cümə axşamı 19 mart 2026 - 19:37
ABŞ‑ın İraqdakı tarixi məğlubiyyətini onlara yenidən qəbul etdirdəcəyik!

Hövzə / Nəcba hərəkatının baş katibi Şeyx Əkrəm Kəbi, vurğulayıb: İşğalçılar, suverenliyi pozmaqla İraqın müqavimətini zəiflədə biləcəyini düşünürlərsə, çox yanılırlar. Biz, ABŞ‑ın tarixi məğlubiyyətini onlara yenidən qəbul etdirəcəyik.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Nəcba hərəkatının baş katibi Şeyx Əkrəm Kəbi, ABŞ-ın İraq müqavimətini zəiflətmək istiqamətindəki cəhdlərini qınayaraq bəyan edib: İşğalçılar, əgər davamlı suverenlik pozuntusu ilə İraqın müqavimətini qanun olaraq  etdiyi mübarizədən vaz keçirə, dayandıra və ya zəiflədə biləcəklərini düşünürlərsə, çox yanılırlar.

O, əlavə edərək bildirib: İraq 2003-cü ildən sonra səkkiz il boyunca işğal və cinayətlərlə üzləşdi, lakin əvvəlkindən daha güclü şəkildə geri dönüş etdi. Həmin dövrlərdə ABŞ heç vaxt müqaviməti dağıda və ya diz çökdürə bilmədi.

Baş katib qeyd edib: Nəticədə, Vaşinqton nüfuzunu qorumaq üçün alçaldıcı bir razılaşma ilə İraqdan çəkildi və sonra müqavimətlə mübarizə aparmaq üçün "İŞİD layihəsini” həyata keçirdi. Ancaq bu layihənin həyata keçirilməsinə imkan verməyən, güclü və çoxsaylı cəbhələrin mövcudluğu, onun planını pozaraq alt-üst etdi.

Şeyx Kəbi, son olaraq vurğulayıb: İndiki dövrdə də müqavimət ABŞ-ın hücumlarına davam edir və məqsəd, düşməni İraqdan qovmaq, ölkənin azadlığını və suverenliyini bərpa etməkdir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha