Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, İraq əhli‑sünnə Alimləri Cəmiyyətinin sədri Şeyx Xalid Əl-Mulla, cümə axşamı, 12 mart 2026-cı il tarixində ümumdünya Qadimun məclisinin təşəbbüsü ilə keçirilən yeddinci beynəlxalq müqəddəs Qüds günü konqresində çıxışı zamanı
«وَ مَا خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِیَعْبُدُونِ» (ذاریات/۵۶)
(Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım) zariyat surəsinin 56-cı ayəsinə istinad edərək insanın yaradılış məqsədinin Allaha ibadət olduğunu izah edib. O, bildirib ki, uca Allah bizi böyük bir məqsəd və ali bir missiya üçün yaratmışdır. Bizə vacib edilmiş ibadətlər, o cümlədən namaz, oruc, zəkat, həcc, cihad, eləcə də bu ibadətlərin bir hissəsi olan Allah evlərinin və İslam dinin dəyərlərinin qorunmasıdır.
O, müqəddəs Kəbəni, eləcə də Məscidün-Nəbi (Peyğəmbər (s) məscidi) və Məscidül‑Əqsanı İslam dünyasının ən böyük müqəddəslərindən olduğunu bildirərək əlavə edib: Kəbədə və Məscidün-Nəbidə qılınan namaz min namaza və Məscidül-Əqsada qılınan namaz beş yüz namaza bərabərdir. Bu savablar adı çəkilən müqəddəs məkanların uca Allahın dərgahında yüksək məqamının olduğunu göstərir.
Müsəlmanların Fələstinlə əlaqəsi inanca bağlıdır
Şeyx Xalid Əl-Mulla, bizim Fələstin və Beytül-Müqəddəs ilə nə münasibətimiz var sualını irəli sürərək vurğulayıb: Biz müsəlmanların Fələstin ilə olan bağlılığı inanc, etiqad və dini bağlılığa qayıdır. Bu torpağın müsəlmanların əlində qalması üçün onun qorunması və müdafiəsi əqidə və dini baxımdan bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu torpaq müsəlmanların əqidəsinin ayrılmaz bir hissəsi hesab olunur. Kim Beytül-Müqəddəsin müdafiəsi uğrunda geri çəkilərsə, Məscidün‑Nəbi və Kəbənin müdafiəsi uğrunda da geri çəkiləcəkdir.
O, daha sonra Məhəmməd peyğəmbərin (s) müqəddəs məkanların ziyarəti ilə bağlı məşhur hədisinə işarə edərək deyib: Allahın Rəsulu (s) buyurmuşdur: Yalnız üç məscid istisna olmaqla heç bir məkanı ziyarət etmək üçün səfərə çıxmayın. Bunlar Məscidül-Həram, mənim məscidim (Məscidün-Nəbi) və Məscidül-Əqsa məscidləridir. Bu hədis İslamda xüsusilə Məscidül-Əqsanın xüsusi mövqeyini göstərir.
Qüds günü İslam ümmətinin həmrəylik günüdür
İraq əhli‑sünnə Alimləri Cəmiyyətinin sədri beynəlxalq Qüds gününü yad edərək onu bütün müsəlmanların və dünyanın azad insanlarının həqiqi sahibinə qaytarılması üçün həmrəylik günü kimi dəyərləndirərək qeyd edib: Bu gün “beynəlxalq Qüds günü” adlandırılan bir günün ab-havasının şahidi oluruq. Bu günün məqsədi müsəlmanların və dünyanın azad insanlarının həqiqi sahibinə qaytarılmasının zəruriliyi ətrafında həmrəyliyidir.
O, həmçinin sionist rejimin “böyük yaxın şərq” planını həyata keçirmək üçün qurduğu sui-qəsdlərə işarə edərək xəbərdarlıq edib. Bu qəsbkar və cinayətkar rejim hər şeyə hökmranlıq etmək arzusundadır. Bu cinayətkar rejim bizim sərvət və mədəniyyətimizə, eləcə də oğul və qızlarımıza hakim olmaq istəyir. Biz bu təhlükəni ciddi qəbul etməliyik.
İslam ümmətinin birliyi sionist rejimi tamamilə məhv edəcək
İraq əhli-sünnə Alimləri Cəmiyyətinin sədri İslam ümmətinin öz vəzifələrini yerinə yetirməkdə süstlük və səhlənkarlıq göstərməsini tənqid edərək deyib: Təhlükəli səbəblərdən biri də odur ki, bir müsəlman durub desin ki, mənim Fələstinlə nə işim var.? Halbuki sənin Fələstin ilə olan bağlılığın inanc, din və əqidə ilə olan bağlılıqdan irəli gəlir. Elə buna görə də bu məsələ ilə bağlı mövqe tutmalı, ona münasibət bildirməlisən.
O əlavə edərək bildirib: Əgər bu ümmət təkcə məzhəb və mədəniyyət məsələsində deyil, həmçinin bu qədər raket, təyyarə, eləcə də onilliklər boyu bütün ərəb və İslam ölkələrində toplanmış silah anbarlarına baxmayaraq İsrail qarşısında vahid bir mövqedə birləşsəydi bu mənfur və zalım rejimi çoxdan aradan aparardılar.
Peyğəmbərin (s) Allah düşmənlərinin İslam dininin əleyhinə hücumu barədə verdiyi xəbərdarlıq
Şeyx Xalid Əl‑Mulla Məhəmməd Peyğəmbərdən (s) nəql olunan bir hədisə istinad edərək qeyd edib:
قَالَ رَسُولُ اَللَّهِ (صَلَّی اَللَّهُ عَلَیْهِ وَ آلِه): «یُوشِکُ اَلْأُمَمُ تَدَاعَی عَلَیْکُمْ تَدَاعَی اَلْأَکَلَةِ عَلَی قَصْعَتِهَا» قَالَ قَائِلٌ مِنْهُمْ: مِنْ قِلَّةٍ نَحْنُ یَوْمَئِذٍ؟ قَالَ: «بَلْ أَنْتُمْ کَثِیرٌ، وَ لَکِنَّکُمْ غُثَاءٌ کَغُثَاءِ اَلسَّیْلِ.
Allahın Rəsulu (s) buyurmuşdur: Yemək zamanı yeməyin ətrafında toplaşan insanlar kimi tezliklə ümmətlər sizə qarşı hücuma keçəcəklər.” Səhabələr soruşdular: Bu, bizim sayımızın az olmasına görə olacaqmı? Həzrət buyurdu: Xeyr, siz çox olacaqsınız, lakin siz sel üzərindəki çör-çöp kimi olacaqsınız.
O, bu vəziyyətin səbəbini müsəlmanlar arasında pərakəndəlik və ixtilafın olması ilə izah edərək deyib: Allahın Rəsulu (s) buyurmuşdur:
عن عَبْدُ اَللَّهِ بْنُ عَبَّاسٍ وَ جَابِرُ بْنُ عَبْدِ اَللَّهِ أَنَّهُمَا سَمِعَا رَسُولَ اَللَّهِ (صَلَّی اللَّهُ عَلَیْهِ وَ آلِهِ) یَقُولُ فِی حِجَّةِ اَلْوَدَاعِ وَ هُوَ بِمِنًی: «لاَ تَرْجِعُوا بَعْدِی کُفَّاراً یَضْرِبُ بَعْضُکُمْ رِقَابَ بَعْضٍ...» (شواهد التنزیل، جلد ۱، صفحه ۵۲۶)
Abdullah ibn Abbas və Cabir ibn Abdullah rəvayət edirlər ki, Məhəmməd peyğəmbər (s) Minada vida həccində olarkən belə buyurubdur: Məndən sonra bir-birinizin boynunu vuran kafirlər halına qayıtmayın... (Şəvahid ət-tənzil, cild 1, səh. 526)
Məndən sonra bir-birinin boynunu vuran kafirlər kimi olmayın.
Bu gün şahidi olduğumuz hadisələr də məhz bu misalın bariz nümunəsidir. Biri deyir sən kafirsən, digəri deyir sən şiəsən və düz yolda deyilsən, o biri isə vacib məsələ qalıb bir tərəfdə, durub sünnilik iddiası edir. Bu yol düzgün yol deyil və İslam dininin əsaslarına tamamilə zidd bir yoldur.
Dünyapərəstlik və ölüm qorxusu müsəlmanların geridə qalmasının köküdür
İraq əhli-sünnə Alimləri Cəmiyyətinin sədri çıxışının başqa bir hissəsində “vəhn” yəni süstlük haqqında nəql olunan peyğəmbər hədisinə işarə edərək deyib:
وَ لَیَنْزِعَنَّ اَللَّهُ مِنْ عَدُوِّکُمُ اَلْمَهَابَةَ مِنْهُمْ وَ لَیَقْذِفَنَّ فِی قُلُوبِکُمُ اَلْوَهْنَ» قَالَ قَائِلٌ: یَا رَسُولَ اَللَّهِ وَ مَا اَلْوَهْنُ؟ قَالَ: «حُبُّ اَلدُّنْیَا وَ کَرَاهِیَةُ اَلْمَوْتِ.» (التشریف بالمنن،جلد ۱، صفحه ۳۰۷)
Peyğəmbər (s) buyurmuşdur: “Allah düşmənlərinizin qəlbindən sizə qarşı olan qorxunu götürəcək və sizin qəlblərinizə süstlük salacaq”. Soruşdular: Ey Allahın Rəsulu, vəhn (süstlük) nədir? Buyurdu: “Dünyaya məhəbbət və ölümdən qaçmaq.
Ət-təşrifu bil-minən, cild 1, səh. 307)
O, İslam ölkələrinin hökmdarlarına müraciət edərək deyib: Baş verən kütləvi qırğınlar fonunda sarayların, dəbdəbəli avtomobillərin və yığılan böyük sərvətlərin nə faydası var? Yaxşı olar ki, bir qədər düşünək və həqiqətin gözlərimizdən gizli qalmaması üçün məzhəb və etnik təəssübkeşlikdən uzaqlaşaq.
Rəyiniz