şənbə 11 aprel 2026 - 16:31
Şəhid Xərrazi elm və mədəniyyət sahəsinin görkəmli şəxsiyyətlərindən biri idi

Hövzə | Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei məktubunda elm və mədəniyyət sahəsinin görkəmli siması, xarici siyasət üzrə təcrübəli şəxsiyyət doktor Seyid Kamal Xərrazinin şəhadəti münasibətilə İran xalqına başsağlığı ünvanlayıb.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei məktubunda elm və mədəniyyət sahəsinin görkəmli siması, xarici siyasət üzrə təcrübəli şəxsiyyət doktor Seyid Kamal Xərrazinin şəhadəti münasibətilə İran xalqına, o cümlədən akademik ictimaiyyətə, onun tələbə və davamçılarına, eləcə də onun möhtərəm ailəsinə, xüsusilə Ayətullah Seyid Möhsin Xərraziyə başsağlığı ünvanlayıb. Məktubun tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Elm və mədəniyyət sahəsinin görkəmli nümayəndəsi, xarici siyasət üzrə təcrübəli şəxsiyyət cənab doktor Seyid Kamal Xərrazinin şəhadət xəbəri universitet ictimaiyyətinin, o cümlədən ali təhsil ocaqlarının müəllimləri və İran İslam Respublikasının siyasi rəhbərliyi üçün iftixar mənbəyi, eyni zamanda Amerika və sionist müstəmləkəçi dairələrin və İranın elm, mədəniyyət və sivilizasiya düşmənlərinin rəzil mahiyyətinin açıq təzahürüdür.

O, ömrünün uzun illərini müxtəlif mədəniyyət və təbliğat sahələrində xidmətə, eləcə də Xarici İşlər Nazirliyində məsul vəzifələrin icrasına həsr etmiş, bununla yanaşı, müasir kognitiv elmlər sahəsində fəaliyyət göstərmiş və xarici əlaqələr üzrə strateji şurada mühüm rol oynamışdır.

Mən həmin fədakar şəxsiyyətin və onun möhtərəm həyat yoldaşının şəhadəti münasibətilə bütün İran xalqına, o cümlədən akademik ictimaiyyətə, onu tələbələrinə, eləcə də onun möhtərəm ailəsinə, xüsusilə Ayətullah Seyid Möhsin Xərraziyə başsağlığı verir, uca Allahdan onlar üçün rəhmət diləyirəm.


Seyid Müctəba Hüseyni Xamenei

10 aprel 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha