bazar ertəsi 30 mart 2026 - 19:19
BMT dörd bəhreynli yeniyetmənin həbs və işgəncə olunmasını qınayıb

Hövzə I BMT özbaşına həbslərlə bağlı altı aydan üç il iki aya qədər həbs cəzasına məhkum edilmiş dörd bəhreynli yeniyetmənin həbsinə dair öz mövqeyini açıqlayıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, BMT-nin özbaşına həbslərlə bağlı işçi qrupu, 14 noyabr 2025-ci il tarixində (23 aban 1404 şəmsi) “104-cü” iclas zamanı qəbul etdiyi mövqeyini, altı aydan üç il iki aya qədər həbs cəzasına məhkum edilmiş dörd bəhreynli yeniyetmənin həbsinə dair açıqlayıb.

BMT öz hesabatında bildirib ki, bəhreynli uşaqlar “Abbas Müslüm”, “Əli Hüseyn Mətruq”, “Əbdüləziz Əl-Həmadi” və “Əqil Müslüm” yalnız hüquq və azadlıqlarından qanuni şəkildə istifadə etdiklərinə görə özbaşına həbs olunmuş və ciddi insan haqları pozuntularına məruz qalmışlar. Bu qanun pozuntularına, təcrid olunmaq, işgəncə, zorla etirafların alınması, ədalətsiz məhkəmələr, təhsildən məhrum edilmək, ailə üzvləri ilə görüşə icazə verilməməsi və tibbi xidmətin təmin olunmaması daxildir.

BMT işçi qrupu Bəhreyn rəsmilərinə çağırış edərək bildirib ki, hal-hazırda həbsdə olan bu yeniyetmələri dərhal azad etsinlər, eləcə də onlara kompensasiya ödənişini təmin etsinlər və  həmçinin həmin özbaşına həbs məsələsini tam, müstəqil şəkildə araşdırıb məsul şəxslərə qarşı tədbirlər görsünlər. Qrup həmçinin vurğulayıb ki, BMT nümayəndələri konstruktiv əməkdaşlıq etmək və özbaşına azadlıqdan məhrum etmə halları ilə bağlı texniki dəstək təmin etmək üçün Bəhreynə səfər etməyə hazırdır olduqlarını bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının işçi qrupu Bəhreyn üzrə daha geniş yayılmış bir nümunənin mövcudluğuna dair narahatlıq ifadə edib. Bu nümunə yeniyetmələrin çoxsaylı cinayət işləri vasitəsilə təqib edilməsini, adətən işgəncələr altında alınan etiraflara əsaslanmasını, təcrid olunma və vəkilin müdafiəsindən məhrum edilməyi əhatə edir. Həmçinin BMT-nin insan hüquqları ekspertlərinin, o cümlədən yeniyetmələrin qanuni hüquq və azadlıqlarından istifadə etdiklərinə görə hüquq müdafiəçilərinə qarşı təzyiqlərdən narahatlığı qeyd olunub.

İşçi qrup açıqlayaraq bildirib ki, öz arqumentlərində digər BMT qurumlarının, o cümlədən İnsan Hüquqları Komitəsi və Uşaq Hüquqları Komitəsi tərəfindən irəli sürülmüş narahatlıqlara istinad edib. Bu qurumlar Bəhreyndə fərdlərin siyasi baxışlarına görə özbaşına həbslərin geniş və təkrarlanan praktikalarının mövcudluğunu göstərmiş və İşçi Qrupun nəticələri ilə uyğunluq təşkil edir.

Qeyd olunmalıdır ki, bu dörd bəhreynli yeniyetmə həbs olunduqları zaman hələ məktəb şagirdləri idilər və yaşı 15–17 arası olub. Onlar 2024-cü ilin avqustundan 2025-ci ilin yanvarınadək (1403-cü ilin mordad ayından 1405-ci ilin bəhman ayına qədər) heç bir həbs qərarı və ya məhkəmə icazəsi olmadan həbs olunmuşdular. Onların hədəfə alınması, 2024-cü ildə Fələstinə dəstək məqsədilə sülh aksiyalarında iştirak etmələri və ifadə azadlığı, sülhməramlı toplantılar və assosiasiya hüquqlarından qanuni istifadə etmələri ilə bağlı olmuşdur. Bu isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı, Uşaq Hüquqları Konvensiyası və BMT-nin həbsxanalarla bağlı minimal standart qaydalarının açıq şəkildə pozulması deməkdir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha