cümə axşamı 2 aprel 2026 - 15:23
Sizin yüksək ruh və mənəviyyatınız, fitrətinizin təmizliyinin və böyük imanınızın əyani sübutudur

Hövzə / Ayətullah Möhsün Fəqihi İraqın böyük xalqına ünvanladığı müraciətdə, xalqın və mərcəyi-təqlidlərin Ramazan ayında baş vermiş müharibə zamanı İran xalqına göstərdiyi maddi və mənəvi dəstəyi yüksək qiymətləndirib: Bu yüksək ruh və səxavətiniz, rəşadətli İraq xalqının pak fitnənin və imanının əyani sübutudur.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Ayətullah Şeyx Möhsün Fəqihi rəşadətli İraq xalqına ünvanladığı müraciətdə onların, xüsusilə də İraqın ali dini mərcəyi-təqlidlərinin son ABŞ və sionist rejimin İran xalqına qarşı törətdiyi müharibə zamanı  göstərdiyi maddi və mənəvi dəstəyi yüksək qiymətləndirərək təşəkkürünü bildirib. O, İran və İraq xalqlarını iki qardaş və dərin tarixi köklərə malik xalq kimi səciyyələndirib. Bu müraciət İranın İraqdakı hörmətli səfirinə təqdim olunub.

Müraciətin tərcüməsi aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Ey İraqın rəşadətli xalqı, ey əsil-nəcabətli millət, ey ürəklərində şücaətin, diyarlarında əzəmətin məskən saldığı insanlar!

Allahın salam, rəhmət və bərəkətləri sizin üzərinizə olsun.

Ey sədaqət sahibləri! Bu sətirləri sizə ünvanlayarkən ən səmimi salamlarımı, ehtiramımı və minnətdarlığımı ifadə edir, əsrlər  boyu davam edən köklü bağlarla yoğrulmuş qardaşlıq duyğuları ilə dolu sözlərimi sizə çatdırıram.

Ortaq tariximiz şahiddir ki, biz həmişə iki qardaş xalq olmuşuq, bu bugünə kimi belə davam edib və Allahın izni ilə belə də davam edəcəkdir. Biz məqsəd və idealları eyni istiqamətdə olan və qəlbləri bir ahəngdə döyünən iki xalqıq.

Mən dərin minnətdarlıq hissi ilə İraq xalqı tərəfindən, xüsusilə də bu dövrdə göstərilən şərəfli mövqelər və səxavətli dəstəy, eləcə də hər zaman təqvalı ümmətin hidayət və inkişaf öncülləri olmuş və olan böyük alim və mərcəyi-təqlid nümayəndələrinin xidmətlərini, xüsusilə də həzrət Ayətullahül üzma Seyid Əli Sistani (Allah onu qorusun) cənablarını yüksək dəyərləndiririk.

 İraqın rəşadətli xalqının əsirgəmədiyi bu ali mənəviyyat və səxavət ruhu, fitrətinizin paklığının sübutu və yüksək mənəvi ucalığınızın, dərin imanınızın təzahürüdür.

Ey rəşadətli və qəhrəman, ey tarixə şücaət və qeyrətləri ilə imza atan İraq xalqı. Siz zamanında çətinliklər qarşısında möhkəmliyi sübut edilmiş xalqsınız. Sizin şücaət, fədakarlığ və dinə xidmətiniz gələcək nəsillər üçün nağıl ediləcək dastanlar olacaq və əzəmətli tarixi qeydlərdə əbədi iz qoyacaq qəhrəmanlıqlardır.

Uca və qüdrətli Allahdan diləyirəm ki, əziz İran və İraqın dövlət bayraqlarını daim ucaldaraq dalğalandırsın, onlara qələbə və uğur nəsib etsin, bu iki ölkənin xalqları arasında dostluq və əməkdaşlıq bağlarını həmişə möhkəm saxlasın.

Ey xeyirxah və iman sahibi olan insanlar! Müqəddəs ziyarətgahların yaxınlığında yaşayan siz möminlərdən istəyirik ki, uca Allaha dua edəsiniz və bizim mövlamız, zamanın sahibi həzrət Məhdinin (ə.f) zühurunun tezləşməsini diləyəsiniz. Allahdan arzu edirik ki, bizlərə İmam Zamanın (ə.f) vasitəsilə İslam və ədalət üçün gözəl bir qələbə nəsib edərək dünyanı zülm və azğınlıqdan təmizlənsin və ədalətli şəkildə sülh bütün dünyaya yayılsın.

Həqiqətən, vahid ümmət elə bir ümmətdir ki, qəlbləri bir qəlb kimidir və duaları yalnız uca Allaha yönəlmişdir.

Möhsün Fəqihi
Müqəddəs Qum şəhəri 
2 aprel 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha