çərşənbə axşamı 31 mart 2026 - 16:19
Şəhid Təngsirinin pak qanı qüdrətli Hərbi Dəniz Qüvvələrinin artan gücü və davamlı inkişafının təminatçısı olacaqdır

Hövsə / İran İslam Respublikasının ölkə üzrə elmi hövzələrinin rektoru bildirib: Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Əlirza Təngsirinin şərəfli ömrü İran İslam Respublikasının müqəddəs torpaqlarının bütövlüyünün qorunması və mühafizəsi istiqamətində sərf olunmuşdur və onun ən çirkin məxluqlar tərəfindən axıdılmış pak qanı qüdrətli dəniz qüvvələrinin artan gücünün və davamlı inkişafının təminatçısı olacaqdır.

Hövsə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Əlirza Ərafi Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Əlirza Təngsirinin şəhadəti ilə əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:
بسم‌ الله الرحمن الرحیم
مِنَ المُؤمِنینَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللَّهَ عَلَیهِ ۖ فَمِنهُم مَن قَضیٰ نَحبَهُ وَمِنهُم مَن یَنتَظِرُ ۖ وَما بَدَّلوا تَبدیلًا

Bağışlayan və mehriban Allahın adı ilə 

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab surəsi 23-cü ayə)

İslamın igid polkovniki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin komandanının şəhadətini  başda Ali Məqamlı Rəhbər olmaqla, bütün rəşadətli İran xalqına, onun silahdaşlarına, döyüş yoldaşlarına və həmçinin ailəsinə dərin hüzün hissi ilə başsağlığı verirəm.

Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Əlirza Təngsirinin şərəfli ömrü ölkə sərhəddi, eləcə də İran İslam Respublikasının müqəddəs torpaqlarının bütövlüyünün qorunması və mühafizəsi istiqamətində sərf olunmuşdur və onun ən çirkin məxluqlar tərəfindən axıdılmış pak qanı qüdrətli dəniz qüvvələrinin artan gücünün və davamlı inkişafının təminatçısı olacaqdır.

Cinayətkar Amerika və İsrail bilməlidirlər ki, uzun illər boyu şəhadət arzusunda mübarizə aparmış komandirlərin ucalması ilə yanaşı haqq cəbhəsinin güclənməsinə səbəb olur və bu, da öz növbəsində ilahi bir sünnədir ki, “onda heç bir dəyişiklik tapa bilməzsən” (لن تجد لها تبدیلا"). İnşallah, Təngistan rayonunun igidlərinin nəslindən yüzlərlə Təngsiri kimi qəhrəman oğullar onun yolunu davam etdirəcəkdir.

Əlirza Ərafi

Ölkə üzrə Elmi hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha