çərşənbə 1 aprel 2026 - 13:56
Vətənin müdafiəsi vacibdir | Meydanda iştirak edən insanlar yer üzünün mələkləridir

Həzrət Ayətullah Cavadi Amuli meydanda iştirak edən insanları yer üzünün mələkləri adlandıraraq vurğulayıb: İslamın və vətənin hüdudlarını, həmçinin insanlıq prinsiplərini tanımayan və heç bir öhdəliyə sadiq olmayan düşmən qarşısında müdafiə zəruridir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, həzrət Ayətullah Cavadi Amuli 1 aprel (12 fərvərdin) Respublika Günü münasibətilə, həmçinin ölkənin mövcud ictimai-siyasi vəziyyəti, xalqın ölkəni müdafiə etmək məqsədilə meydanlara çıxmasıyla bağlı video müraciətlə çıxış edib.

Ayətullah Cavadi Amuli müraciətində İranın üzləşdiyi düşmən hücumlarına, uşaqların və günahsız insanların şəhid edilməsinə, habelə Qurani-Kərimin, dini mərkəzlərin və müqəddəs məkanların təhqir olunmasına toxunaraq bildirib ki, son günlərdə çoxsaylı ağrılı və kədərli hadisələr baş verir. Təəssüf ki, bu proses hələ də davam edir.

Video | Həzrət Ayətullah Cavadi Amulinin vətənin müdafiəsinin zəruriliyi ilə bağlı mühüm çıxışı

Həzrət Ayətullah Cavadi Amuli düşmənin cinayətkar mahiyyətini izah edərək bildirib ki, haqq və həqiqətdən uzaq olan bu düşmən nə İslamı tanıyır, nə də ağıl və dini qəbul edir. O, həm insanların canına və malına, eləcə də azyaşlı və günahsız məktəbli uşaqlara hücum etmiş, həm də Qurani-Kərimi, dini təhsil ocaqlarını və müqəddəs məkanları təhqir edərək onlara qarşı hücumlar həyata keçirmişdir. Uşaq qətli, Quranın yandırılması, müqəddəs ziyarətgahların və məscidlərin yandırılması kimi əməllərə əl atan bir qüvvənin heç bir şəkildə insanlıq və bəşəriyyətlə bağlılığı yoxdur və ola da bilməz.

Düşmən qarşısında müdafiə vacibdir

Ayətullah Cavadi Amuli düşmən qarşısında durmağın vacibliyini vurğulayaraq qeyd edib ki, əgər bir oğru kiminsə evinə hücum edərsə və ya yad bir şəxs insanın şəxsiyyət və hüdudlarına müdaxilə etməyə cəhd göstərərsə, hətta bir nəfərə qarşı belə hücum baş verərsə, bu halda onun qarşısını almaq vacibdir. Bu nurani hökmü həm Peyğəmbər (s), həm də məsum imamlar (ə) bəyan etmişlər. İslam Peyğəmbərinin (s) buyurduğu ifadələrdən birinə görə, insan həyatında fəqih olmaq istəyirsə, haqqı tanıyan və həqiqəti axtaran olmalıdır. Buyurmuşdur ki, haqq budur ki, siz müdafiə edəsiniz.

İslam dövləti beynəlxalq öhdəliklərə sadiqdir

Həzrət Ayətullah Cavadi Amuli çıxışının davamında İslam dövlətinin beynəlxalq öhdəliklərə sadiqliyini vurğulayaraq Tövbə surəsi, 7-ci ayəsinə istinad edərək bildirib:

فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ

Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın!

Bərəkətli İslam dövləti bütün hallarda sadiq qalmış, həm fərdi, həm də beynəlxalq öhdəliklərə tam hörmətlə yanaşmışdır. Qurani-Kərimdə buyurulur ki, əgər kafirlərlə əhd bağlasanız, onlar bu əhdi pozmadıqca siz də onu pozmayın. Bu, İslam dininin beynəlxalq prinsipidir.

Düşmən heç bir danışıqlara və öhdəliklərə sadiq deyil

O, bu mühüm məqama toxunaraq qeyd edib ki, biz sözümüzə və öhdəliklərimizə əməl etmiş və sadiq qalmışıq, lakin düşmən danışıqların gedişində belə bu prosesi pozmuşdur. Biz kafirlərin qarşısında bu ayəyə əməl etdik, amma o, nəinki bu ayəyə, hətta ən elementar insani prinsiplərə belə riayət etməmiş və öz üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, danışıqlar aparılan zaman müharibəyə başlamışdır. Biz belə bir təcavüzkar, azğın, üsyankar, tağut və həyasız düşmən ilə üz-üzəyik. Bu nə müsəlmandır, nə də kafir. Çünki küfr və İslam anlayışları insanlığa bağlıdır.

Vətən sevgisi insanlığın ən ali dəyəridir

O, vətən sevgisinin insanlığın ən ali dəyərlərindən biri olduğunu bildirərək qeyd edib ki, İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir: Əgər kimsə birinin evinə hücum etmək istəsə, deyilir ki, onu öldür, qanı mənim boynumadır «دمه علی».

«دمه علی عنقی»
 ifadəsi bir neçə yerdə Əli ibn Əbi Talibdən (ə) nəql olunmuşdur. Buyurulur ki, qeyrətli olun, əgər bir yad şəxs sizin torpağınıza hücum edərsə, onun qanı mənim boynumadır. Bu ifadə adi bir ifadə deyil. Bu düşmən bizim torpağımıza, suyumuza, həyatımıza və vətənimizə təcavüz edən bir qüvvədir və “vətən sevgisi” insanın ən ali fitri xüsusiyyətlərindən biridir.

Bütün şəhidlərin xatirəsinin anılması

Ayətullah üzma Cavadi Amuli əlavə edib ki, dua və ümumi vəzifələrdən başqa bir neçə mühüm məsələni diqqətə çatdırmaq lazımdır. Birinci məsələ ilk öncə şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm və həmçinin siyasi müharibə liderlərinə öz təşəkkür və minnətdarlığımı bildirirəm. Bizim Ali Məqamlı Rəhbərimiz Seyid Əli Xamenei mənfur düşmənlərin əliylə şəhid oldu. Eyni zamanda bir çox yüksək vəzifəli məmurlar da şəhid oldular. Onların hamısı Kərbəla şəhidləri ilə birgə məhşur olsunlar.

İran İslam Respublikasının Silahlı Qüvvələrinə xüsusi təşəkkür | Hörmüz boğazının qorunmasının zəruriliyi 

Ayətullah Cavadi Amuli bildirib ki, ikinci məsələ İran İslam Respublikasının Silahlı Qüvvələri, o cümlədən Quru Qoşunlar, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Sərhəd Qoşunları müdrik və uzaqgörən başçılarımız tərəfindən idarə edilir. Onlar döyüş və taktiki aviasiya, hava müdafiəsi sistemləri və pilotlaşdırılan hava vasitələri ilə hava xəttini, dənizi üzrə hərbi gəmilər ilə  Hörmüz boğazını qoruyur. Eyni zamanda, Dövlət Sərhəd Xidmətinə tabe olan sərhəd mühafizə və təhlükəsizlik qüvvələri ölkə boyu sərhədlərin müdafiəsini təmin edir. Bizim vəzifəmiz həm təşəkkür və dua etmək, həm də dəyər verməkdir. Mən Allahı bütün peyğəmbər və övliyaların haqqına and verirəm bu rəşadətli döyüşçülərimizi öz lütf, mərhəmət və qüdrəti ilə qorusun.

Xalq bu ölkəyə şərəf gətirdi

O, xalqın küçələrdə göstərdiyi igidlik və fədakarlığından danışaraq bildirib: Üçüncü məsələ, bu torpağın böyük və rəşadətli xalqına aiddir. Gecələr ardıcıl olaraq küçələrdə öz varlıqlarını nümayiş etdirirlər. Bəzən bu yürüşdə görürsən ki, bir ailə kiçikdən böyüyə qədər uşaqları ilə birlikdə iştirak edir. Onlar yer üzünün mələkləridir. Hər hansı bir dövrdə, hər hansı bir ölkədə siz belə yürüş edən insanlar görmüsünüz? Onları Qurani-Kərim, Kərbəla və Hüseyn ibn Əli (ə) tərbiyə etmişdir. Bu insanlar bu torpağa şərəf gətirdilər. Eləcə də Pəhləvi dövründə bərəkəti olmayan bu su və torpağa bərəkət, dövrə isə şərəf qazandırmışlar.

Gələcək nəsillər qorxmaz xalq ilə fəxr edəcək

Həzrət Ayətullah Cavadi Amuli bildirir ki, gələcək nəsillər fəxr edəcəklər ki, biz belə bir dövrdə yaşamışıq. O dövrdə bütün xalq bu şəraitdə meydanlarda iştirak edərək Silahlı Qüvvələrə dəstək verdi. Gələcək nəsillər deyəcəklər ki, bizim şərəfimiz odur ki, biz o dövrü yaşadıq. Təhlükənin olmasına baxmayaraq bir ailənin bütün üzvü meydanlarda iştirak etməsinə şahid olduq. Biz bütün bunlara hörmət göstərir, dəstəkləyir və hər biri üçün dua edirik. Allahdan istəyirəm ki, bu uşaq və körpələrə, eləcə də ata və analara dünya və axirətdə izzət versin.

Xidmət və yardım göstərən qüvvələrə təşəkkür

O, bütün xidmət göstərənlərə, Fövqəladə Hallar Nazirliyinə, Qızıl Aypara və tibbi heyətə təşəkkürünü bildirib: Bütün insanlar müxtəlif sahələrdə, o cümlədən bəzən evlərdə, bəzən isə küçələrdə xidmət göstərirlər. Onlar insanların ehtiyaclarını təmin edir, eyni zamanda onlara qida, dərman və digər yardımlar göstərirlər. Qızıl Aypara və oxşar qurumların bütün əməkdaşları, həkimlər, tibb işçiləri və tibb bacıları dayanmadan xidmət göstərirlər.

Ayətullah Cavadi Amuli əlavə edib ki, digər əzizlər istehsal və ticarət sahəsində çalışaraq heç bir çatışmazlığa yol vermir ki, insanlar ərzaq məhsullarında problemlə qarşılaşmasın.

Xalq və ölkənin şərəf bayrağı

Həzrət Ayətullah Cavadi Amuli vurğulayıb ki, siyasi məsuliyyət daşıyanlarımızın hər biri bayrağımızı yüksəklərə ucaldırlar. Bayraq hər bir vətəndaş üçün şərəfdir. Mübarizələrdə ilk bayrağı tutan və üzərində isə «Lə iləhə illallah» yazılan İbrahim peyğəmbər (ə) idi.

«Lə iləhə illallah» bayrağı bu gün sizin əlinizdədir

Ayətullah Cavadi Amuli əziz İran xalqına müraciət edərək deyib: Siz də İbrahim övladısınız, peyğəmbər övladısınız. Biz sizin qarşısınızda hörmət göstərir və minnətdarlığımızı ifadə edirik. Çünki siz əzəmətli xalqsınız. Mən hər dəfə gecə səhnələrinə baxanda həqiqətən sizinlə fəxr edirəm. «La iləhə illallah» bayrağı bu gün sizin əlinizdədir.

İslam dövlətinin qorunması üçün dua

Həzrət Ayətullah Cavadi Amuli sonda İslam dövlətinin qorunması, xalqın həm dünyada, həm də axirətdə izzəti, ucalığı, şərəfi və şöhrəti üçün dua etmiş və bir daha bildirmişdir ki, uca Allah bu dövləti İmam Zamanın (ə.f) zühuruna qədər qoruyacaq.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha