Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ekspertlər Məclisinin üzvü və İmam Xomeyni (r) adına Təhsil və Tədqiqat İnstitutunun direktoru Ayətullah Mahmud Rəcəbinin “İslam ümmətinin qlobal istikbar və beynəlxalq sionizmə qarşı 40 günlük həlledici mübarizədə əldə etdiyi strateji nailiyyətlərin təhlili” və “bu nailiyyətlərin qorunması yolları” mövzusunda geniş bəyanatı yayımlanıb. Bəyanatın tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
«وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً»
Bağışlayan və mehriban Allahın adı ilə
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. (Fəth surəsi, 20-ci ayə)
12 günlük müharibə və Ramazan ayında baş vermiş müharibə yaratdığı çətinlik və itkilərə baxmayaraq, xalqımız üçün mühüm bərəkətlər və əhəmiyyətli nəticələr doğurmuşdur ki, bu da “Fəth” surəsinin ayəsinin bariz təzahürüdür. Uca Allah buyurur:
«وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً»
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. (Fəth surəsi, 20-ci ayə)
Bu çərçivədə bəzi əldə olunmuş mühüm nailiyyətlərə qısa şəkildə toxunulur.
1. Birliyin əhəmiyyəti
Müqəddəs birlik məsələsi İslam İnqilabının şəhid rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin qorunmasına xüsusi önəm verdiyi əsas nailiyyətlərdən biridir. Düşmənlər iqtisadi çətinliklər və mürəkkəb planlar fonunda xalqın parçalanacağını güman edirdi. Lakin Allahın yardımı, Ayətullah Seyid Əli Xameneinin müdrik rəhbərliyi və xalqın yüksək bəsirəti nəticəsində vətən, İslam dövləti və rəhbərlik ətrafında misilsiz birlik formalaşdı.
Allah Ənfal surəsi, 63-cü ayədə buyurur:
وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ
Allah onların qəlblərini (bir-birlərinə qarşı sevgi və dostluqda) birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.
Bu birlik iman, şüur və fitrətdən qaynaqlanır və məhz buna görə davamlıdır. Düşmənin bu birliyin dağılacağına dair hesablamaları puça çıxdı:
Ali İmran surəsinin 54-cü ayəsində deyilir:
وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
Onlar (yəhudilər) hiyləgərlik etdilər. Allah da (onlara) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır.
2. Qlobal istikbar və sionizmin hegemoniyasının misilsiz sarsıdılması
İnqilab dövrü boyunca xalqımız və dövlətimiz cinayətkar istikbar və qəsbkar, uşaq qatili olan İsraili ciddi sınaqlarla üz-üzə qoysa da onlar heç vaxt ölkəmizə qarşı genişmiqyaslı və birbaşa müharibəyə girişməmişdilər. İlk dəfə idi ki, uzun illər davam edən planlaşdırma və çoxşaxəli təxribatlardan sonra həmin iki mənfur rejim, ABŞ və İsrail bütün imkanları ilə birbaşa İrana qarşı hərbi qarşıdurmaya başladı.
Onlar yanlış hesablamalara əsaslanaraq qısa müddətdə İslam Respublikasını devirməyi və öz istədikləri dövləti qurmağı planlaşdırır, bu niyyətlərini isə açıq şəkildə bəyan edirdilər.
Lakin onlar İran xalqının qətiyyətli və sarsıdıcı cavabı, o cümlədən Silahlı Qüvvələrin geniş və çoxşaxəli əməliyyatları, eləcə də müdrik və uzaqgörən şəhid rəhbər Ayətullah Seyid Əli Xamenei və onun rəşadətli davamçıları ilə üzləşdilər.
Nəticədə düşmənin bütün planları iflasa uğradı və onun illərlə formalaşdırdığı hegemonluq ciddi zərbə aldı.
Bu məğlubiyyət ABŞ və İsrailin tarixində bənzəri olmayan bir hadisə kimi dəyərləndirilir. Şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin bu fikri də reallıqda öz təsdiqini tapır: “Zalım və təkəbbürlü hakimlər adətən qüdrətlərinin zirvəsində süquta uğrayırlar və bu aqibəti onlar da yaşayacaq.”
Xalq və dövlət həm hərbi güc, həm də milli birlik baxımından misilsiz həmrəylik nümayiş etdirdi. Xalqın meydanlarda vahid iştirakı, rəhbərlə birliyi və vətənə bağlılığı qlobal istikbar və sionizmin nüfuzunu ciddi şəkildə sarsıtdı.
Bu da İlahi bir nemət və böyük qənimətdir. Düşmənin məğlubiyyətləri gizlətmək cəhdlərinə baxmayaraq, bəzi Qərb analitikləri ABŞ və İsrailin İranın gücü və sarsılmaz iradəsi qarşısında geri çəkildiyini etiraf ediblər. Hətta bəziləri İranı “formalaşmaqda olan yeni supergüc” kimi qiymətləndiriblər. Bu böyük nemətə görə Allaha şükür etməli və onun kamil təzahürünü diləməliyik.
3. Ayətullah Seyid Əli Xameneinin layiqli davamçısı
Üçüncü qənimət imam, ümmət, rəhbərlik və xalq münasibətinin olmasıdır. Bu münasibət özüdə ilahi nemət sayılır. İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xamenei (Allah onu qorusun), böyük bir nemət və dəyərli qənimətdir.
Bu şəxsiyyətin seçilməsi həm xalqın və müqavimət cəbhəsinin sevincinə səbəb olmuş, həm də İran İslam Respublikasının düşmənlərinin ümidsizliyinə və qəzəbinə yol açmışdır. Saleh rəhbərlik neməti elə bir nemətdir ki, onsuz cəmiyyət cəhalət cəmiyyəti sayılır. Bu barədə hədisdə buyurulur:
«مَن ماتَ وَ لَم یَعرِف اِمامَ زَمانِهِ ماتَ میتَهً جاهِلیهً»
Hər kəs öz zamanının imamını tanımadan ölsə, sanki cahiliyyət dövründə olan adam kimi ölmüşdür».
Son peyğəmbərlik dini olan İslamda, həzrət Peyğəmbərdən (s) sonra peyğəmbər göndərilmədiyi üçün Rəsulullah (s) digər peyğəmbərlərdən fərqli olaraq ümmətdən risalət qarşılığı tələb etməklə vəzifələndirilmişdir və bu qarşılıq Şura surəsi 23-cü ayədə belə bəyan edilmişdir:
قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ
De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.
Uca Allah bu böyük sınaq və hadisə fonunda, yəni İslam İnqilabının sabiq rəhbərinin şəhadəti şəraitində, İslam ümmətinə elə bir rəhbər bəxş etmişdir ki, onun əxlaqı, baxışı, davranışı və idarəçiliyi ilə o böyük şəxsiyyətin layiqli davamçısıdır. Elm, təqva, ədalət, siyasi baxış, ölkə və cəmiyyət problemlərinə agahlıq, idarəçilik bacarığı, şücaət, istikbarla mübarizə və dünyaya bağlı olmamaq baxımından şəhid Ayətullah Seyid Əli Xameneinin yolunu davam etdirir.
Düşmənlər isə növbəti dəfə yanlış hesablamaya yol verərək düşünürdülər ki, inqilab rəhbərinin şəhadətindən sonra sistem və xalq rəhbərlik boşluğuna düşəcək, özlərinə uyğun “alternativ rəhbərlər” irəli sürüləcək və 28 Mordad çevrilişi kimi ssenarilər təkrarlanacaq. Onlar hesab edirdilər ki, istədikləri rəhbəri hakimiyyətə gətirib İran İslam Respublikasını qlobal hegemon dövlətə inteqrasiya etdirəcəklər.
Lakin Allah burda başqa bir tədbir tökdü. Allah bu ümmətin fədakarlıq və sədaqətinin mükafatını layiqli davamçının rəhbərliyi ilə əvəz etdi. Bu isə bu mərhələdə ümmət üçün böyük bir qənimət sayılır.
Bu nemətin qorunması və ona şükür edilməsi vacibdir. Xalq Allah qarşısında səcdə etməli, sədaqət, beyət və itaət yolunda daha da möhkəm addımlamalıdır və indiyə qədər olduğu kimi yenə də vilayəti-fəqihi əsas meyar olaraq qəbul etməlidir.
4. İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə ümmətin sevgi dolu bağlılığı
Bu qənimət, bəlkə də bu döyüşün ən heyrətamiz qənimətlərindən biridir. Müdrik, uzaqgörən, fədakar və meydanda möhkəm dayanan xalq bu rəhbərin adını eşidən kimi, hətta onun rəhbərliyi rəsmi şəkildə elan olunmazdan əvvəl belə, ona beyət etdiyini və sədaqətini bəyan etmişdir. Bu beyət ruhun dərinliyindən qaynaqlanan, izahı çətin olan bir məhəbbət idi.
Bu bağlılıq yalnız ölkə daxilindəki xalq tərəfindən deyil, xaricdə yaşayan iranlılar, eləcə də Livan, Yəmən və İraq müqavimət cəbhələri tərəfindən də ifadə olunmuşdur. Bu sevgi təkcə ümumi xalqla məhdudlaşmamış, həm də elita, silahlı qüvvələr və dövlət rəhbərləri tərəfindən, eləcə də yalnız vilayəti-fəqih nəzəriyyəsinə bağlı şiələr deyil, bütün firqə və dinlərin ardıcılları tərəfindən nümayiş etdirilmişdir.
Bu məhəbbət və iştirak yalnız ürəklərdə qalmamış, söz və əməl müstəvisində də təcəssüm etmişdir. Bu proses heç bir rəsmi qurumun xüsusi təşəbbüsü olmadan baş vermişdir. Bu qədər böyük qənimətin əldə olunması yalnız Allahın yardımı və həzrət İmam Zamanın (ə.f) diqqəti ilə mümkün olmuş və düşmənlərin bütün hesablamalarını alt-üst etmişdir.
Bu müharibə dərin sevgi və səmimi məhəbbət üzərində qurulmuş nadir bir bağlılığı üzə çıxarmışdır. Bu məhəbbət insan fitrətindən, kamala yönəlmiş təbiətdən qaynaqlanır və pak, fədakar, ağıllı və vəfalı insanların qəlbində təcəlli edir. Həqiqətən bu əzəmət və böyüklüyə eşq olsun. Allah bu ümmətə nə verirsə, ona layiqdir.
Bu vəfa və məhəbbətin nəticələrindən biri keçmiş fitnələrin aradan qalxması, gələcək fitnələrin isə öncədən zərərsizləşdirilməsidir. Allah Fəth sürəsinin 2-ci ayəsində buyurur:
لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ
Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın,
Bu, inşallah İran xalqı üçün ilahi mükafatdır. Xalq bu böyük nemətin qədrini bilməli və ona daha çox şükür etməlidir.
5. Xalqın siyasi uzaqgörənlik və düşüncə səviyyəsinin yüksəlməsi
İnqilabın başlanğıcından bu günə qədər məsum imamlar (ə) və İslam İnqilabının keçmiş rəhbərləri İmam Xomeyni (r) və İmam Xameneinin (r) göstərişləri sayəsində ümmətin bəsirət və uzaqgörənliyi yüksəlmişdir. Lakin bu müharibə zamanı formalaşan bəsirət əvvəlki səviyyə ilə müqayisə oluna bilməz.
Bu bəsirət düşməni heyrət və qorxuya salmış, dünyanın azad insanlarını və inqilab tərəfdarlarını təəccübləndirmişdir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) bu vəziyyəti “xalqın dövlət və cəmiyyətin idarəsində iştirakı” kimi ifadə etmiş və bunu Qurani-Kərimin bu ayəsi ilə əlaqələndirmişdir:
«ما نَنْسَخْ مِنْ آیَةٍ أَوْ نُنْسِها نَأْتِ بِخَیْرٍ مِنْها أَوْ مِثْلِها»
Biz hər hansı bir ayəni nəsx edər və ya unutdurarıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətirərik. (Bəqərə surəsi, 106-cı ayə)
Bu xalq bombardman səhnələrini gördüyü halda “Allahu Əkbər”, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirir və məqsədlər reallaşana qədər meydanda qalmağa hazır olduğunu bildirirdi. Hətta uşaqlar belə hər gecə bu səhnələrdə iştirak edir və şəhadəti “baldan da şirin” hesab edirdilər.
Vətənin müdafiəsi, rəhbərə sevgi və silahlı qüvvələrə dəstək təkcə emosional deyil, dərin siyasi, mədəni və ideoloji bəsirətdən qaynaqlanır. Bu ümmətin şövqü onun şüurundan doğur. Bu bəsirət bu ayənin təcəssümüdür:
«یُعْجِبُ الزُّرّاعَ لِیَغِیظَ بِهِمُ الْکُفّارَ»
Əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla kafirləri qəzəbləndirsin. (Fəth surəsi, 29-cu ayə)
Bu ümmət özü də bu bəsirətin böyüklüyündən heyrətə gəlmişdir, düşmənlər isə qəzəb və çaşqınlıq içindədirlər. Bu nemət qorunmalı və daha da genişləndirilməlidir.
6. Silahlı qüvvələrin heyrət doğuran nailiyyətləri
İki nüvə silahına malik dövlət və ən müasir hücum və müdafiə sistemlərinə, xüsusi kəşfiyyat qurumlarına, eləcə də inkişaf etmiş informasiya və media imkanlarına, regiondakı geniş hərbi bazalara və onlara bağlı qüvvələrə malik güclər ölkəmizə qarşı müharibə meydanına çıxmışdır. Belə bir hərbi-siyasi düzülüşlə üzləşən hər hansı ordu adətən geri çəkilmə və kompromis yolunu seçərdi.
Lakin silahlı qüvvələrimiz müdrik şəhid rəhbərin göstərişləri əsasında Qurani-Kərimdə «وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ...» Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın!..... Ənfal surəsinin 60-cı ayəsini həyata keçirərək düşmənə qarşı qətiyyətli müqavimət göstərmişdir.
Nəticədə düşmən yanlış hesablamalar nəticəsində ağır zərbə almış, daxili dağılmanın qarşısını almaq üçün müxtəlif cinayətlərə əl atmışdır. Onun bütün hücum və müdafiə planları iflasa uğramışdır.
Düşmən müharibənin ilk günlərində elan etdiyi məqsədlərə çata bilməmiş, əksinə gözlənilməz məğlubiyyətlə üzləşmişdir. Bu səbəbdən əvvəlki iddialarını ya geri çəkmiş, ya da yeni tarixlərə təxirə salmışdır. ABŞ rəhbərliyinin ziddiyyətli açıqlamaları bu reallığın göstəricisi kimi qiymətləndirilir.
Müasir döyüş təyyarələrinin vurulması, yanacaqdaşıyan təyyarələrin, pilotsuz uçuş aparatlarının, helikopterlərin və AWACS sistemlərinin məhv edilməsi, eləcə də İsfahan istiqamətində həyata keçirilən əməliyyatlarda düşmənin ciddi itkilər verməsi bu uğurların nümunəsidir.
Silahlı qüvvələrimiz ABŞ və İsrail hərbi texnologiyasının ən həssas nöqtələrini hədəfə alaraq qlobal güclərin zəif tərəflərini üzə çıxarmışdır.
Eyni zamanda Hörmüz boğazı ətrafında strateji üstünlüyün qorunması, ABŞ donanmasının geri çəkilməsi və Avropa ölkələrinin ABŞ-la əməkdaşlıqdan imtina etməsi bu prosesin mühüm nəticələri kimi qeyd olunur. Bu, düşmənin bölgədə təsir imkanlarının zəiflədiyini göstərmişdir.
Hazırda İran İslam Respublikası elə bir güc mövqeyinə sahibdir ki, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) qərarına əsasən, İran artıq öz şərtlərini düşmənə qəbul etdirə biləcək imkanlara malikdir.
7. İran İslam Respublikasında yeni güc mərkəzlərinin üzə çıxması
Hörmüz boğazı bu günə qədər strateji güc və iqtisadi gəlir mənbəyi kimi tam şəkildə aktivləşdirilməmişdi. Bu müharibə zamanı onun potensialı üzə çıxmış və daimi strateji üstünlük kimi qorunmasının zəruriliyi vurğulanmışdır.
Eyni zamanda xalqın kütləvi və fasiləsiz şəkildə meydanlarda iştirakı, gecə yürüşləri və həmrəylik nümayişləri dövlət üçün mühüm güc mənbəyinə çevrilmişdir. Bu proses düşməni çıxılmaz vəziyyətə salmışdır.
Düşmənin infrastruktura etdiyi hücumları isə onun nə Hörmüz boğazı üzərində nəzarət əldə edə bildiyini, nə də daxili birliyi poza bilmişdir. Bu da dövlət üçün əlavə strateji üstünlük və qənimət kimi dəyərləndirilir.
8. Müqavimət cəbhəsinin vahid şəkildə formalaşması
Suriya dövlətinin süqutu, peycer partlayışları və Hizbullah Hərəkatının lideri, şəhid Seyid Həsən Nəsrullahın şəhadətindən sonra Sionist rejim və ABŞ belə bir yanlış təsəvvürə qapıldılar ki, müqavimət cəbhəsi artıq sona çatmış, Hizbullah isə tam şəkildə sıradan çıxmışdır.
Lakin bu müharibə göstərdi ki, Livan, İraq və Yəmən müqavimət cəbhələrindən ibarət vahid müqavimət oxu Sionist rejimin və ABŞ-ın regiondakı maraqlarına, eləcə də işğal olunmuş ərazilərin mühüm mövqelərinə ağır zərbələr endirmişdir. Bu fakt müharibənin əsas qənimətlərindən biri kimi dəyərləndirilir.
Eyni zamanda bu proses düşmənin ciddi hesab səhvinə yol verdiyini və müqavimət cəbhəsinin real gücünü düzgün qiymətləndirmədiyini açıq şəkildə üzə çıxarmışdır.
9. İnqilab tərəfdarlarının qlobal cəbhəsinin formalaşması
Dünyanın müxtəlif ölkələrində İran İslam Respublikasını dəstəkləyən inqilab tərəfdarlarının qlobal cəbhəsi formalaşmışdır. Bu cəbhə İran İslam Respublikasının və İslam dininin həqiqi təlimlərinin dünyaya tanıdılması üçün mühüm potensial yaradır.
Qlobal istikbar, başda ABŞ və İsrail olmaqla, uzun illər ərzində İslamofobiya və İranofobiya siyasəti həyata keçirmişdir. İran İslam Respublikasının qurulmasından sonra dünya xalqlarının İslama və bu sistemə artan marağı bu təbliğat kampaniyalarını daha da gücləndirmişdir.
İslamın təhrif olunmuş formada təqdim edilməsi, “İŞİD” kimi radikal qrupların yaradılması və digər təxribatlar İslam dinini gözdən salmaq məqsədi daşımışdır.
Lakin son müharibə bu illərlə formalaşdırılmış təbliğatı qısa müddətdə təsirsiz hala gətirmişdir. Bu isə böyük maliyyə və uzun illər tələb edən strategiyaların belə sürətlə neytrallaşdırıla biləcəyini göstərmişdir.
Bu da müharibənin mühüm qənimətlərindən biri kimi qiymətləndirilir və İslamın həqiqi mahiyyətinin, eləcə də İran İslam Respublikasının siyasi idarəetmə modelinin dünyaya tanıdılması üçün geniş imkanlar yaratmışdır.
10. ABŞ və İsrailin “toxunulmazlıq” iddiasının ifşası
Uzun illər ABŞ və Sionist rejim özlərini “toxunulmaz və hərbi baxımdan üstün güc” kimi təqdim etmiş, bu imicdən digər ölkələrə qarşı psixoloji təzyiq vasitəsi kimi istifadə etmişlər.
Lakin müharibə zamanı İran İslam Respublikasının silahlı qüvvələrinin həyata keçirdiyi güclü müdafiə və hücum əməliyyatları bu iddiaların tamamilə əsassız olduğunu göstərmişdir.
Sionist rejimin “Dəmir Qübbə” adlı müdafiə sistemi İranın raket və pilotsuz uçuş aparatları qarşısında aciz qalmış, bəzi hallarda isə tamamilə sıradan çıxarılmışdır.
Eyni zamanda ABŞ və Sionist rejimin ən müasir döyüş təyyarələri və PUA-ları İranın müdafiə sistemləri tərəfindən vurularaq məhv edilmişdir. Bu hadisələr İran İslam Respublikasının hərbi gücünün beynəlxalq miqyasda etirafına səbəb olmuşdur.
Bu nəticələr İran üçün mühüm strateji qənimət və tarixi hərbi uğur kimi qiymətləndirilir.
11. Müharibə və bombardman şəraitində xalqın rahatlığı
Qurani-Kərimin “Fəth” surəsi də daxil olmaqla bir sıra ayələrində qeyd olunur ki, haqq ilə batilin, iman ilə küfrün mübarizəsi zamanı Allah-taala möminlərin qəlbinə sükunət və arxayınlıq nazil edir.
“Fəth” surəsinin 4-cü ayəsində buyurulur:
«هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ»
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən odur.
Həmçinin Fəth surəsinin 18-ci ayəsində buyurulur:
«فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا»
Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
Eləcə də Fəth surəsinin 20-ci ayəsində buyurulur:
وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَٰذِهِ...
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Bunu (Hüdeybiyyə müqaviləsini) sizə tezliklə verdi....
Bu ilahi yardım son müharibə zamanı xalqımız üçün misilsiz şəkildə təcəlli etmişdir. Cəmiyyətdə elə bir rahatlıq formalaşmışdır ki, sanki müharibə və bombardman ümumiyyətlə mövcud deyil.
Bu səviyyədə sabitlik müharibədən əvvəl müşahidə olunmurdu. Lakin son qarşıdurmalar zamanı xalqın, o cümlədən qadınların, uşaqların və hətta körpələrin belə hər gecə tam arxayınlıqla küçələrə çıxdığı müşahidə edilmişdir.
Hətta düşmənin bombardmanı davam etdiyi vaxtlarda belə insanlar “Allahu Əkbər”, “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə öz psixoloji arxayınlıqlarını qoruyaraq fəaliyyətlərini davam etdirmişlər.
12. ABŞ-ın İranın şərtlərini qəbul etməsi
İran İslam Respublikasına qarşı müharibəyə başlayan ABŞ, əsas məqsəd olaraq İslam dövlətini devirmək və müqavimət cəbhəsini məhv etməyi qarşıya qoymuşdu. Lakin İran xalqının güclü müqaviməti və Silahlı Qüvvələrin qəhrəmanlığı nəticəsində bu plan tamamilə iflasa uğramışdır.
ABŞ son mərhələdə müharibənin dayandırılması üçün 8 aprel 2026-cı il (19.01.1405 şəmsi) tarixində gecə saat 03:30-a qədər möhlət müəyyən etsə də İranın bütün şərtlərini qəbul etməyə məcbur qalmışdır.
Bu şərtlərin bir hissəsi İran İslam Respublikasının qurulduğu ilk illərdən etibarən tələb olunsa da ABŞ tərəfindən uzun illər qəbul edilməmişdi. Bu hadisə İran üçün böyük qələbə, ABŞ üçün isə açıq və rüsvayçı məğlubiyyət kimi qiymətləndirilir.
Eyni zamanda qeyd olunur ki, İranın şərtlərinə əməl olunmadığı təqdirdə, Silahlı Qüvvələr qəti və sarsıdıcı cavab verəcək, regiondakı müqavimət qüvvələri isə tam hazır vəziyyətdədir.
Bu nailiyyətlərin hər biri ayrıca böyük qələbədir və daha geniş təhlil və izaha ehtiyac duyur.
Xəbərin sonu
Rəyiniz