bazar 29 mart 2026 - 23:32
Ayətullah Seyid Müctəba Xamenei İraq xalqına minnətdarlığını bildirib

Hövzə | Ayətullah Seyid Müctəba Xamenei İraq xalqına İranın qarşılaşdığı təcavüzə qarşı açıq mövqe sərgilədikləri və İran İslam Respublikasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei İraq xalqına, İranın üzləşdiyi təcavüz ilə bağlı açıq mövqe göstərdikləri, o cümlədən İran İslam Respublikasına dəstək verdikləri və İslam dünyasında haqqın müdafiəsində prinsipial mövqe tutduqları üçün səmimi təşəkkürünü bildirib. O, həmçinin vurğulayıb ki, bu cür dəstək həm İran xalqı üçün, həm də bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Son günlərdə Ayətullah üzma Seyid Əli Sistani yayımladığı çağırışda müsəlmanları İran və Livan xalqına yardım etməyə dəvət edərək, insan hüquqlarının müdafiəsi və həmrəyliyin əhəmiyyətini xüsusi vurğulayıb. O, çağırışında regionda birlik və əməkdaşlığın vacibliyinə toxunaraq, mövcud çətinliklərə baxmayaraq, yardımların davam etdirilməsinin bütün müsəlman icmaları üçün mənəvi və praktiki faydalarını önə çəkib.

Qeyd edək ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ayətullah Seyid Müctəba Xameneinin mesajı İraq parlamentinin sədri, Şeyx Həmam Hamudi tərəfindən İran İslam Respublikasının İraqdakı səfiri  Məhəmməd Kazim Əl-Sadiqə çatdırılıb.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha