cümə axşamı 2 aprel 2026 - 13:36
İran İslam Respublikasının abadlaşdırılması və parlaq gələcəyinin qurulması istiqamətində olunan hər bir təşəbbüs layiqli və zəruri bir addımdır

Hövzə/ Amerika və sionist düşmənin öz vəhşiliyində heç bir insan, əxlaq və mənəvi sərhəd tanımadığı mövcud şəraitdə və hətta əziz vətənimizin təbii və ekoloji sərvətlərini belə hücum və zərərə məruz qoyduğu bir zamanda, İran İslam Respublikasında abadlığın genişləndirilməsi və parlaq gələcəyin qurulması istiqamətində atılan hər bir addım layiqli və zəruri bir addımdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneinin İran İslam Respublikası günü və təbiət günü münasibətilə yayımladığı müraciətin mətni aşağıdakı kimidir:
بسم‌الله الرحمن الرحیم

هُوَ اَنشَأَکُم مِنَ الارضِ وَاستَعمَرَکُم فیها
O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.

Qəhrəman İran xalqı bu il Novruz bayramını qəhrəmanlıq və qeyrətlə qarışdırmışdır. Xalq 1 aprel (12 fərvərdin ) İran İslam Respublikası gününü qeyd etdikdən sonra isə "Təbiət gününü" olan 2 aprel (13 fərvərdin) tarixini böyük ruh yüksəkliyi ilə qarşılayır.

Amerika və sionist düşmənin öz vəhşiliyində heç bir insan, əxlaq və mənəvi sərhəd tanımadığı mövcud şəraitdə və hətta əziz vətənimizin təbii və ekoloji sərvətlərini belə hücum və zərərə məruz qoyduğu bir zamanda, İran İslam Respublikasında abadlığın genişləndirilməsi və parlaq gələcəyin qurulması istiqamətində atılan hər bir addım layiqli və zəruri bir addım hesab olunur.

Bunlardan biri odur ki, bütün şəhər və kəndlərdə əhali bir-birinə kömək edərək, müvafiq qurumların əməkdaşlığı və koordinasiyası ilə təbiət günündən başlayaraq, xüsusilə aprel ayında meyvə ağaclarının əkilməsi və onlara sonrakı qulluq tədbirlərinin görülməsi istiqamətində fəaliyyət göstərsin.

Şeytansifət uşaqqatili olan Amerika və sionist rejim Minab şəhərinin “Şəcərə Tayyibə” adlı tam orta məktəbinin körpə fidanlarını vəhşicəsinə şəhadətə yetirdilər. Lakin İran xalqı bütün şəhidlərin, xüsusilə də 2026-cı il Ramazan ayında baş vermiş təcavüzkar müharibənin şəhidlərinin niyyəti ilə öz ölkəsinin torpaqlarında “ümid fidanını” əkir. İnşallah, bu fidanların hər biri gələcək illərdə pak və mübarək bir “Şəcərə Tayyibə”yə və bol-bərəkətli bir ağaca çevrilsin.

Seyid Müctəba Hüseyni Xamenei
1 aprel 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha