Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi Livan xalqının və İslam müqavimətinin açıq təcavüzə qarşı öz qanuni cavab haqqını dəstəklədiyini vurğulayıb. Hərəkat müsəlman ölkələri və azad dünya xalqlarını İsrailin təcavüzkar hərəkətləri qarşısında Livan xalqı ilə həmrəylik göstərməyə çağırıb.
Siyasi ofis yaydığı bəyanatda İsrail rejiminin Livan xalqına qarşı törətdiyi dəhşətli cinayəti pisləyib, bu hücumun yüzlərlə şəhid və yaralıya səbəb olduğunu diqqətə çatdırıb. İsrailin törətdiyi cinayət, sivil insanlara qarşı olan kinini nümayiş etdirən əlamət kimi qiymətləndirilib.
Bəyanatda bildirilib ki, cinayətkar İsrail rejimi, əlləri Qəzzadakı uşaq və qadınların qanına bulaşmış halda, bu müharibədə ağır məğlubiyyətə uğrayıb. Hazırda bu cinayətlər vasitəsilə sanki boğulan bir insan kimi, hər hansı bir fürsət qazanmağa çalışır. Məğlubiyyətin şiddəti və ABŞ-a vurulan zərbə isə cihad və müqavimət yolu ilə artıq təsdiqlənib.
Bəyanatda izah olunub ki, cinayətkar İsrail daha çox vəhşi cinayətlər törədərək, müharibədə öz itkilərini və məğlubiyyətini kompensasiya etməyə çalışır.
Ənsarullah Hərəkatı Livan xalqına qarşı İsrailin bu cinayətini “açıq soyqırım” adlandırıb və bunun BMT və beynəlxalq insan hüquqları təşkilatlarının gözü qarşısında baş verdiyini vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, bu cinayətlər Livan xalqının və qəhrəman döyüşçülərin iradəsini heç vaxt sarsıtmayacaq. Əksinə, onların müqavimət və cihad yolunda qətiyyətini, gücünü və sabitliyini daha da artıracaq. Cihad və müqavimət seçimlərinin doğruluğunu təsdiqləyəcək. Bəyanatda həmçinin vurğulanır ki, kompromis və güzəşt siyasəti yalnız düşməni daha da azğınlaşdırır və onu cinayətkarlığa, vəhşiliyə sövq edir.

Rəyiniz