Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyat mövzusuna həsr olunmuş silsilə müzakirələr İmam Zaman (ə.f) ilə bağlı maarif və təlimlərin geniş şəkildə yayılması məqsədilə təqdim olunur.
Bildirilir ki, bu silsilə çərçivəsində İmam Zamanın (ə.f) az tanınan xüsusiyyətlərindən biri, yəni onun insanlara qarşı sonsuz mərhəmət və məhəbbəti xüsusi olaraq diqqətə çatdırılır. Qeyd olunur ki, tarix boyu bu İmam Zamanın (ə.f) şəxsiyyəti bəzən yalnız qılınc, mübarizə və intiqam simvolu kimi təqdim edilsə də, əslində o, ilahi mərhəmətin təcəssümü, ümmətin mehriban atası, qayğıkeş həmdəmi və xeyirxah yolgöstərənidir.
Qüdsi hədislərdə məsum imamların zikrinin sonunda belə buyurulur:
«وَ أُکملُ ذَلِکَ بِابْنِهِ م ح م د رَحْمَةً لِلْعَالَمِین.»
(“İmamlar silsiləsini onun oğlu (Məhəmməd) ilə tamamlayıram ki, o, aləmlər üçün rəhmət olsun.”)
Həmçinin İmam Zamandan (ə.f) nəql olunan kəlamda belə buyurulur:
«أَنَّ رَحْمَةَ رَبِّکُمْ وَسِعَتْ کُلَّ شَیءٍ وَ أَنَا تِلْکَ الرَّحْمَة.»
(“Həqiqətən, Rəbbinizin rəhməti hər şeyi əhatə etmişdir və mən həmin rəhmətəm.”)
Məsumların (ə) buyuruqlarında isə belə qeyd olunur:
«وَ أَشْفَقَ عَلَیهِمْ مِنْ آبَائِهِمْ وَ أُمَّهَاتِهِم.»
(“[İmam] insanlara ata və analarından daha artıq şəfqətlidir.”)
İmam Zaman (ə.f) insanların böyük tərbiyəçisi, qayğıkeş mürəbbisi və mehriban atasıdır. O, daim insanların halını nəzərə alır, onların xeyir və məsləhətini qoruyur. Özü heç bir ehtiyaca malik olmadığı halda, insanlara öz böyük lütf və mərhəmətini əsirgəmir. Bu həqiqət onun öz mübarək kəlamında belə nəql olunmuşdur:
«لَوْ لَا مَا عِنْدَنَا مِنْ مَحَبَّةِ صَلَاحِکُمْ وَ رَحْمَتِکُمْ وَ الْإِشْفَاقِ عَلَیکُمْ لَکُنَّا عَنْ مُخَاطَبَتِکُمْ فِی شُغُل.»
(Əgər sizin islahınız üçün olan məhəbbətimiz, rəhmətimiz və sizə qarşı olan şəfqətimiz olmasaydı, sizinlə ünsiyyətdən uzaq qalardıq.) (Biharul-Ənvar, c. 53, səh. 179)
Buna görə də
«اللهم هَبْ لَنَا رَأْفَتَهُ وَ رَحْمَتَهُ وَ دُعَاءَهُ وَ خَیرَه.»
(Məfatihul-cinan, Nüdbə duası)
(İlahi! Bizə onun şəfqətini, rəhmətini, duasını və xeyrini nəsib et.)
Bu mövzuların ardı var...
Məmbə: "Negine Afərinəş" kitabı müəyyən dəyişikliklərlə...
Rəyiniz