şənbə 11 aprel 2026 - 16:31
Ayətullah Ərafi doktor Xərrazinin şəhadət münasibətilə başsağlığı verib

Doktor Xərrazi İslam İnqilabının inkişafı yolunda, xüsusilə beynəlxalq sahədə illər boyu göstərdiyi mübarizə ilə yanaşı, canını fəda edərək adını İran İslam Respublikası yolunda canından keçənlərin şərəfli siyahısına daxil etmiş və xalqın yaddaşında əbədiləşdirmişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, doktor Seyid Kamal Xərrazinin şəhadəti münasibətilə başsağlığı verib. Başsağlığı məktubunun mətni aşağıdakı kimidir:

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.   (Ali İmran surəsi, 169-cu ayə)

Mücahid və diplomatiya sahəsində xidmət göstərmiş cənab doktor Seyid Kamal Xərrazinin və onun fədakar həyat yoldaşının şəhadət münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbərinə, o cümlədən həmkar və silahdaşlarına, həmçinin möhtərəm ailəsinə və bütün İran xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu zəhmətkeş və dəyərli şəxsiyyət İslam İnqilabının inkişafı yolunda, xüsusilə beynəlxalq sahədə illər boyu göstərdiyi fəaliyyətlə yanaşı, əziz canını fəda etməklə adını İran İslam Respublikası yolunda canından keçənlərin şərəfli siyahısına yazdırmış və xalqın yaddaşında əbədiləşdirmişdir.

Mən illərlə onun göstərdiyi səmimi xidmətləri yüksək qiymətləndirərək həmin dəyərli şəhid üçün uca məqam və Allahdan rəhmət diləyir, yaxınlarına isə səbir, izzət və sonsuz mükafat arzulayıram.


Ölkə üzrə Elmi hövzələrin rektoru 
Əlirza Ərafi

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha