bazar 5 aprel 2026 - 15:51
ABŞ-ın gücünün zəifləməsi aşkar, İslam dünyasının birliyi isə qələbənin açarıdır

Hövzə / Mehrab əl-Əzhər İnstitutunun rəhbəri, Salamə Əbdülqəvi, Qadimun Dünya Assambleyasının virtual iclasında çıxış edərək, Amerika Birləşmiş Ştatlarının qlobal miqyasda gücünün zəifləməsi əlamətlərinin artıq aşkar şəkildə müşahidə olunduğunu qeyd eedi: Belə şəraitdə İslam dünyasının birliyi ümumi çağırışlar qarşısında qələbənin yeganə yoludur.

Hövzə Xəbər Agentliyi”nin beynəlxalq bürosunun verdiyi məlumata görə, şənbə günü, 4 aprel tarixində Qadimun Dünya Assambleyası tərəfindən təşkil olunmuş “İranla müharibənin gələcəyi və ABŞ-ın strateji məğlubiyyət ssenariləri” adlı virtual iclasın keçirildiyi zaman Salamə Əbdülqəvi, Mehrab əl-Əzhər İnstitutunun rəhbəri, çıxış edərək İslam dünyasında gedən hazırkı prosesləri və gələcək perspektivləri təhlil edib.

O, çıxışının əvvəlində Amerika Birləşmiş Ştatlarının İslam ölkələrində geniş rol və təsirinə işarə edərək, bu təsiri hərbi, siyasi, media və iqtisadi hegemonluğun nəticəsi kimi qiymətləndirərək iddia edib ki, bu proses son onilliklər ərzində regionun bir çox ölkələrində qeyri-sabitlik və böhranlara səbəb olmuşdur.

Salamə Əbdülqəvi İraq, Əfqanıstan, Liviya, Yəmən və Sudan kimi ölkələrdə baş verən hadisələrə toxunaraq, bu dəyişiklikləri müdaxiləçi siyasətlər çərçivəsində dəyərləndirərək əlavə edib ki, hazırda bütün təzyiqlər İran İslam Respublikasına yönəlmişdir.

ABŞ-ın gücünün zəifləməsinə işarə 

Mehrab əl-Əzhər İnstitutunun rəhbəri çıxışının mühüm hissəsində qətiyyətli tonla bəyan edərək bildirib ki, onun fikrincə, Amerika Birləşmiş Ştatlarının qlobal miqyasda gücünün zəifləməsinin əlamətləri artıq aydın şəkildə müşahidə olunur. O, geosiyasi dəyişikliklərə və regionda müqavimətin artmasına işarə edərək, bu prosesi beynəlxalq münasibətlərdə “yeni mərhələnin başlanğıcı” kimi xarakterizə edib.

O qeyd edib ki, İslam dünyası, eləcə də ümumilikdə beynəlxalq sistem güc balansını dəyişə biləcək transformasiyalar ərəfəsindədir.

Gələcək dəyişikliklərdə İslam ölkələrinin rolu

Salamə Əbdülqəvi bəzi ölkələrin rolunu xüsusi vurğulayaraq, o cümlədən İran, Livan və Yəməni qeyd edərək son hadisələrin müəyyən növ çəkindirici gücün formalaşdığını, eləcə də güc balansında dəyişiklik baş verdiyini göstərdiyini bildirib.

O, həmçinin bu ölkələrdə müşahidə olunan “dayanıqlıq və müqavimət” adlandırdığı amili gələcək proseslərdə həlledici faktor kimi dəyərləndirmişdir.

İslam dünyasının birliyinə çağırış

Bu çıxışın əsas istiqamətlərindən biri müsəlmanlar arasında birliyə çağırış olmuşdur. Mehrab əl-Əzhər İnstitutunun rəhbəri dini və mədəni ortaq cəhətləri vurğulayaraq, dünya üzrə müsəlmanları məzhəb və etnik ixtilafları kənara qoymağa və ortaq çağırışlar qarşısında vahid mövqe sərgiləməyə dəvət etmişdir.

O bildirib ki, İslam dünyasında təhlükəsizlik, sabitlik və tərəqqinin təmin olunması İslam ölkələri arasında yaxınlaşma və əməkdaşlıqdan asılıdır.

İslam müqəddəs məkanlarının əhəmiyyətinə dair qeyd

Çıxışın digər hissəsində Salamə Əbdülqəvi İslam müqəddəs məkanlarının məsələsinə, xüsusilə Məscidül-Əqsaya toxunaraq, onu İslam dünyasında birləşdirici amillərdən biri kimi qiymətləndirib. O vurğulayıb ki, bu məkanların qorunması həmrəylik və birgə fəaliyyət tələb edir.

Yekun və gələcəyə baxış

Sonda o, “mövcud həssas mərhələ”yə işarə edərək, ziyalılar, alimlər və müsəlman xalqları daxili potensiala arxalanaraq fərqli gələcəyin formalaşdırılması üçün səy göstərməyə çağırmışdır. Onun sözlərinə görə, dünya yeni şəraitə keçid mərhələsindədir və İslam dünyası bu dəyişikliklərdə mühüm rol oynaya bilər.

Bu çıxış Qadimun Dünya Assambleyası tərəfindən təşkil olunan iclas çərçivəsində təqdim edilib. Qeyd etmək lazımdır ki,   iclas region və beynəlxalq proseslər üzrə mümkün ssenarilərin araşdırılmasına həsr olunaraq İslam dünyasından bir qrup mütəfəkkir və analitikin iştirakı ilə keçirilib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha