Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin şəhid olması ilə bağlı onun qardaşına başsağlığı verib.
Başsağlı məktubunda deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə
Hörmətli həzrət Ayətullah Amuli Laricani!
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin və onun əziz oğlunun şəhid olması ilə əlaqədar sizə və yaxınlarınıza, o cümlədən qardaşınızın ailə üzvlərinə, xüsusilə şəhid Ayətullah Mütəhhərinin (r) ailəsinə, eləcə də uca məqamlı şəhidin bütün yaxınlarına və qohumlarına başsağlığı verir, sizə və bütün yaxınlarınıza uca Allahdan səbir və ilahi mükafat diləyirəm.
Dəyərli qardaşınızın xidmət və zəhmətləri həqiqətən çox olubdur. Allahın rəhmət və məğfirəti şəhid qardaşınızın timsalında bütün şəhidlərimizə, xüsusilə şəhid Ayətullah Seyid Əli Xameneinin üzərinə olsun.
وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi
Xəbərin sonu
Rəyiniz