Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Məkarim Şirazinin Livanda Sionist rejim tərəfindən həyata keçirilən vəhşicəsinə hücumlarla bağlı bəyanat yazılmayıb. Həmin bəyanatın tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
اِنّا لله و اِنّا إلیه راجعون
Bağışlayan və mehriban Allahın adı ilə
Biz Allaha məxsusuq və ona tərəf qayıdacağıq!
(Bəqərə surəsi, 156-cı ayə)
Sionist rejimin Livanın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi amansız və vəhşicəsinə hücumlar nəticəsində minlərlə müdafiəsiz insanın, xüsusilə qadın və uşaqların şəhid olması və yaralanması dərin kədər və təəssüf hissi doğurmuşdur.
Şübhəsiz ki, insanlıq prinsiplərinə heç bir bağlılığı olmayan bu rejim xəstəxanalara, həyati əhəmiyyət daşıyan infrastrukturlara və mülki obyektlərə hücum etməklə ağır cinayətlər törətmiş, bu əməlləri ilə hər bir azad insanın vicdanını sarsıtmışdır.
Müsəlman ümmətləri, dünyanın azad düşüncəli insanları və İslam dövlətləri bu ölkənin müdafiəsiz qalmış xalqına və onların cəsur müqavimət hərəkatı olan Hizbullaha dəstək göstərməlidirlər. Əvvəlki təcrübələr açıq şəkildə göstərir ki, hər hansı bir boşluq və ya güzəşt təcavüzün təkrarlanmasına və daha da güclənməsinə səbəb olur.
Gözlənilir ki, İran İslam Respublikasının məsul qurumları və aidiyyəti təşkilatlar, əvvəlki illərdə olduğu kimi, humanitar və islami vəzifələri çərçivəsində Livanın məzlum xalqına dəstək göstərilməsi və onların iztirablarının azaldılması istiqamətində səylərini davam etdirsinlər.
Mən bu ağır müsibət münasibətilə İmam Zamana (ə.f) başsağlığı təqdim edir, Allah-taaladan bütün şəhidlərə rəhmət, yaralılara tezliklə şəfa, onların ailələrinə isə səbir və dözüm diləyirəm.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.
Qum – Nasir Məkarim Şirazi
Xəbərin sonu
Rəyiniz