bazar ertəsi 16 mart 2026 - 20:12
Hindistanın Laknau şəhərində Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş möhtəşəm anım mərasimi keçirilib

Hövzə | Hindistanın Laknau şəhərində İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah üzma Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş möhtəşəm və genişmiqyaslı anım mərasimi keçirilib. Tədbirdə alim,  ziyalı, həmçinin din və mədəniyyət xadimləri, eləcə də cəmiyyətin müxtəlif təbəqələrindən olan çoxsaylı insanlar iştirak ediblər.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hindistanın Laknau şəhərində alim və ziyalıların, eləcə də din və mədəniyyət xadimlərinin, o cümlədən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların geniş iştirakı ilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah üzma Seyid Əli Xameneinin (Allah rəhmət eləsin) əziz xatirəsinə həsr olunmuş möhtəşəm və genişmiqyaslı anım mərasimi keçirilib.

Mərasim iştirakçıları Ayətullah Seyid Əli Xameneinin yüksək elmi və mənəvi məqamına dərin ehtiram və məhəbbətlərini ifadə edərək, bu böyük mənəvi şəxsiyyətin xatirəsini hörmət və ehtiramla yad ediblər. Tədbirdə çıxış edən alim və natiqlər isə öz nitqlərində Seyid Əli Xameneinin elmi mövqeyini, İslama və dini dəyərlərə göstərdiyi misilsiz xidmətlərini, eləcə də İslam dünyasında oynadığı mühüm və təsirli rolu ətraflı şəkildə diqqətə çatdırıblar.

Hindistanın Laknau şəhərində Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş möhtəşəm anım mərasimi keçirilib

Bu mərasimdə Hindistan Alimlər Cəmiyyətinin baş katibi Höccətül‑İslam vəl‑müslimin Seyid Cavad Nəqəvi çıxışı zamanı bildirib ki, şəhadət bizi qorxutmur, əksinə bizi daha da gücləndirir və şəhidin qanı heç vaxt hədər getmir. O, Ayətullah üzma Xameneinin gizlənməsi barədə xəbər yayan bəzi media qurumlarını tənqid edərək vurğulayıb ki, İmam Hüseyn (ə) yolunun davamçıları nə təslim olur, nə də gizlənirlər.

O, çıxışının davamında bəzi müsəlman dövlətlərini də tənqid edərək qeyd edib ki, Fələstinə dəstək məsələsində yalnız İran qətiyyətli mövqe nümayiş etdirmişdir. Həmçinin bildirib ki, ABŞ və İsrail dünya təhlükəsizliyini pozan iki terrorçu qrupudur. O əlavə edib ki, Hindistan müsəlmanları İranın yanındadır və bu ölkəni, eləcə də onun xalqını heç vaxt tək qoymayacaqlar.

Digər natiqlər də çıxışlarında birlik və müqavimətin əhəmiyyətini, həmçinin İrana dəstəyin vacibliyini vurğulayaraq şəhadəti düşmənin məğlubiyyətinin göstəricisi kimi qiymətləndiriblər. Onlar bəyan ediblər ki, həzrət Ayətullah üzma Xameneinin şəxsiyyəti şəhid olması ilə aradan getmir və onun düşüncəsi yaşayaraq qalacaq.

Toplantıda çox sayda alim, həmçinin şiə və əhli‑sünnə nümayəndələrindən ibarət kişi və qadınlar iştirak edərək öz düşüncələrini və kədər hisslərini ifadə ediblər.

Mərasim mənəvi və geniş bir mühitdə keçirilmiş, iştirakçılar dua oxuyaraq öz kədər hisslərini bölüşmüş və Ayətullah Seyid Əli Xameneinin xatirəsini ehtiramla yad etmişlər. Proqramda xalqın, alimlərin və ziyalıların geniş iştirakı Ayətullah Seyid Əli Xameneinin müsəlmanlar və din maarifinə maraq göstərənlər arasında yüksək nüfuza malik olduğunu bir daha nümayiş etdirib.

Hindistanın Laknau şəhərində Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş möhtəşəm anım mərasimi keçirilib

Hindistanın Laknau şəhərində Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş möhtəşəm anım mərasimi keçirilib

Hindistanın Laknau şəhərində Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş möhtəşəm anım mərasimi keçirilib

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha