cümə 3 aprel 2026 - 18:11
Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir

Hövzə/ Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Yəqub Zəkzaki Abucada öz tələbələrindən ibarət bir qrupla görüşü zamanı vurğulayıb ki, İran İslam Respublikası regionda “Böyük İsrail”in yaradılmasına dair sionist planın həyata keçirilməsinin qarşısını alan yeganə maneə olmuşdur.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Şeyx Zəkzaki Nigeriyada mədəni və siyasi fəallardan ibarət bir qrupla görüşü zamanı İsrail və ABŞ-ın İran İslam Respublikasına hücumunu qınayaraq, İslam dünyasının İranı tam şəkildə dəstəkləməsinə çağırış edib.

İrana qarşı olan son hücumlar

O, ABŞ və sionist rejimin İrana qarşı hücumlarını izah edərkən deyib: «Rəcəb ayından etibarən düşmənlər İranın ətrafında silah yığmaqla zəmin hazırlamışdılar. İlk hücumlar şəhid Ayətullah Seyid Əli Xameneinin yaşadığı evə və Minab şəhərinin tam orta məktəbinə edildi. Bu hücumlar nəticəsində onlarla şagird və günahsız vətəndaş şəhid oldu.

O, bu hücumların bəzilərinin BƏƏ və Bəhreyn, eləcə də bəzi İslam ölkələrinin ərazisindən həyata keçirildiyini qeyd edərək əlavə edib: İslam İnqilabının Ali Məqamlı Rəhbərinin evinə hücum BƏƏ-dən, orta məktəb şagirdlərinə hücum isə Bəhreyndən həyata keçirilib. Halbuki bu ölkələrlə İran arasında onların ərazisinin İrana qarşı hücum üçün istifadə olunmamasına dair razılaşma mövcuddur.

İran iqtisadiyyatının hədəfə alınması

Nigeriya İslam Hərəkatının lideri düşmənlərin daha sonra İranın iqtisadi infrastrukturunu hədəfə aldıqlarını bildirərək qeyd edib: Bu müharibədə Polad və sement sənayesindən elektrik stansiyalarına qədər müxtəlif obyektlər hədəfə alındı ki, İran iqtisadiyyatı zəiflədilsin. İran da öz növbəsində ərəb ölkələrində düşmənə bağlı mərkəzlərə qarşı cavab tədbirləri gördü.

O vurğulayaraq bildirib: İran heç vaxt mülki əhalini hədəfə almamış və cavab tədbirləri yalnız ABŞ-ın hərbi mərkəzlərinə qarşı yönəlmişdir. Çünki ABŞ bu ölkələrin ərazisindən hücum üçün istifadə etmişdi.

Müharibənin əsas motivi

Şeyx Zəkzakinin sözlərinə görə, sionistlər 40 ildən artıq müddətdə ABŞ-da İrana qarşı müharibəyə başlayacaq bir prezidentin hakimiyyətə gəlməsini gözləmişlər: Tramp İsrailin təhriki ilə bu addımı atdı. Onlar hesab edirdilər ki, ABŞ-ın hücumu İranı məhv edəcək. Buna görə də bu düşmənçiliyin əsas səbəbi İranın böyük İsrail planının formalaşmasının qarşısını almaqda oynadığı roldur.

Ərəb ölkələrində ABŞ bazaları

O, Fars körfəzində ABŞ-ın hərbi mövcudluğuna toxunaraq deyib: Amerika bazaları ərəb ölkələrinin qorunması üçün yaradılmamışdır. Əksinə, onlar böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir.

Fələstinə dəstəkdə İranın rolu

Şeyx Zəkzaki İranın İslam məsuliyyəti əsasında Fələstini dəstəklədiyini vurğulayaraq deyib: İran heç vaxt məzhəb ayrıseçkiliyi aparmamış və fələstinliləri məzlum müsəlmanlar kimi dəstəkləmişdir.

O xatırlatırladaraq bildirib ki, bu dəstəklər İraq, Livan, Yəmən və digər bölgələrdə müqavimət qruplarının formalaşmasına səbəb olmuşdur.

Müqavimət cəbhəsinin qələbəsi üçün dua etməyə dəvət 

Sonda Şeyx Zəkzaki müsəlmanları İran İslam Respublikasının və müqavimət qruplarının qələbəsi üçün dua etməyə çağırmış, Yasin və Fatihə surələri ilə yanaşı Səhifeyi-Səccadiyyə dualarının oxunmasının vacibliyini vurğulayıb.

Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir

Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir

Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir

Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir

Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları böyük İsrail layihəsinin qorunması planının bir hissəsidir

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha