bazar ertəsi 30 mart 2026 - 16:06
Ayətullah Seyid Müctəba Xamenei Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin şəhadəti münasibətilə başsağlığı verib

Hövzə | İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin şəhadəti münasibətilə başsağlığı verib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali  Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin şəhadəti münasibətilə başsağlığı verib.

Başsağlı mesajının mətni aşağıdakı kimidir:
بسم الله الرّحمن الرّحیم

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

Bağışlayan və mehriban Allahın adı ilə 

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir. (Ali İmran surəsi, 169-cu ayə)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri uzun illər davam edən mücahidədən sonra şəhadət məqamına yüksəlmişdir.

Təngistan rayonunun igid övladı, İranın qəhrəman əsgəri və İslamın dəyərli keşikçisinin Ramazan ayında Amerika və İsrail tərəfindən həyata keçirilmiş təxribat xarakterli hücumlar nəticəsində şəhadətə ucalması, qəhrəmanlar yetişdirən Buşəhr vilayətinin əhalisi, cənub bölgəsinin gəncləri, həmçinin İran İslam Respublikasının silahlı qüvvələri və daim ölkənin müstəqilliyini, xüsusilə də Fars körfəzindəki dəniz sərhədlərini qoruyan İran xalqı üçün böyük bir iftixar mənbəyi hesab olunur. İnşallah, bu hadisə İranın dəniz qüvvələri və müqavimət yolunun əvvəlkindən daha güclü və daha möhkəm şəkildə davam etdirilməsinə vəsilə olacaqdır.

Mən bir daha igid komandanın şəhadəti münasibətilə onun möhtərəm ailəsinə, silahdaşlarına, eləcə də Hərbi Dəniz Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarına dərin hüzn və kədər hissi ilə başsağlığı verir, eyni zamanda uca Allah dərgahından həmin şəhid üçün ali məqam və uca məqamlar diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

30 mart 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha