şənbə 28 mart 2026 - 15:20
İran İslam Respublikasının şücaətli və cəsur xalqına  Ayətullah Əlirza Ərafinin mühüm bəyanatı

Hövzə / Ayətullah Əlirza Ərafi İran İslam Respublikasının şücaətli və cəsur xalqına və həmçinin İslam ümmətinə ünvanlanmış mühüm bir bəyanat yayımlayıb.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi İran İslam Respublikasının şücaətli və cəsur xalqına və İslam ümmətinə ünvanlanmış mühüm bir bəyanat yayımlamışdır.

Ölkə üzrə Elmi hövzələrin  rektorunun yayımladığı bəyanatın mətni aşağıdakı kimidir:
بسم الله قاصم الجبارین

وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ ۚ فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ

Zalımları məhv edən Allahın adı ilə 

“Fitnə (şirk) yox olana və din tamamilə Allaha məxsus olanadək onlarla vuruşun! Əgər fitnəyə son qoysalar, bilsinlər ki, Allah onların nə etdiklərini görür.”

İranın şücaətli və cəsur xalqı, böyük İslam ümməti və həmçinin dünya üzrə müqavimət cəbhələri bilirlər ki, son iki ilin müharibəsi və Ramazan ayında baş vermiş müharibə ABŞ və sionistlər tərəfindən aparılan yeni səlib yürüşləri və mürəkkəb şeytancasına bir plan olub, İranın və İslam ümmətinin varlığını və mövcudluğunu hədəfə almış, İranın müstəqilliyini, əzəmətini və qüdrətini tapdalamaq, eləcədə Fələstini və İslam ümmətini özünə tabe etdirmək, azadlığ və müqaviməti boğmaq və bir sözlə, bütün regionu və İslam dünyasını köləlik və gerilik vəziyyətinə salmaq məqsədi güdür.

Bu böyük qarşıdurmada İslam İnqilabının diskursu, Ayətullah İmam Xomeyni (r), şəhid Ayətullah Seyid Əli Xamenei (r), fədakar şəhidlər və həmçinin cəsur və möhkəm İran xalqı, qüdrətli İslam dövləti, əziz silahlı qüvvələr eləcədə, İranın güclü rəhbərliyi, regionun azad xalqları və müqavimət cəbhəsi ilə birlikdə, dünyanı istismar edən, qatil və  təkəbbürlü qüvvələrin çirkin planlarını və mürəkkəb layihələrini alt-üst etmiş, qlobal tənlikləri dəyişdirmişdir. Ramazan ayında baş vermiş müharibə müqavimət, dözüm və bənzərsiz mübarizə zəncirinin tarixi dönüş nöqtəsi və parlaq incisi hesab olunur. Bu hadisə dünyanı heyrətə gətirmişdir. Biz hamımız bu ilahi müdafiə və tarixi mübarizədə ağır vəzifələr daşıyırıq.

Bizim hazırda milli və mənəvi  və həmçinin şərait qarşısında olan vəzifəmiz səbr, dözümlülük və ilahi əhdə sadiq qalmaq, qeybi yardımlara inanmaq, bütün imkan və qüvvələri müdafiənin davamına dəstək vermək, qüdrətli silahlı qüvvələri, İslam dövlətini, möhtərəm rəhbərliyi və müqavimət cəbhəsini dəstəkləmək istiqamətində səfərbər etməkdir. Qum və Nəcəf şəhərlərində olan böyük  mərcəyi-təqlidilər, həmçinin digər bölgələrdəki alim və elmi hövzələr, eləcədə elmi və dini qurumlar yol göstərmiş, vəzifəni müəyyən etmiş və möhkəm dayanmışlar. Əziz silahlı qüvvələrə və şərəfli xalqa təşəkkür və minnətdarlıq bildirərək aşağıdakı məsələləri xatırladıram:

Birinci: İslam ideallarının, İranın əzəmətinin və müqavimətin şöhrətinin müdafiəsi naminə cəsarətli, ağıllı, fədakar və şüurlu mübarizə və müdafiənin davam etdirilməsi bütün məsul şəxslərin, qurumların və İran və müqavimət cəbhəsində olan ayıq və fədakar silahlı qüvvələrin üzərinə düşən vəzifədir və bir an belə olsun bundan qafil qalmaq olmaz.

İkinci: Əziz xalq və gənclərin meydanlarda və küçələrdə iştirakının davam etdirilməsi, fədakar döyüşçülərə, eləcədə məsul şəxslərə, dövlətin sütunlarına və rəhbərliyə bütün İran ərazisində dəstək verilməsi, həmçinin region xalqlarının və dünya azadlıqsevərlərinin İslam, müqavimət və Fələstinlə həmrəyliyinin gücləndirilməsi mühüm strategiyadır və hər kəs buna ciddi yanaşmalıdır.

Üçüncü: Xalqın, dövlətin və həmçinin bütün qurumların, region xalqlarının və müqavimət cəbhəsinin qarşıda duran bütün seçimlər və cihad üçün tam hazırlıqlı olmaq, eləcə də bunun üçün bütün imkan və şəraitin təmin edilməsi zəruridir.

Dördüncü: Region və İslam dünyasında müsəlman xalqların, alimlərin və elmi-dini qurumların oyanışı, haqq cəbhəsi ilə həmrəyliyi, İslam ümmətinin müdafiəsi və həmçinin Fələstin idealının dəstəklənməsi, İslam dünyasının ABŞ və İsrailin hökmranlığından azad edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi vacibdir.

Beşinci: Ölkə daxilində və dünya üzrə elmi hövzələr möhkəm qalalar və dayanıqlı qərargahlar kimi tarixi rollarını yerinə yetirməli, böyük İran xalqı, əziz gənclər, şərəfli bəsicilər, eləcədə hərbi və hüquq-mühafizə qüvvələri və möhtərəm məsul şəxslərlə birlikdə fəal olmalı, təbliğat, maarifləndirmə və cihad yönümlü vəzifə və missiyalarını ciddi və səmimi şəkildə davam etdirməlidirlər. Çünki bu tarixi mərhələdə bütün xalq və qurumlar, xüsusilə hövzə, universitet, elita, ziyalılar və həmçinin media nümayəndələri əlavə və xüsusi vəzifələr daşıyırlar və hövzə ilə ruhaniyyət bu mübarizə və fədakarlıq, xidmət sahəsində öncül və nümunə olmalı, müəyyən edilmiş yolu davam etdirməli və inkişaf etdirməlidir.

وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

“Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.”

Əlirza Ərafi
Ölkə üzrə Elmi hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha