bazar 5 aprel 2026 - 15:51
İraqın ۱۲ vilayətində ABŞ və İsrail təcavüzünə qarşı etiraz aksiyaları keçirilib + şəkillər

Hövzə / Sədr cərəyanı ABŞ və İsrailin bir sıra İslam ölkələrinə etdiyi təcavüzə qarşı etiraz aksiyaları keçirib

Hövzə Xəbər Agentliyi”nin tərcümə qrupunun verdiyi məlumata görə, Sədr Cərəyanının yürüşləri bu gün günorta saatlarında İraqın 12 vilayətində “Amerika–İsrail təcavüzünü” və bir sıra İslam ölkələrinə qarşı hücumları pisləmək məqsədilə keçirilib.

Yürüş iştirakçıları əvvəlcədən müəyyən edilmiş məkanlarda toplaşıblar. Sözü geden yürüş Bağdad (Təhrir meydanı), Bəsrə (Tərbiye Körpüsü), Misan (Dəclə küçəsi), Ziqar (Həbubi meydanı), Vasit (Şura meydanı), Müsənna (Bayram meydanı), Divniye (Əl-Fəlahe meydanı), Babil (Ərbəin küçəsi), Kərbəla (Tərbiye meydanı), Kərkuk (Qədim Hakimiyyət meydanı), Ninevə (Bərtələ Erbil) kimi məkanlarda baş tutub.

Sədr Cərəyanının Kərkükdəki yürüşdəki nümayəndəsi Həlim əl-Fətlavı bildirib ki, Sədr Cərəyanının lideri, Seyid Müqtəda Sədr tərəfindən irəli sürülən çağırış İraq xalqının bütün təbəqələrini əhatə edir və hər vilayətdə sülhsevər yürüşlərdə Fələstin, Livan, İran və Yəmənə, eləcə də İraqa qarşı hücumları qınamaq məqsədilə iştirak etməyə dəvət edir.

Çıxış zamanı, yürüş iştirakçılarından biri olan Əli Cəfər bildirib ki, bu yürüş dünya üçün açıq bir yanatdır ki, İraq xalqı bütün ölkələrə və xalqlara qarşı təcavüzün hər növünü rədd edir. O əlavə edərək bildirib ki, Kərkükdə bütün təbəqələrdən olan insanların geniş iştirakı İraqın birliyini nümayiş etdirir.

Şiə Milli Hərəkatının lideri, Seyid Müqtəda Sədr, keçən bazar ertəsi İraqlılara müraciət edərək “Amerika və İsrail təcavüzünü” qınamaq məqsədilə, müqəddəs Nəcəf şəhəri istisna olmaqla qalan bütün vilayətlərdə şənbə baş tutan günü yürüşlərdə iştirak etmələrini xahiş edib.

İraqın ۱۲ vilayətində ABŞ və İsrail təcavüzünə qarşı etiraz aksiyaları keçirilib + şəkillər

İraqın ۱۲ vilayətində ABŞ və İsrail təcavüzünə qarşı etiraz aksiyaları keçirilib + şəkillər

İraqın ۱۲ vilayətində ABŞ və İsrail təcavüzünə qarşı etiraz aksiyaları keçirilib + şəkillər

İraqın ۱۲ vilayətində ABŞ və İsrail təcavüzünə qarşı etiraz aksiyaları keçirilib + şəkillər

İraqın ۱۲ vilayətində ABŞ və İsrail təcavüzünə qarşı etiraz aksiyaları keçirilib + şəkillər

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha