Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hindistanın Kargil vilayətindən gələn insanların geniş iştirakı ilə ümumdünya Qüds günü münasibətilə möhtəşəm yürüş keçirilib. Bu təntənəli mərasimdə iştirak edənlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneiyə sədaqət andlarını yeniləyərək ABŞ və sionist rejiminə qarşı sərt və qəti şüarlar səsləndiriblər.

Toplantıda iştirak edənlər İslam İnqilabının Ali Məqamlı Rəhbərinə sarsılmaz sədaqətlərini bir daha ifadə edərək, qlobal istibdada, xüsusilə ABŞ və sionist rejimə qarşı qəzəb və nifrətlərini gur və coşqulu şüarlar vasitəsilə nümayiş etdiriblər. Mərasimin davamında İran İslam Respublikası, dünyanın müxtəlif guşələrində zülmə məruz qalan məzlum xalqlar və müqəddəs Qüdsün azadlığı üçün xüsusi dualar edilib.
Tədbirdə Kargil bölgəsinin tanınmış din xadimlərindən olan Höccətül‑İslam vəl‑müslimin Seyid Abbas Rəzəvi çıxış edərək İran İslam Respublikası və İslam İnqilabının Ali Məqamlı Rəhbəri üçün dua edib. O, həmçinin ABŞ və sionist rejimin törətdiyi cinayət və zülmləri qətiyyətlə pisləyərək bu əməllərə qarşı dərin qəzəb və etirazını ifadə edib.
Daha sonra Seyid Eynulhuda Hüseyni çıxış edərək İslam İnqilabının Ali Məqamlı Rəhbərinin uzaqgörən və müdrik rəhbərliyinin müxtəlif yönlərini izah edib, həmçinin həzrət İmam Hüseynin (ə) mənəviyyat və fədakarlıqla zəngin həyat yolu və məktəbi haqqında danışıb.
Ardınca Kargil bölgəsinin tanınmış təbliğçilərindən olan Şeyx Hüseyn Rəisi ümumdünya Qüds gününün dini və siyasi əhəmiyyətinə toxunaraq, bu günün İslam ümmətinin oyanışı və birliyi üçün daşıdığı mühüm nöqtələri diqqətə çatdırıb.
Yürüşdə həmçinin əhli‑sünnə qardaşlarımızın nümayəndəsi Seyid Mübarək Şah da iştirak edərək müsəlmanlar arasında birlik və həmrəyliyin canlı nümunəsini nümayiş etdirib.
Qeyd etmək lazımdır ki, Kargildə Sahibəz‑Zaman Cəmiyyətinin təşəbbüsü ilə həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) salamatçılığı üçün müxtəlif bölgələrdə mütəmadi olaraq dua mərasimləri təşkil olunur.





Rəyiniz