Hövzə Xəbər Agentliyinin Buşəhr üzrə müxbirinin verdiyi məlumata görə, Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Seyid Haşim Həsəni Buşəhri, Buşəhr vilayətindəki şəhidlərin Amerika və sionist cinayətlərində qəhrəmancasına şəhid olmalarından sonra bir bəyanat yayımlayıb.
Bəyanatda deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə
Buşəhr vilayətinin cəsur və qəhrəman övladlarının Amerika və sionist hücumlarında şəhid olmaları ilə bağlı olaraq, həmvətənlərimə səmimi qəlbdən başsağlığımı bildirir və bütün şəhidlərin Allah yanında uca məqama sahib olmalarını diləyirəm.
İran xalqının düşmənləri, insanları və yaşayış məntəqələrini hədəfə alaraq bu təcavüzkar müharibədə xalqın dözümlülüyünə zərbə vurmağa çalışırlar, lakin onlar bilsinlər ki, bu, boş xülyadan başqa bir şey deyildir.
İran İslam Respublikasının xalqı, İmam Hüseyn (ə) məktəbindən nümunə alaraq böyümüş və həmçinin haqq yolunda qəhrəmanlıq və dözümlülük dərsini mövlası Hüseyn ibn Əlidən (ə) öyrənmişdir. Tarix bu günədək belə möhkəm iradəli bir xalq görməmişdir.
Şücaətli Buşəhr əhalisi, təkbaşına uzun və parlaq bir mübarizə tarixçəsinə malikdir. Portuqal və İngilis imperialistlərinə qarşı mübarizədən tutmuş 1980-ci illərdə neft gəmiləri müharibəsi günlərinə və həmçinin bu günkü Amerika və sionist təcavüz müharibəsinə qədər olan bütün bu hadisələri bunun açıq və inkarolunmaz bir nümunəsi kimi göstərmək olar.
Buşəhr vilayətinin əhalisi həmişə ön cəbhədə, dözümlü və mücahid olmuşdur. Düşmən bu millətin nəyinki məğlubiyyətini hətta yorulacağı günü belə görməyəcək.
Uca Allahdan rəşadətli İran xalqına və xüsusilə də Buşəhr vilayətinin vətənpərvər, vilayətsevər və şəhid sevər sakinlərinə eləcədə Ramazan ayında baş vermiş müharibədə şəhid olanların əziz ailələrinə daim bərəkət və səadət arzu edirəm. İnşallah İmam Zamanın (ə.f) himayəsi altında mübarizə və fədakarlığın bəhrəsi olan qələbə tezliklə əldə ediləcəkdir.
Amerika və sionist cinayətlərində yaralanmış bütün yaralılara isə uca Allahdan şəfa diləyirəm.
Allahın salam və rəhməti üzərinizə olsun
Seyid Haşim Həsəni Büşəhri
Ekspertlər Məclisinin Rəyasət Heyətinin Buşəhr viyayəti üzrə nümayəndəsi
Xəbərin sonu
Rəyiniz