Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə Moskvanın Cümə məscidində ümumdünya Qüds günü mərasimi keçirilib. Tədbirdə İslam ölkələrinin səfirləri iştirak ediblər. Məsciddə namaz qılanlar “təkbir” deyərək İran İslam Respublikasını bütün İslam dünyası qarşısında dəstəklədiklərini bildiriblər.
İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali mərasimdə çıxış edərək Ramazan ayı ərzində ABŞ və İsrail rejiminin İran İslam Respublikasına qarşı hərbi təcavüzünü pisləmiş, Minab şəhər tam orta məktəbində 160-dan çox şagirdin şəhid edilməsini mülki əhaliyə qarşı cinayət adlandırmışdır.
O qeyd edib ki, bu qətllər İran xalqının müqavimət iradəsini daha da möhkəmləndirir. Düşmənin əsas problemi nüvə məsələsi deyil, İranın müstəqilliyi, eləcə də Fələstin və Qüdsün azadlığı uğrunda dəstəyidir.
Səfir Cəlali bildirib ki, İranın hücumları İslam ölkələrini deyil, ABŞ-ın bazalarını hədəf alır. O düşmənlərin planlarına qarşı İslam ümmətini birliyə çağırıb və İranda son qələbənin Allahın köməyi və İslam ümmətinin dəstəyi ilə əldə olunacağını vurğulayıb.
Tədbirdə Rusiyada yaşayan müsəlmanların dini komitəsinin müavini çıxış edərək Ayətullah Əli Xamenei və İran vətəndaşlarının şəhidliyini kədər hissi ilə qeyd edib və Fələstin xalqının hüquqlarının bərpası üçün müsəlmanların birliyinin vacib olduğunu vurğulayıb.
Məsciddə namaz qılanlar İran və Fələstin bayraqları, eləcə də hər iki ölkənin liderlərinin şəkillərini qaldıraraq antiimperialist şüarlarla həmrəyliklərini və “Qüdrətli İran əbədi yaşasın” şüarını səsləndiriblər.

Moskvanın Cümə məscidində ümumdünya Qüds günü münasibətilə keçirilən tədbir



İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali
Rəyiniz