Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ali Milli Təhlükəsizlik Şurası ABŞ tərəfindən İranın şərtlərinin qəbul edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran böyük bir qələbə əldə edib və cinayətkar ABŞ-ı 10 maddəlik planını qəbul etməyə məcbur edib. Həmin planda ABŞ prinsip etibarilə təcavüz etməməyə təminat vermək, Hörmüz boğazına İranın nəzarətinin davam etməsini qəbul etmək, uranın zənginləşdirilməsini tanımaq, bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etmək, Təhlükəsizlik Şurası və İdarə Heyətinin bütün qətnamələrinə son qoymaq və həmçinin İrana dəymiş ziyanın ödənilməsi, ABŞ-ın döyüş qüvvələrinin regiondan çıxarılması eləcədə bütün cəbhələrdə, o cümlədən Livanın qəhrəmancasına etdiyi müqavimətinə qarşı müharibənin dayandırılmasını öhdəsinə götürüb.
Bəyanatın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
İranın rəşadətli, böyük və qəhrəman xalqının diqqətinə çatdırılır: Düşmən İran xalqına qarşı apardığı ədalətsiz, qanunsuz və cinayətkar müharibədə inkaredilməz, tarixi və sarsıdıcı məğlubiyyətə uğrayıb. Bu uğur İslam İnqilabının şəhid rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) pak və müqəddəs qanının bərəkəti, İslam İnqilabının Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) müdrik tədbirləri, cəbhələrdə İslam döyüşçülərinin mübarizəsi və şücaəti, eləcə də müharibənin ilk günlərindən etibarən əziz xalqın tarixi, qalıcı və qəhrəmanlıq dolu iştirakı sayəsində əldə olunub.
Nəticədə İran böyük bir qələbə qazanıb və cinayətkar ABŞ-ı 10 maddəlik planını qəbul etməyə məcbur edib. Həmin planda ABŞ prinsip etibarilə təcavüz etməməyə təminat verməyi, Hörmüz boğazına İranın nəzarətinin davam etməsini qəbul etməyi, uranın zənginləşdirilməsini tanımağı, bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etməyi, eləcədə Təhlükəsizlik Şurası və İdarə Heyətinin bütün qətnamələrinə son qoymağı, İrana dəymiş ziyanın ödənilməsini, ABŞ-ın döyüş qüvvələrinin regiondan çıxarılmasını və bütün cəbhələrdə, o cümlədən Livanın qəhrəmancasına etdiyi müqavimətinə qarşı müharibənin dayandırılmasını öhdəsinə götürüb.
Bu qələbə münasibətilə bütün İran xalqını təbrik edir və vurğulayırıq ki, bu uğurun detallarının tam yekunlaşmasına qədər məsul şəxslərin güclü və tədbirli fəaliyyəti, həmçinin xalqın birliy və həmrəyliyinin qorunması zəruridir.
İran İslam Respublikası, Livan, İraq, Yəmən və işğal olunmuş Fələstinin mübariz, vətənpərvər, müqavimət cəbhələrinin cəsur döyüşçüləri ilə birlikdə son 40 gün ərzində düşmənə o qədər zərbə endirib ki, bu tarixi hadisələr dünyanın kollektiv yaddaşından heç vaxt silinməyəcək. İran və müqavimət cəbhəsi, insanlıq və şərəfin təmsilçiləri kimi, insanlığın ən vəhşi düşmənlərinə qarşı tarixi bir mübarizədən sonra onlara unudulmaz bir dərs verərək, düşmənin bütün qüvvə, resurs, infrastruktur və həmçinin siyasi, iqtisadi, texnoloji və bütün hərbi sərvətlərini elə sarsıdıblar ki, indi düşmən dağılma və çıxılmaz vəziyyətlə üz-üzədir və İran xalqının böyük iradəsi və müqavimət cəbhəsi qarşısında təslim olmaqdan başqa yolu yoxdur.
Düşmənlər bu amansız müharibəni başladığı ilk gündə hesab edirdilər ki, qısa müddət ərzində İran üzərində tam hərbi hakimiyyət quracaq və siyasi və sosial qeyri-sabitlik yaradaraq ölkəni təslim olmağa məcbur edəcəklər. Onlar inanırdılar ki, İranın raket və pilotsuz uçuş aparatlarının atəşləri tezliklə dayandırılacaq və İranın öz sərhədlərindən kənarda, bütün region üzrə onlara belə güclü bir cavab verə biləcəyinə heç vaxt inanmadılar.
Qlobal zülmkar sionizm, Amerikanın ağılsız prezidentini inandırmışdı ki, bu müharibə İranı məhv edəcək və onlar insanlıq və bəşəriyyətin son qalasını aradan qaldıraraq bundan sonra istədikləri hər kəsə qarşı rahatlıqla hər cür cinayət işləyə biləcəklər. Onlar yuxularında İranı parçalayacaqlarını, neft və sərvətlərini qarət edəcəklərini, ən sonda isə İran xalqını uzun illər boyu xaos, qeyri-sabitlik və təhlükəsizliksiz vəziyyətdə tərk edəcəklərini görürdülər.
Lakin İslamın cəsur döyüşçüləri və müqavimət cəbhəsinin müttəfiqləri, ürəkləri Seyid Əli Xameneinin şəhadəti ilə yaralı və parçalanmış olmasına baxmayaraq, uca Allahın köməyinə arxalanaraq və şəhid Seyid Əli Xameneinin həyatını örnək götürərək, qərar verdilər ki, bu düşmənlərə bir dəfəlik tarixi bir dərs verərək bütün keçmiş cinayətlərinin qisasını alacaq və belə bir vəziyyət yaradacaqlar ki, düşmən əbədi olaraq İran üzərində hər hansı bir təcavüz xəyallarını unutmalı və İran xalqı qarşısında tam qürbət və məğlubiyyət dadını hiss etsin.
İran və Müqavimət Cəbhəsi ABŞ və Sionist rejiminə qarşı tarixdə ən ağır və kompleks döyüşlərdən birini məhz bu strategiyaya və ölkədə formalaşmış misilsiz siyasi və sosial birliyə arxalanaraq aparmışdır. Bu müddət ərzində müəyyən edilmiş bütün hədəflərə nail olunub. İran və müqavimət cəbhəsi ABŞ-ın bölgədəki hərbi maşınını demək olar ki, tamamilə məhv edib, düşmənin illər ərzində bu müharibəyə hazırlıq üçün yaratdığı infrastruktur və imkanlara ciddi və dərindən zərbələr endirib, bölgə üzrə cinayətkar ABŞ ordusuna böyük itkilər vurub, işğal altındakı ərazilərdə düşmən qüvvələrinə, infrastrukturuna, imkanlarına və həmçinin resurslarına dağıdıcı və sarsıdıcı zərbələr endirib. Bütün cəbhələrdə düşmənin vəziyyəti o qədər gərgin olub ki, düşmənin əsas məqsədləri heç biri reallaşmayıb. Düşmən müharibənin başlanmasından təxminən 10 gün sonra bu savaşda qələbə qazana bilməyəcəyini anlayaraq, müxtəlif kanallar vasitəsilə İranla əlaqə yaratmağa və atəşkəs tələb etməyə çalışıb.
Rəşadətli İran xalqı bilməlidir ki, sizin igid övladlarınızın mübarizəsi və tarixi iştirakı sayəsində düşmən artıq bir aydır İran və müqavimətin güclü zərbələrini dayandırmaq üçün yalvarır. Lakin ölkə rəhbərliyi həmin vaxtdan qərar verdiyi üçün, müharibə hədəflər, o cümlədən düşmənin təəssüf və aciz vəziyyətə düşməsi və uzunmüddətli təhdidlərin aradan qaldırılması tam reallaşana qədər davam etdirilib. Bu səbəbdən bütün atəşkəs tələblərinə cavab mənfi olub və müharibə bu gün, yəni 40-cı günə qədər davam edib. Eyni zamanda, İran ABŞ prezidenti tərəfindən irəli sürülən bir neçə ultimatumları rədd edib və düşmənin hər hansı ultimatumuna əhəmiyyət verməyib.
İndi rəşadətli İran xalqına müjdə verərək bildiririk ki, müharibənin demək olar ki, bütün hədəfləri həyata keçirilib və igid övladlarınız düşməni tarixi acizliyə və qalıcı məğlubiyyətə uğradıb. İranın tarixi qərarı, bütün xalqın birliyinə əsaslanaraq, bu müharibəni lazım olan müddətə qədər davam etdirməkdir. Beləliklə əldə olunan böyük nəticələr möhkəmlənsin və regionda yeni təhlükəsizlik və siyasi nizamlar İran və müqavimət cəbhəsinin güc və üstünlüyünü qəbul edərək qurulsun.
Bu çərçivədə və İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) rəhbərliyi, Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə, İran və müqavimət cəbhəsinin döyüş meydanında üstün mövqeyi, düşmənin bütün təhdid və iddialarına baxmayaraq gücsüzlüyü və xalqın haqlı tələblərinin rəsmi şəkildə qəbul olunması nəzərə alınaraq, qələbənin detallarını yekunlaşdırmaq üçün danışıqların Pakistananın paytaxtı olan İslamabad şəhərində aparılmasına qərar verilib. Bu danışıqlar 15 gün ərzində müharibədə əldə olunan qələbənin siyasi sahədə də təsdiqlənməsini təmin edəcək.
Bununla yanaşı, İran düşmənin təqdim etdiyi bütün planları rədd edərək, Pakistan vasitəsilə ABŞ-a 10 maddəlik plan təqdim edib. Həmin planda Hörmüz boğazından nəzarətli keçidin İran Silahlı Qüvvələri ilə koordinasiya altında təmin edilməsi, müharibənin müqavimət cəbhəsinin bütün elementlərinə qarşı dayandırılması, (bu da öz növbəsində Sionist rejiminin tarixi məğlubiyyətini ifadə edir) ABŞ-ın bölgədəki bütün hərbi bazalar və mövqelərdən çıxarılması, Hörmüz boğazında təhlükəsiz keçid protokolunun yaradılması, İran İslam Respublikasına dəyən ziyanın tam ödənilməsi, bütün ilkin və ikinci dərəcəli sanksiyaların və Təhlükəsizlik Şurası ilə İdarə Heyətinin qətnamələrinin ləğvi, İranın xaricdə bloklanmış bütün əmlak və resurslarının azad edilməsi və bütün bu maddələrin Təhlükəsizlik Şurasının icbari qətnaməsi ilə təsdiqlənməsi vurğulanıb. Qeyd olunur ki, bu qətnamənin qəbul edilməsi bütün razılaşmaları beynəlxalq hüquq baxımından məcburi qanuna çevirəcək və İran xalqı üçün mühüm diplomatik qələbə təmin edəcək.
Hal-hazırda Pakistanın hörmətli Baş naziri İran tərəfinə bildirib ki, ABŞ tərəfi bütün görünən təhdidlərinə baxmayaraq, bu prinsipləri danışıqların əsası kimi qəbul edib və İran xalqının iradəsinə təslim olub.
Buna əsasən, ən yüksək səviyyədə qərara alınıb ki, İran yalnız bu prinsiplər əsasında İslamabadda ABŞ-la danışıqları iki həftə müddətinə aparsın. Qeyd olunur ki, bu, müharibənin sona çatması demək deyil və İran müharibəni yalnız 10 maddəlik plan çərçivəsində nəzərdə tutulan prinsiplərin qəbul edildiyi və detalların yekunlaşdığı zaman qəbul edəcək.
Bu danışıqlar tam etimadsızlıq şəraitində 2026-cı il aprelin 10-dan (cümə) Pakistanın paytaxtı İslamabad şəhərində başlayacaq və İran bu danışıqlara iki həftə vaxt ayıracaq. Bu müddət tərəflərin razılığı ilə uzadıla bilər. Bu müddət ərzində milli birliyin tam qorunması və qələbə bayramlarının güclü şəkildə davam etdirilməsi zəruridir.
Hazırkı danışıqlar milli xarakter daşıyır və döyüş meydanının davamıdır. İnqilabın Ali Məqamlı Rəhbəri və dövlətin ən yüksək səviyyələrinin nəzarətində olan bu prosesə, bütün xalq, elita və siyasi qrupların etimad göstərməsi və dəstək verməsi, eləcə də parçalanmaya səbəb olacaq hər hansı açıqlamalardan çəkinməsi vacibdir.
Əgər düşmənin meydanda təslim olması danışıqlarda qəti siyasi nailiyyətə çevrilərsə, bu tarixi böyük qələbəni birlikdə qeyd edəcəyik. Əks halda, biz hamılıqla meydanlarda İran xalqının bütün tələblərinə çatana qədər mübarizəni davam etdirəcəyik. Əllərimiz tətikdə nazir vəziyyətdədir və düşmənin ən kiçik xəta cəhdinə qarşı tam güclə cavab veriləcək.
Ali Milli Təhlükəsizlik Şurası
(8 aprel 2026)
Rəyiniz