Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Hüseyn Nuri Həmədani Roma Papası XIV Leon ünvanına göndərdiyi mühüm məktubda onun mövqeyini yüksək qiymətləndirib və dini liderlərin ədalət uğrunda həmrəyliyinin vacibliyini vurğulayıb.
Bildirilib ki, məktubda Roma Papası XIV Leonun dünyada baş verən ədalətsizliklərə qarşı sərgilədiyi prinsipial mövqe xüsusi qeyd olunub və bu yanaşmanın beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Məktubda qeyd olunub:
Bağışlayan və mehriban Allahın adı ilə
Hörmətli Roma Papası XIV Leon! Böyük, ədalətli və hər şeydən agah olan Allahın salamı sizə, eləcə də dünyada baş verən zülm və haqsızlıqlara qarşı çıxan bütün cəsarətli, saleh və islahatçı səslərə olsun.
Ayətullah Nuri Həmədani bildirib ki, Roma Papası XIV Leonun ABŞ istikbarı və sionizmə qarşı nümayiş etdirdiyi mövqe zəruri və prinsipial yanaşmalardan biridir və bu mövqe onun adını dünya miqyasında yadda qalan edəcək.
O vurğulayıb ki, bu cür mövqe bir daha sübut edir: İlahi dinlərin ardıcılları arasında hər zaman insanlıq və ədalət naminə çıxış edən alimlər mövcuddur, hətta bu mövqenin onlar üçün ağır nəticələri olsa belə.
Məktubda həmçinin qeyd olunub ki, İslamın əsas dini mənbələrində də eyni dəyərlər mövcuddur və bu baxımdan Roma Papası XIV Leonun mövqeyi həmin prinsiplərlə uyğunluq təşkil edir.
Ayətullah Nuri Həmədani dünya katoliklərinin lideri və İsa Məsihin (ə) təlimlərinin daşıyıcısı kimi Roma Papası XIV Leonun mövqeyinə görə təşəkkürünü ifadə edib.
Sonda bildirilib ki, ilahi peyğəmbərlərin təlimləri əsasında dinlərarası qlobal həmrəyliyin formalaşması və ümumbəşəri ədalətin bərqərar olması ümid edilir.
13 aprel 2026
Hüseyn Nuri Həmədani
Xəbərin sonu
Rəyiniz