Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən, Ali Məqamlı Rəhbərin müşavir və köməkçisi Məhəmməd Müxbir Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin şəhadəti münasibətilə başsağlığı verərək vurğulayıb ki, bu gün düşmənin Hörmüz boğazının açılmasını arzulaması və mövcud vəziyyəti normallaşdırmaq üçün çıxılmaz vəziyyətdə qalması, məhz həmin komandirin əzmkarlığının, eləcə də İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin igid dənizçilərinin müdrik və peşəkar idarəçiliyinin nəticəsidir.
Məhəmməd Müxbirinin kontr-admiral Əlirza Təngsirinin şəhadəti ilə bağlı verdiyi başsağlığı aşağıdakı kimidir: İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı şəhid kontr-admiral Əlirza Təngsirinin şəhadətini dərin hüznlə qarşılayır, başda İslam İnqilabının Ali Məqamlı Rəhbəri olmaqla, möhtərəm şəhidin ailəsinə, igid Hərbi Dəniz Qüvvələrinin döyüşçülərinə və bütün İran İslam Respublikasının xalqına başsağlığı verirəm.
Kontr-admiral Əlirza Təngsirinin gecə-gündüz göstərdiyi yorulmaz səylər, onun Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi illər ərzində Hörmüz boğazı, İran adaları və Fars körfəzi akvatoriyasında davamlı təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr vermişdir. Bu böyük şəxsiyyətin son müdafiə əməliyyatları zamanı nümayiş etdirdiyi effektiv rəhbərlik və bölgədə ABŞ qüvvələrinə qarşı endirilmiş uğurlu zərbələr onun xidmət yolunun parlaq və nümunəvi zəhmətlərindən biridir.
Bu gün düşmənin Hörmüz boğazının açılmasını arzulaması və vəziyyətin normallaşması üçün aciz qalması, həmin böyük şəxsiyyətin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin igid komandirlərinin yüksək səviyyəli idarəçiliyinin bariz nəticəsidir.
Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, uca Allahdan kontr-admiral Əlirza Təngsiri üçün rəhmət, ailəsi və yaxınları üçün səbir və dözüm diləyir, həmçinin Silahlı Qüvvələrə, xüsusilə də Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinə gələcək xidmətlərində uğurlar arzulayıram.
Xəbərin sonu
Rəyiniz