cümə axşamı 19 mart 2026 - 05:41
Saleh və mücahid bir bəndə, siyasətçi doktor Laricaninin şəhadəti acı bir xəbər olmaqla yanaşı, ikiqat kədər və böyük bir müsibətdir.

Hövzə /Ayətullah Məzahirinin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi doktor Əli Laricaninin şəhadəti münasibətilə yaydığı mesajda vurğulayıb: Saleh və mücahid bəndə, müdrik və məsuliyyətli siyasətçi cənab doktor Əli Laricaninin bu fitnə dolu günlərdə şəhadətinin acı xəbəri, qlobal istikbarın çirkli əllərinin nəticəsi olaraq ikiqat kədər və böyük bir müsibətdir.

Hövzə Xəbər Agentliyinin İsfahan şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, ali məqamlı mərcəyi‑təqlid həzrət Ayətullah Məzahiri ( Allah onu qorusun) müdrik və məsuliyyətli siyasətçi, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi şəhid doktor Əli Laricaninin (Allah onu rəhmət etsin) şəhadəti münasibətilə başsağlığı mesajı yayımlamışdır. Mesajın mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Saleh və mücahid bəndə, müdrik və məsuliyyətli siyasətçi, İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının uzaqgörən katibi cənab doktor Əli Laricaninin (Allah onu rəhmət eləsin) bu fitnə dolu günlərdə  eləcə dəqlobal istikbarın çirkli əllərinin minlərlə həmvətənimizin pak qanına bulaşdığı və qüdrətli ölkəmizə qarşı genişmiqyaslı hücumların baş verdiyi bir vaxtda şəhadəti ilə bağlı acı xəbər ikiqat kədər və böyük bir müsibətdir.

«إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَیْهِ‌ راجِعُونَ‌».

«Həqiqətən biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq».

Cənab doktor Əli Laricani (Allah onu rəhmət eləsin) seçilmiş şəxsiyyət və müdrik bir mütəfəkkir idi. O, şərəfli mərcəyi-təqlid ailəsində tərbiyə almış, mərhum böyük alim və İslamşünas ustad Ayətullah şəhid Mütəhhərinin (r) mübarək məktəbinin kölgəsində yetişmiş və bərəkətli ömrünün hamısını İslamın və İranın ucaldılmasına sərf etmişdir. Bu müqəddəs yolda o, bütün eniş‑yoxuş, çətinlik və biganəliklərə səbir və bəsirətlə dözmüş, öz yolundan, məqsədindən və ali ideallarından heç vaxt geri çəkilməmişdir. Nəhayət öz canını bu ideallar uğrunda fəda edərək zamanın ən bədbəxt və zalım şəxslərinin əli ilə şəhadət şərəfinə nail olmuş və mübarək Ramazan ayının sübh çağında İlahi şəhadət məqamına ucalmışdır. Şəhadətin uca məqamı belə böyük, xoşbəxt və nəcib bir insana mübarək və şirin olsun.

Mehriban Allah bu xoşbəxt şəhidi, onun ləyaqətli övladını və bütün şəhid yoldaşlarını, eləcə İran İslam Respublikasının çox şərəfli, məsuliyyətli və xidmətkar simalarından biri olan Bəsicin qəhrəman komandiri, general‑polkovnik şəhid Qulamrza Süleymanini (Allah ona rəhmət etsin) və bu məcburi müharibənin bütün əziz şəhidlərini, həmçinin haqq və fəzilət yolunun bütün şəhidlərini pak övliyalarla (ə) məhşur etsin. Allahdan onların yaxınlarına və hörmətli ailə üzvlərinə səbir, mükafat, sağlamlıq və səadət arzu edirəm.

Ayətullah üzma  Mirzə Haşim Amulinin (Allah onu qorusun) və mərhum ustad Ayətullah şəhid Mütəhhərinin (r) möhtərəm ailələrinə və bütün kədərli ailə üzvlərinə səmimi başsağlığı verir, Qəhhar və intiqam sahibi olan Allahdan yadlar, şər qüvvələr və istikbarın əlinin bu ölkənin üzərindən kəsilməsini diləyirəm.

İlahi! Bəşəriyyətin qurtuluş və nicatına səbəb olan həzrət İmam Zamanın (ə.f) zühurunu tezləşdir, böyük və mücahid İran xalqının kədərli və müsibət görmüş qəlblərinə aramlıq və təsəlli bəxş et.

«والسلام علی جمیع عباد الله الصالحین.»

«Allahın salamı bütün saleh bəndələrin üzərinə olsun.»

Ayətullah Hüseyn Məzahiri  
28 Ramazan 1447  
27 Esfənd 1404
18 mart 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha