqın qəhrəmanlıqla nümayiş etdirdiyi iştirak dünyaya bir daha sübut etdi ki, iranlılar həzrət İmam Zamanın (ə.f) xüsusi inayəti sayəsində məğlub edilməyəcəklər. Hətta göydən od yağsa belə, İmam Hüseynin (ə) yolunu davam etdirən bu xalq meydanı tərk etməyəcək. Artıq iki həftədir ki, bu xalq hər gecə müxtəlif anti-sionist və anti-Amerika yürüş və toplantılarında iştirak edən, eləcə də mübarək Ramazan ayının sonuncu cümə günündə Qüds və Fələstin amalını unutmayan və müsəlmanlarının ilk qibləsinin azadlığına sadiq qalan bir xalqdır.

Ayətullah Fazil Lənkərani: Sionist rejimlə bacardığımız qədər mübarizə aparmalıyıq
Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü, həmçinin Qum hövzəsində fiqh və üsul üzrə ali dərəcəli dərslərin müəllimi olan Cavad Fazil Lənkərani də Qum şəhərində keçirilən beynəlxalq Qüds günü yürüşündə Əhli-beyt (ə) diyarı kimi tanınan bu şəhərin sədaqətli sakinlərinin yaratdığı möhtəşəm iştirakın yanında yer alan şəxsiyyətlərdən biri olmuşdur.
Əhli-beyt Fiqh Mərkəzinin direktoru bu möhtəşəm və düşmənləri sarsıdan yürüşün kənarında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu qədər möhtəşəm və geniş iştirak Quran və dinin prinsiplərinə əsaslanan möhkəm iradənin təzahürüdür. Bu isə göstərir ki, İran xalqının sionist rejimlə mübarizə və məzlum Fələstin xalqının müdafiəsi istiqamətində qətiyyəti günbəgün daha da möhkəmlənir.
Geri çəkilmək İran xalqının düşüncəsində yoxdur
O vurğulayıb ki, düşmən heç vaxt İran xalqının geri çəkiləcəyini düşünməməlidir. Çünki şəhid rəhbərimiz Ayətullah Seyid Əli Xameneinin də ifadə etdiyi kimi, “geri çəkilmək İran İslam Respublikasının lüğətində mövcud deyil.” O əlavə edib ki, İran xalqının cinayətkar Amerika və uşaq qətli ilə tanınan sionist rejimə qarşı mübarizə əzmi qəti və dəyişməzdir.
Əhli-beyt Fiqh Mərkəzinin direktorunun sözlərinə görə, bu gün İsraillə istənilən formada mübarizə aparmaq müsəlmanlar üçün çox böyük və mühüm əməllərdən hesab olunur. Buna görə də, dindar insanlar üçüncü Qədr gecəsi sübhədək ibadətdə olsalar belə, bu böyük ibadətin savabını qazanmaq üçün yenə də küçələrə çıxmış və yürüşdə iştirak etmişlər. O qeyd edib ki, bu sadəcə şüar deyil, reallıqdır. Necə ki, şəhid Ayətullah Seyid Əli Xamenei öz çıxışlarında dəfələrlə vurğulayırdı: “İsrailin məhvi yaxın gələcəkdə gerçəkləşəcək.”
Dövlət quruluşu və yeni seçilmiş Ali Məqamlı Rəhbər ilə yenilənən sədaqət andı
Qum hövzəsinin Müəllimlər Birliyinin üzvünün sözlərinə görə, builki yürüşün başqa bir mühüm xüsusiyyəti də vardır. Bu yürüş təkcə Amerika və sionist rejimin cinayətlərindən bəraət elan etmək və sionist qüvvələrə qarşı mübarizəyə hazır olduqlarını bildirmək məqsədi daşımır. Eyni zamanda bu, dövlət quruluşuna və inqilabın yeni seçilmiş Ali Məqamlı Rəhbərinə sədaqətin yenidən bəyan edilməsidir. Onun sözlərinə görə, builki yürüş iki əsas istiqamət üzərində qurulmuşdur: “Düşmənlə mübarizə aparmaq” və “inqilabın yeni seçilmiş Ali Məqamlı Rəhbərinə sədaqət andı.”
Ali Məqamlı Rəhbərin ilk müraciəti Tramp və İslam düşmənlərə sərt cavab oldu
Ayətullah Fazil Lənkərani çıxışında İslam İnqilabının Ali Məqamlı Rəhbərinin son müraciətinə də toxunaraq onu son dərəcə əhatəli və qətiyyətli bir mesaj kimi qiymətləndirib. Onun sözlərinə görə, bu müraciəti eşidən hər kəs sevinərək Allaha şükür etmişdir. Çünki İran xalqı böyük bir itki ilə üzləşmiş və şəhid olmuş Ali Məqamlı Rəhbərin itkisi hamı üçün çox ağır olmuşdur. Lakin Ayətullah Seyid Əli Xameneinin ilk müraciəti sayəsində xalq imamın yolunun davam edəcəyinə dair ümidini daha da möhkəmləndirmiş, eyni zamanda düşmənlər üçün böyük bir məyusluq yaratmışdır. Bu, sözün həqiqi mənasında Trampa və Ayətullah Seyid Əli Xameneinin qətlə yetirilməsindən sonra dövlət sistemində boşluq yaranacağını düşünən düşmənlərə vurulmuş ən güclü bir zərbə olmuşdur.
Ali Məqamlı Rəhbərin xalq və müqavimət cəbhəsinə xüsusi diqqəti
Əhli-beyt Fiqh Mərkəzinin direktorunun sözlərinə görə, Ayətullah Seyid Müctəba Xamenei tərəfindən verilmiş bu mesaj son dərəcə əhatəli məzmun daşıyır. Bu müraciətdə xalqın, inqilabın əsas dayağı kimi xüsusi qeyd olunması, inqilabın əsas məqsədlərinə sadiqliyin vurğulanması, eləcə də müqavimət cəbhəsinə diqqətin göstərilməsi əsas məqamlar kimi önə çıxır. O, çıxışının sonunda uca Allaha dua edərək Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin düşmənlərin şər və hiylələrindən daim amanda qalmasını diləmişdir.
Video | İraq Müqavimət Cəbhəsinin rəhbəri yürüşdə iştirak edib
İran xalqı bəşəriyyət tarixində misilsiz bir xalqdır
İraqın “Əhdullah” hərəkatının baş katibi Höccətül-İslam vəl-müslimin Seyid Haşim Əl-Heydəri də bu gün Qum şəhərinin vilayətə sadiq sakinləri ilə birlikdə beynəlxalq Qüds günü yürüşündə iştirak etmişdir. O, bildirib ki, İran xalqı bəşəriyyət tarixində misli görünməmiş xalqlardan biridir.
“Əhdullah” hərəkatının baş katibinin sözlərinə görə, müsəlmanların Ali Məqamlı Rəhbəri həzrət Ayətullah üzma İmam Xameneinin şəhadətindən sonra İran xalqı hər gecə küçələrə çıxaraq inqilaba, ölkəsinə və öz rəhbərinə sədaqətini nümayiş etdirmiş, heç bir qorxu və tərəddüd göstərmədən cinayətkar Amerika və mənfur sionist rejim qarşısında möhkəm dayanmışdır ki, bu da həqiqətən təqdirəlayiqdir.
Höccətül-İslam vəl-müslimin Seyid Haşim Əl-Heydəri eyni zamanda bu strateji məqama da xüsusi diqqət çəkərək vurğulamışdır ki, İran İslam Respublikasının dövlətinin müdafiəsi və onun dəstəklənməsi ən vacib dini vəzifələrdən biridir.
O əlavə etmişdir ki, inşallah uca Allah bu dövləti və İranın müsəlman xalqını İmam Zamanın (ə.f) zühurunadək düşmənlərin təhlükəsindən qoruyacaqdır.
“Allahın ordusu aşkar oldu, Xamenei cavan oldu”
Şübhəsiz ki, builki Qüds gününü Qum şəhərinin sədaqətli sakinləri tərəfindən keçirilmiş ən anti-sionist Qüds günlərindən biri kimi xarakterizə etmək olar. Bununla yanaşı, şəhid imamımız Ayətullah Seyid Əli Xameneinin ayrılığı hüznü fonunda bu gün eyni zamanda onun layiqli davamçısı Ayətullah Seyid Müctəba ilə sədaqət andının yenilənməsi ab-havasını da daşıyırdı. Buna görə də vilayətə bağlılıq nümayiş etdirən insanların səsləndirdiyi şüarlar da məhz İmam Xameneiyə sədaqət ruhu ilə səciyyələnirdi. Belə ki, yürüş iştirakçıları yumruqlarını sıxaraq və qətiyyətli iradə ilə belə şüar səsləndirirdilər: “Allahın ordusu aşkar oldu, Xamenei cavan oldu.”
Video | Xalq möhkəm dağ kimi dayanıb
Dünyanın ən güclü silahı
Bəli, bu gün inqilabın və dövlət quruluşunun ən mühüm, ən təsirli və misilsiz gücü olan sədaqətli xalq, əvvəllər 22 Dey və 22 Bəhmən yürüşlərində olduğu kimi bu dəfə də 22 Esfənd tarixində yenidən meydanlara çıxaraq Amerika və sionist düşmənlərə qarşı mövqeyini nümayiş etdirdi ki, bununla inqilab və İranın gələcəyi təmin olunsun və bu “təminat sənədi”nin son təsdiqi də həzrət İmam Zamanın (ə.f) imzası ilə möhürlənsin.
İnşallah, bu nurlu yolun davamı regionda və dünyada qəsbkar İsrailin məğlubiyyəti və tam məhvi, eləcə də cinayətkar Amerikanın daha da rüsvay olmasına zəmin yaradacaqdır.
Bu müdrik, uzaqgörən və sədaqətli xalqa alqışlar olsun!
Reportaj: Əli Əlizadə
Rəyiniz